Axtarış
The search found 105779 results in 0.028 seconds.
Search results
Bu şəxslərə Prezidentin fərdi təqaüdləri veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Ağasəlim Sahib oğlu
Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu
İslamzadə Akif Qədir oğlu
Quliyeva Səidə Əbülfəz qızı
Mütəllimova Firəngiz Bəhər qızı
Nərimanova Zemfira Əli qızıMuxalifet - 10-05-2019
“Böyük Dəbilqə”də ilk gün: idmançılarımız bir medal qazandı - YENİLƏNİB
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) cüdo turnirinin ilk günündə Azərbaycan idmançıları cəmi bir medal qazanıb.
Muxalifet.az xəbər verir ki, bu, Nicat Şıxəlizadədir. O, finalda moldovalı rəqibi ilə görüşdə ippona düşərək gümüş medalla kifayətlənib.
Bu çəkidə bürünc medal şansı olan İbrahim Əliyev Ukrayna cüdoçusuna məğlub olaraq medalsız qalıb.
Muxalifet3 - 10-05-2019
ŞOK: Rusiya və Çinin İrana HÜCUM PLANI
ABŞ-la İran arasında gərginlik növbəti mərhələyə qədəm qoydu. Avropa nəhənglərindən umduğu dəstəyi görməyən prezident Həsən Ruhani nüvə sazişində yer alan ölkələrə, öhdəlikləri yerinə yetirmək üçün 60 gün vaxt verdi. Əks halda Tehran uranın zənginləşdirilməsi prosesini bərpa edəcək. Lakin Həsən Ruhani cümləsini tamamlamadan, amerikalı həmkarı Donald Tramp İranın metalurgiya sənayesini hədəfə alan sanksiyaları açıqladı. ABŞ-ın ilk sanksiyalarından sonra İranın neft ixracı 37 faiz azaldı ,iqtisadiyyatı 4 dəfə kiçildi, milli valyutası 127 dəfə dəyər itirdi, inflyasiya 31 faizə yüksəldi.
Muxalifet3 - 10-05-2019
Rusiya kosmosa 50 peyk buraxır
Rusiya 2033-cü ilədək QLONASS qlobal peyk naviqasiya sistemi üzrə kosmosa 50 aparat buraxacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə sistemin strateji inkişaf planında qeyd olunub.
Bildirilir ki, 2019-2020-ci illərdə naviqasiya sistemi üzrə kosmosa “Soyuz-2” raketdaşıyıcılarında 10 peyk göndəriləcək. 2024-cü ildə bu aparatları təkcə “Soyuz” raketləri deyil, həm də “Anqara” raketdaşıyıcılarının ağır versiyası ilə buraxacaqlar. Ümumilikdə, 2024-cü ildən 2034-cü ilədək “Anqara-A5” raketdaşıyıcıları vasitəsilə kosmosa 9 peyk göndəriləcək.Muxalifet3 - 10-05-2019
Bu mövqe yalnız bizi deyil, regionu hədəf alıb - İran səfiri
ABŞ-ın bir istiqamətli mövqeyini nəzərə almayacağıq, qonşu ölkələrimizlə olan ticarətimizi inkişaf etdirmək üçün bir mexanizm yaradacağıq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İranın Ankaradakı səfiri Məhəmməd Fərəzmənd çıxış edib.
"Təəssüf ki, biz bu gün regionumuzda ABŞ-ın həddən artıq birtərəfli mövqeyi ilə qarşılaşırıq. Bu mövqe yalnız İranı deyil, region ölkələrini də hədəf alıb", - səfir qeyd edib.
Muxalifet3 - 10-05-2019
Türkiyədən ABŞ və AB-yə mesaj: Bu bəyanatlardan əl çəkin
İnkişaf etmiş demokratiyalarda seçkilər təkrarlanar, demokratiya olmayan ölkələrdə seçkilər təkrar keçirilməz. Muxalifet.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik Ali Seçki Qurumunun təkrar seçkilərin keçirilməsi barədə qərarını şərh edərkən bildirib. "ABŞ və AB-nin bəzi ölkələrinin ölkəmizdəki seçkiləri dəyərləndirmələrinə deyəcəyimiz bir şey yoxdur. Türkiyədəki seçki nəticələrinə müdaxilə kimi bəyanatlardan çəkinmək lazımdır", - Çelik deyib.
Muxalifet3 - 10-05-2019
Rusiyadan Qarabağ probleminin həlli ilə bağlı AÇIQLAMA
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəb prosesdir.
Muxalifet3 - 10-05-2019
Şəmkirdə qəza: xeyli sayda yaralı var
Şəmkir rayonunda yol qəzası baş verib.
Muxalifet.az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 10-05-2019
Suriya ordusu nəzarəti artırmağa çalışır - Akar
Suriya rejimi "Astana razılaşması"na zidd şəkildə İdlibin cənubunda nəzarət dairəsini genişləndirməyə çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.
"Türkiyə regionda təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə birlikdə əlindən gələni etməyə davam edir. Suriya ordusu 6 maydan etibarən quru əməliyyatları ilə nəzarət dairəsini genişləndirməyə çalışır. Bu durum regionda itkilərə, bölgə xalqlarının həyat şəraitini çətinləşdirir. Həmçinin bu hücumlar müşahidə məntəqələrimizin təhlükəsizliyi üçün də risk yaradır", - Akar deyib.Muxalifet3 - 10-05-2019
ABŞ bu ölkənin iki şirkətini də qara siyahıya saldı
ABŞ növbəti dəfə Venesuelaya qarşı sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Belə ki, Venesuelanın "Monsoon Navigation Corporation" və "Serenity Maritime Limited" şirkətləri sanksiya siyahısına daxil edilib.
Muxalifet3 - 10-05-2019
Sumqayıtda uçan naməlum obyekt göründü – ƏHALİ TƏŞVİŞDƏ - FOTO
Sumqayıt şəhərində naməlum uçan obyekt görünüb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, jurnalist Zaur Əhməd naməlum obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. Həmin fotonu təqdim edirik.
Muxalifet3 - 10-05-2019
Türkiyəni bu yolla tərk etmək istəyənlər saxlanıldı
Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yolla tərk etmək istəyən 53 nəfər saxlanılıb.
Muxalifet.az xəbər verir ki, onların Yunanıstanın Midilli adasına keçmək istədikləri bildirilir.
Saxlanılan şəxslərin Əfqanıstan, İran və Banqladeş vətəndaşları olduqları aşkar edilib. Onlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.
Muxalifet3 - 10-05-2019
Nicat Şıxəlizadə: Cüzi səhvə görə uduzdum
Bu idmançı ilə görüşdə 2-3 dəfə qalib olmuşam. Bu dəfə də qələbə qazanmaq istəyirdim. Sadəcə olaraq, cüzi səhvə görə uduzdum. Buna görə üzülürəm. Amma şükürlər olsun ki, finala yüksəldim, medalsız qalmadım. Muxalifet.az xəbər verir ki, bunu “Böyük Dəbilqə” turnirində gümüş medal qazanan cüdoçumuz Nicat Şıxəlizadə deyib. “Öz çıxışımı uğurlu hesab edirəm. Çünki medalsız qalmadım. Qarşıda əsas məqsədim II Avropa Oyunlarıdır. Bundan sonra Tokio Olimpiadasına hazırlaşacağam. Ondan sonra karyeramı bitirməyimə həmin dövrdəki gücümə əsasən qərar verəcəyəm”, - deyə N. Şıxəlizadə deyib.
Muxalifet3 - 10-05-2019
Nəhəng kərtənkələ maralı diri-diri yedi - 18+ VİDEO
Yer üzündə dinozavrlar nəslinin son nümayəndəsi adlandırılan nəhəng Komodo kərtənkələlərinin ovunu diri-diri parçaladığı anın görüntüləri yayılıb. Bu kərtənkələlərin dişlərində xüsusi zəhər olur və ilk olaraq, bunun vasitəsi ilə ovunu zəhərləyirlər, daha sonra isə onun yerə yıxılmasını gözləyirlər. Bunun ardınca da rahatlıqla ovlarını parçalayırlar. Həmin görüntüləri sizə təqdim edirik:
Muxalifet3 - 10-05-2019
ABŞ-dan etiraf: Türkiyə F-35 proqramından çıxarılsa...
Türkiyəni S-400 raket əleyhinə müdafiə sistemlərindən imtina etməyə inandırmaq üçün danışıqlara davam edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin müavini Ellen Lord bildirib.
Lord Türkiyənin F-35 proqramından çıxarılmasının təyyarənin dəyərini artıracağını deyib:
"Türkiyənin S-400-lə bağlı F-35 proqramından çıxarılması qarşıdakı 2 il ərzində tədarükümüzü zəiflədə və xərcləri artıra bilər".
Muxalifet3 - 10-05-2019
Ramil Usubov yeni inzibati binaların açılışında iştirak etdi
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günündə - mayın 10-da Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyəti üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.Muxalifet3 - 10-05-2019
Rusiyaya pis xəbər: Ukrayna "döyüş oyunu"na başladı
Ukrayna ilə Böyük Britaniyanın donanması Qara dənizdə birgə hərbi təlim keçirib.
Muxalifet.az xəbər verir ki, Ukrayna donanmasının məlumatına əsasən, təlimdə Ukraynaya məxsus raket gəmisi "Priluki" ilə İngiltərənin kəşfiyyat gəmisi iştirak edib.
Qeyd edilir ki, təlimi keçirməkdə məqsəd donanmalararası əməkdaşlığı dərinləşdirməkdir.
Muxalifet3 - 10-05-2019
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması "Azərişıq" ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report -a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:Muxalifet3 - 10-05-2019
Ukrayna prezidenti Poroşenko sorğuya çəkilib
Ukrayna Baş Prokurorluğunun Xüsusi Araşdırmalar İdarəsinin rəisi Sergey Qorbatyuk bildirib ki, ölkə prezidenti Petro Poroşenko 2014-cü ildə Maydan hadisələri zamanı ölənlərin işi üzrə şahid qismində sorğuya çəkilib.
Bu barədə Ria Novosti Ukrayna telekanallarına istinadən məlumat yayıb.
Sergey Qorbatyukun sözlərinə görə, hazırda prezidentin sorğusu başa çatdırılıb.
Sergey Qorbatyuk dövlət başçısının əlavə məlumat verməsi üçün dəvət edildiyini də qeyd edib.Muxalifet3 - 10-05-2019
Balakənə dolu yağıb
Bu gün saat 20.00-a olan məlumata əsasən Quba, Göygöl, Gəncəyə yağış yağıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb:
“Saat 22:00-a olan məlumata görə, Zaqatalada güclü leysan yağışı müşahidə olunur. Buna görə də çaylarda sululuğun artacağı proqnozlaşdırılır.Muxalifet3 - 10-05-2019