Axtarış
The search found 105777 results in 0.129 seconds.
Search results
NAZİR İNAM KƏRİMOVDAN ŞOK AÇIQLAMA: “Onun yerinə başqa bir insan olsaydı, özünü asardı” - VİDEO
Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sabiq səhiyyə naziri Əli İnsanovla bağlı sualı cavablandırarkən deyib.
Muxalifet4 - 5-05-2019
Maduronun generalını öldürdülər
Venesuela hərbi-hava qüvvələrinin generalı naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilib.
Oxu.az İnfobae portalına istinadən xəbər verir ki, hadisə Araqua ştatında avtomobil yolunda baş verib.
Hücum zamanı daha üç hərbçi və iki polis əməkdaşı öldürülüb, dörd nəfər yaralanıb.
Venesuela hökumətinin rəsmiləri hələlik bu hücumla bağlı şərh verməyiblər.
Muxalifet4 - 5-05-2019
Ərdoğandan qalmaqallı qərar: İmamoğlunun qələbəsi ləğv olunur? - YSK SABAH TOPLANIR...
Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) sabah mayın 6-da İstanbulda mer seçkilərinin nəticələri ilə bağlı yekun qərar vermək üçün toplantı keçirəcəyi gözlənilir.
Muxalifet4 - 5-05-2019
Lavrov Bakıda həbs olunan ermənini azad etdirdi – SOYADINI DƏYİŞƏN MARAT RUSİYAYA APARILDI
Erməniəsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyan Bakı həbsxanasından Rusiyaya çatdırılıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Maratın bacısı Marianna Mirzoyan "Facebook" səhifəsində yazıb.
Muxalifet4 - 5-05-2019
ABŞ hərbi bazalarını sərhədimizə yerləşdirir
ABŞ-ın hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı qərarlar Gürcüstanın milli maraqları nəzərə alınmaqla qəbul ediləcək.
Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir qeyd edib: "Mən tam məsuliyyətlə bildirmək istəyirəm ki, bizim NATO, Avropa Birliyi, strateji tərəfdaşımız olan ABŞ ilə münasibətlərimiz bu cür yüksək səviyyədə heç vaxt olmayıb və bu, böyük uğurdur. Bu uğuru daha da dərinləşdirmək niyyətindəyik".
Muxalifet4 - 5-05-2019
Afaq Aslan yataqda fotolarını paylaşdı - DUBAYDA
Bir müddət əvvəl sinəsini böyütməklə gündəm olan müğənni Afaq Aslan təzə fotosu ilə yenidən diqqət mərkəzinə düşüb.
“Buta.media” bildirir ki, Dubayda olan müğənninin gecə paltarında çəkdiyi fotolar izləyicilər tərəfindən böyük marağa səbəb olub.
Afaq fotoda açıq-saçıq görünütü ilə diqqəti cəlb edib.Muxalifet4 - 5-05-2019
Xələfov Gürcüstanla yaranmış qalmaqala görə əvvəlki vəzifəsinə qaytarılıb? - İDDİA
“Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı Xələf Xələfov 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi”.
Muxalifet4 - 5-05-2019
“Bakı Marafonu-2019”a start verildi
Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" start götürüb. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. "Bakı Marafonu-2019"un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Muxalifet4 - 5-05-2019
SON DƏQİQƏ: Bakıda daha bir avtobus qəzası... – YARALILAR VAR
Bakıda avtobus qəzası baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.
"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.Muxalifet4 - 5-05-2019
İŞ ADAMININ EVİNƏ BASQIN – Maskalılar tələb etdikləri məbləği alıb, qaçdılar…
Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.
Hadisə Gəncənin "Mahrasa bağı" yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.
İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.
Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.Muxalifet4 - 5-05-2019
Bakıda 1 kiloqramı 300 manata xurma satılır - RAMAZAN AYI GƏLDİ, QİYMƏTLƏR BAHALAŞDI
Ramazan ayı ərəfəsində Azərbaycanın quru meyvə bazarında xurma bahalaşıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial - təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. Hazırda bazarda İrandan gətirilən “paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik - 3 manata satılır. İranın məşhur “Piyarəm”, “Məzafəti” , “Zahidi” xurmalarının qiymətində təxminən 2-3 manat artım var.
Muxalifet4 - 5-05-2019
"Bacanaqlar"ın sonu gəldi… - “İstəyirəm kimsə desin ki, 500 min verirəm...”
10 ildir ATV-də yayımlayan "Bacanaqlar" serialı bu mövsüm bitir.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu haqda "Zaurla Günaydın" verilişinə qonaq olan ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, yeni mövsümdə başqa layihə ilə tamaşaçı qarşısına çıxacaq:
"Bacanaqlar" serialı bu il tətilə gedir və geri qayıtmayacaq. Serialı bağlayıram. 10 ildir gedir. İstəyirəm kimsə desin ki, 500 min verirəm, görməyim bunu. Mən də rahatlıqla bağlayım. Yeni layihə üstündə çalışırıq".
Muxalifet4 - 5-05-2019
“Danışıqlar uğursuzluğa məhkumdur... Ermənistan “yatmış əjdaha”nı oyada bilər” – ABŞ-dan AÇIQLAMA
Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur.
Muxalifet.az trend-ə istinadən bildirir ki, bunu azernews-a müsahibəsində Azərbaycan və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
Muxalifet4 - 5-05-2019
Əfsanəvi futbolçu "Real Madrid"ə qayıdır
"Real Madrid"in əfsanəvi futbolçusu Raul Qonzales doğma komandasına qayıdır.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, sabiq forvard bu dəfə məşqçi kimi iş başında olacaq.
Hazırda "Pro" kateqoriyalı kurslara qatılan Raul iyulun 14-də bu lisenziyaya qovuşacaq. Gələn mövsümdən etibarən o, Real-ın ikinci komandası sayılan Castilla-nın "sükanı arxası"na keçəcək. Klub rəhbərliyi Raulu gələcəkdə əsas komandanın çalışdırıcısı Zinəddin Zidana layiqli əvəzləyici qismində görür.
Muxalifet4 - 5-05-2019
Ukraynalı qadın "Bakı Marafonu 2019"-un qalibi oldu
"Bakı Marafonu 2019"-un qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, ukraynalı Valentina Poltavska finişə birinci çatıb.
Şotlandiyalı Suzanne Motanti ikinci, azərbaycanlı Anna Yusupova isə üçüncü olublar.
Muxalifet4 - 5-05-2019
İsmayıl "Bakı Marafonu 2019"-da birinciliyi qazandı
"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.
Muxalifet.az trend-ə istinadən bildirir ki, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Muxalifet4 - 5-05-2019
20 mindən çox əsgər təcavüzə uğrayıb - ABŞ ORDUSUNDA BİABIRÇILIQ
ABŞ-ın Müdafiə Nazirliyi orduda cinsi təcavüzə uğrayan qadınların sayının iki il öncə ilə müqayisədə 38 faiz artdığını açıqlayıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, nazirliyin bu açıqlaması böyük qalmaqala səbəb olub.
Pentaqonun yayımladığı rəsmi sənədlərə görə, 2018-ci ildə orduda 20 min 500 nəfər təcavüzə uğrayıb. Bunlardan sadəcə, 6 min 53 nəfəri rəsmi olaraq şikayət edib.
Muxalifet4 - 5-05-2019
“Trampın olmadığı dünyada yaşamaq istəyirəm” – QALMAQALLI AÇIQLAMA
Məşhur aktyor Robert De Niro etiraf edib ki, ABŞ lideri Donald Trampın olmadığı dünyada yaşamağı arzulayır. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu barədə "Dünən" filminin premyarasında danışıb. Həmin filmdə təkcə baş qəhrəmanın "The Beatles" qrupunu xatırlaması, digər insanların isə həmişəlik olaraq onların musiqisini unutmasından bəhs edilir. De Niro bəyan edib ki, bunun indiki prezidentlə də baş verməsini istərdi. Qeyd edək ki, daha əvvəl də aktyor Trampdan xilas olmaq üçün çağırış etmişdi.
Muxalifet4 - 5-05-2019
"Hər kim əngəl olmaq istəyirsə..." - Daha bir ölkədən Türkiyəyə S-400 təhdidi
Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi ABŞ və NATO-dan sonra daha bir ölkəni təşvişə salıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Yunanıstan prezidenti Prokopis Pavlopoulos sərhəd qonşusunu təhdid edib. Şimali Aralıq dənizindəki rəqabəti, Kipr məsələsi və S-400 havadan müdafiə sistemini işarə edərək açıqlamalar verən prezident Türkiyəyə xəbərdarlıq göndərib: “Azadlıq yunan xalqı üçün ən əsas şərtdir. Buna hər kim əngəl olmaq istəyərsə, ona qarşı bütün qüvvəmizlə mübarizə aparacağıq.
Muxalifet4 - 5-05-2019
Qəzada ölən məmur sərxoş olub - TƏFƏRRÜAT
Ötən gün Samux rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Belə ki, rayonun Tatlı kəndinin yaxınlığında “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobilin aşması nəticəsində vəfat edən Goranboy sakini Sakit Verdiyevin hadisə vaxtı sərxoş vəziyyətdə olması müəyyənləşib.Muxalifet4 - 5-05-2019