Axtarış
The search found 105777 results in 0.087 seconds.
Search results
Azərbaycan şəhərində DƏHŞƏTLİ YANĞIN: 300 obyekt yanır – Video
Güney Azərbaycanın Təbriz şəhərində tarixi bazarda dəşətli yanğın başlayıb. Təbrizin Üstüörtülü bazarında başlayan yanğın zamanı hazırda yanğınsöndürənlərdən birinin ciddi xəsarət aldığı bildirilir. Yanğın bazarın İkiqapılı sarayında baş verib və digər ərazilərə yayılıb. Hazırda Başmaqçıbazar, İkiqapılı saray, Yanıqdalan və Sadiqiyyə əraziləri yanır. Yanğının təxminən 300 ticarət obyektini əhatə etdiyi günam edilir. Bu, son illərdə Təbrizdə baş verən ən böyük yanğındır. Təbrizin İmam-cüməsi, icra hakimi və digər yetkililər hadisə yerindədir./Axar.az
Muxalifet - 9-05-2019
İstehlak kreditlərinin biznes kreditlərindən çox olmasının gizlinləri
Ekspert: “Azərbaycan bankları istehlak kreditlərini verməkdə daha çox maraqlıdır, çünki...”
Azərbaycanda istehlak kreditlərinin ümumi kredit portfelindəki payının 2014-cü ildən başlayaraq azalması tendensiyası son dövrlər yenidən artımla əvəz olunmağa başlayıb. Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, ötən ildən etibarən ev təsərrüfatlarına verilən istehlak kreditlərinin həcmi artır.
Muxalifet - 9-05-2019
Hamiləlikdə mütləq bu məhsulu yeyin! UŞAQLARINIZ AĞILLI OLACAQ
Hamiləlik zamanı qoz-fındıq yeyən qadınlar daha ağıllı uşaqları dünyaya gətirir.
Muxalifet.az xəbər verir ki, belə nəticəyə İspaniya alimləri gəliblər. Onlar aşkar ediblər ki, hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qr çərəz yeyən qadınların uşaqlarında diqqət və yaddaş göstəriciləri daha yüksək olur. Araşdırmada 2200 qadın və onların uşaqları iştirak edib.
Alimlərin fikrinə görə, bunun səbəbi çərəzlərin fol turşusu və yağlı turşularla zəngin olmasıdır. Bu maddələr beyinin diqqət və yaddaşa cavabdeh olan toxumalarında toplanır.Muxalifet - 9-05-2019
Trampa soyuq duş: Hesab vermək üçün rəsmi ifadəyə çağırıldı
ABŞ Senatının Kəşfiyyat Komitəsi prezident Donald Trampın oğlu Donald Tramp Jr. üçün Rusiya istintaqı ilə əlaqəli olaraq rəsmi ifadə çağırıb.
İlk olaraq “Axios” adlı xəbər saytı tərəfindən yayılan rəsmi dəvət, Trampın uşaqlarından biri üçün çıxarılan ilk rəsmi ifadə çağırışı olaraq qeydlərə keçib.
Respublikaçıların əksəriyyətdə olduğu komitənin Trampın böyük oğlunu ifadəyə çağırılmasının səbəbinin isə Tramp Jr.-ın 2017-nin sentyabrında Senatın Ədliyyə Komitəsində Rusiya araşdırmasıyla bağlı verdiyi ifadə olduğu bildirilib.Muxalifet3 - 9-05-2019
İrəvan hələ alınmayan qırıcılarla öyünür, Bakı isə...
Rusiyaya xilaskar kimi baxmaq zorunda qalan “qərbçi” Paşinyanın başı dərddə: cəmi 1 il qabaq ölkəsinin Moskvadan vassal asılılığını azaldacağına söz vermişdi, indi isə...;
İsrail Azərbaycanın düşməninə bir güllə belə verməyəcək” - yəhudi dövlətinin sabiq briqada generalı...Muxalifet - 9-05-2019
ABŞ-dan İstanbul seçkiləri üçün qəribə açıqlama!
ABŞ Xarici İşlər Nazirliyi 23 iyunda təkrarlanmasına qərar verilən İstanbul seçkiləri ilə bağlı bəyanat yayıb.
Açıqlamada bu ifadələrə yer verilib:
“Azad və ədalətli seçkilər ilə qanuni seçki nəticələrinin qəbul edilməsi hər bir demokratiya üçün əsasdır.
Mərkəzi Seçki Komissiyası 31 martda İstanbulda baş tutan seçkilərin nəticələrini təsdiq etdikdən sonra yenidən seçki qərarı verdi. Biz də Türkiyənin digər dostları kimi, bu qeyri-adi qərarı qeyd etdik.Muxalifet3 - 9-05-2019
Cəbhədə erməni təxribatı - ATƏŞKƏS 27 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 9-05-2019
Kəlbəcərin yeni görüntüləri yayıldı - VİDEO
Müvəqqəti işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb. İnstaqram sosial şəbəkəsində yayılan görüntünü ermənilər çəkib. Video kadrlarda görünən ermənilər Kəlbəcəri turist kimi gəzirlər. Bu dəfə də erməni həyasızlığı özünü göstərir və işğal edilən Kəlbəcər dağlarını çəkən erməni təbiətin gözəlliyi qarşısında təəccübünü gizlədə bilmir. Bu isə bir daha ermənilərin Kəlbəcərə əvvəlcədən görmədiyini, ərazinin qədim Azərbaycan yurdu olduğunu, separatçılar tərəfindən işğala məruz qaldığını sübut edir.
Muxalifet - 9-05-2019
«İranla nüvə sazişlərinə əməl edilməlidir» – Çin çağırış edib
Çin Xalq Rspublikası (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Gen Şuan bəyan edib ki, bütün tərəflər İranla nüvə sazişinin öhdəliklərini yerinə yetirmə yetirməyə borcludur.
O, Tehranın Birgə hərtərəfli fəaliyyət planı (BHFP) ilə nəzərdə tutulmuş iki bəndin fəaliyyətini dayandırmaq barədə qərarını şərh edərkən bildirib. Məlum olduğu kimi sazişin iştirakçıları aşağıdakı dövlətlərdir: Çin, Rusiya, Britaniya, Fransa və Almaniya. Amerika Birləşmiş Ştatları (ABŞ) tam bir il əvvəl sözügedən sazişdən birtərəfli qaydada çıxıb.Muxalifet - 9-05-2019
Türkiyədə dövlət çevrilişi mesajı: “Qısa zamanda Ərdoğan devriləcək”
PKK-nın siyasi qolu HDP-li Əhməd Şık prezident Ərdoğanın qısa zaman ərzində hakimiyyətdən endiriləcəyi mesajını verərək "AKP ilə yeni həll prosesi təkrar ola bilməz. Amma bu danışıqlar masasının yenidən qurulmayacağı mənasına gəlməsin. O masa yenidən qurulacaq, amma Ərdoğan ilə deyil. Çox qısa müddət sonra var olan Ərdoğan sonrası hakimiyyət bloku ilə o masa yenidən qurulacaq" deyib.
K-24 televiziyasına açıqlama verən terrorçu millət vəkili Əhməd Şık, Ərdoğan dövrünün qısa zaman ərzində sona çatacağını söyləyib.
Müxalifət.azMuxalifet3 - 9-05-2019
Cəlilabadda BİABIRÇILIQ: Yaşlı qadın qızları və nəvələri tərəfindən DÖYÜLDÜ
Cəlilabadda 72 yaşlı qadın qızları və nəvələri tərəfindən döyülüb. Hadisə axşam saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, kənd sakini 1947-ci il təvəllüdlü Əzəmət Nüsrət qızı Məhərrəmova qızları və nəvələri tərəfindən zorakılığa məruz qalıb.
Doğmaları tərəfindən döyülən 72 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 9-05-2019
Ərdoğandan Fəratın şərqinə əməliyyat mesajı
Türkiyə prezidenti Ərdoğan Milli Müdafiə Universiteti tələbələrinə xitabən, “Suriyada Fərat Qalxanı və Zeytun Budağı hərəkatlarında, İdlibdə, İraqın şimalında dünyanı özünə heyran qoyan qələbələrə sizlər imza atdınız. İndi də ən yaxın zamanda Suriyadakı Münbiçi və Fəratın şərqini terror təşkilatlarından yenə sizlər təmizləyəcəksiniz. Separatçı terror təşkilatının başına Qəndili də, Sincarı da sizlər yıxacaqsınız” deyib.
Müxalifət.azMuxalifet3 - 9-05-2019
Baş Nazir: “Azərbaycanı daha böyük nailiyyətlər gözləyir”
“2018-ci ilin 11 aprel seçkilərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir”.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, bu fikirlər Baş Nazir Novruz Məmmədovun “Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası” adlı məqaləsində yer alıb.Muxalifet - 9-05-2019
"İsrafil Hüseynov" gəmisində yanğının səbəbi açıqlandı - RƏSMİ
Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində baş verib.
Publika.az-a şirkətdən verilən məlumata əsasən, baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.Muxalifet - 9-05-2019
Salyanda yol qəzası - XƏSARƏT ALANLAR VAR
Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 9-05-2019
İran-ABŞ gərginliyi: "Tətiyə birinci kim basacaq" sualı...
Elşən Mustafayev: “Regionda növbəti qaynar ocağın yaranması qaçılmaz ola bilər...” ABŞ və İran arasındakı gərginlik müharibə riskini get-gedə artırır. Birləşmiş Ştatlar cənub qonşumuzu iqtisadi cəhətdən çökdürmək üçün cəhdlərini davam etdirir. Lakin rəsmi Tehran da dinc dayanmır, “əzələ nümayiş” etdirir. Artıq mümkün müharibə ehtimallarından hər iki tərəf söz açmağa başlayıb. “İran ordusu və İranın dəstəklədiyi qüvvələr Yaxın Şərqdə ABŞ ordusuna qarşı hücuma hazırlaşır”. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı və ABŞ-ın Avropadakı komandanlığı bəyanat yayıb.
Muxalifet - 9-05-2019
Bakıda DƏHŞƏT: Sürücü avtomobili piyadalara çırpdı - Video
Bakının Binəqədi rayonu ərazisində avtomobil 3 piyadanı vurub.
Hadisə DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınıb.
Belə ki, Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə 3 piyadanı vurub.
Yaralılardan vəziyyəti ağır olan Rüfət Çobanov isə YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Xəsarətləri ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyib.
Onun qardaşı Rufan Çobanov və əmisi oğlu Əfqan Eldarov isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs 1 saylı Xəstəxanaya aparılıb./ONAMuxalifet - 9-05-2019
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən təntənəli mərasimdə
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilir.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edir.Muxalifet - 9-05-2019
TƏYYARƏNİN TƏHLÜKƏSİZ HİSSƏSİ: Ön, yoxsa arxa? - Nəticə TƏƏCCÜBLÜDÜR
Elm adamları 105 təyyarə qəzasından xilas olan 2 min sərnişinin hansı oturacaqda əyləşdiyini araşdırıblar - nəticə təəccüblüdür
Muxalifet - 9-05-2019
Səhiyyə Nazirliyi: 3 nəfərin vəziyyəti kritikdir
Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən yaralılardan 3 nəfərin vəziyyəti kritikdir.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin 3 nəfərin bədəninin 40 faizdən artığı yanıb: "Digər xəstələr 1-ci və 2-dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alanların bəzilərinin vəziyyəti qənaətbəxşdir".Muxalifet - 9-05-2019