Axtarış
The search found 105779 results in 0.083 seconds.
Search results
Gömrük Komitəsində islahatlar "tərsinə gedir" - İdxal olunan məhsulların qiyməti nə üçün şişirdilir...
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunduqdan qısa müddət sonra rəhbərlik etdiyi sahə üzrə ciddi islahatların aparılacağını, gömrük prosedurlarının sadələşdiriləcəyini, o cümlədən indiyədək mövcud olan neqativ halların aradan qaldırılacağını və beləliklə, bütün bunların biznes mühitinin inkişafına xidmət edəcəyini bəyan etsə də, hələlik verilən vədlər yerinə yetirilməyib. Odur ki, hələ də xaricdən alınan yüklərin və bağlamaların gömrükdə saxlanılması haqda şikayətlər səngimək bilmir.
Muxalifet4 - 14-05-2019
İngilislərdən S-400 iddiası! Türkiyə yalanladı
İngilislər ABŞ-ın Türkiyədən S-400 alışını 2020-ci ilə qədər təxirə salmasını istədiyini yazıb. Türkiyə isə bu iddiaları təkzib edib.
“Reuters” xəbər agentliyi ABŞ-ın Türkiyədən S-400 hava müdafiə sistemlərinin təhvil alınmasının 2020-yə qədər təxirə salınmasını istədiyini yazıb. Xəbərdə, Ankaranın bu təklifi düşünücəyi iddia edilərkən, “Reuters”-ə danışan yüksək səviyyəli bir Türk səlahiyyətli "S-400-ləri iyulda alacağıq. Mövqeyimiz dəyişmədi" deyərək xəbəri təkzib edib.Muxalifet3 - 14-05-2019
ABŞ-ın hərbi təyyarələri HAVAYA QALXDI – İrana nəyi göstərmək istəyirlər?
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığının mətbuat katibi Bill Urban ABŞ Hava Qüvvələrinə məxsus F-15 və F-35 təyyarələriin Bəsrə körfəzində İrana qarşı “müdafiə məqsədli çaşdırıcı uçuşlar” həyata keçirdiyini bildirib. Urban “Anadolu Agentliyi”nin müxbirinə müsahibəsində deyib: “Bu, bir güc nümayişi deyil və aqressivliyi yayındırmaq məqsədli mövcudluq nümayişidir. Bu, ABŞ-ın qüvvə və mənfəətlərini ən yaxşı şəkildə müdafiə edəcək bir mövqedir”.
Muxalifet - 14-05-2019
Bakıda qadın ərinin başına oyun açdı, polisi aldatdı
Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.Muxalifet - 14-05-2019
“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - BANKDAN AÇIQLAMA
“Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilir. Bu barədə şikayət edilib.
Muxalifet - 14-05-2019
Döyə-döyə adam öldürən şəxsə AĞIR CƏZA
Döyə-döyə adam öldürən Nizam Məmmədzadənin məhkəməsi bitib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynov hökmü ilə N.Məmmədzadə 10 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qaralı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Resrublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.Muxalifet - 14-05-2019
Günel Gözəlova nazirliyin mətbuat katibi təyin edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub.
Muxalifet.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.
Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.Muxalifet - 14-05-2019
“Emin 444”ün qətlini dünya çempionu sifariş verib - ŞOK İDDİA
Qətldə iştirak edənlərin adları bilindi; qəddar cinayətdə 2-3 müxtəlif bıçaqdan istifadə olunub
Muxalifet - 14-05-2019
Hərbçilərin qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı
Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Hələlik fakta görə saxlanılan yoxdur.Muxalifet - 14-05-2019
“Məni tənqid edənlər nankor və kor insanlardır” - Elton Məmmədov
“Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”.
Bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib.
E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:Muxalifet - 14-05-2019
SON DƏQİQƏ: Azərbaycanda məmur faciəvi şəkildə öldü - FOTO
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Muxalifet.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi-sürücü vəzifəsində işləyirdi. O, icra başçısının sürücüsü olub. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 14-05-2019
"Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ...
“Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil bildirib ki, dünən səhər saat 10 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib: “Dəvət əsasında idarəyə gedəndə bildirdilər ki, barəmdə şikayət ərizəsi daxil olub. Sonra məlum oldu ki, şikayət verən şəxs Qəribə Məmmədovadır. O bir müddət əvvəl Tiflisdə öldürülən Elşən Məmmədovun (Elşən Əmircanski) anasıdır.
Muxalifet - 14-05-2019
“Yoldaşım mənə yaxınlaşmasa ondan 1 il uzaq duraram” - Zenfira İbrahimova - VİDEO
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Zenfira İbrahimova olub.
"Ölkə.Az" xəbər verir ki, ifaçı 15 illik ailə həyatından danışıb:
“Ailədə hər söz-söhbət ola bilər. Amma ailəni bir söz-söhbətə görə dağıtmaq düzgün deyil. Küsəndə qarşı tərəf mənə özü yaxınlaşmasa, ilk addımı atmasa, bəlkə də 10 gün, 1 ay, hətta 1 il belə küsülü qala bilərəm. Lakin, yoldaşım addım atsa, həmin an ürəyim yumşalır”.Muxalifet - 14-05-2019
Fermerlərə ŞAD XƏBƏR: Dronlar veriləcək
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə dronlar icarəyə veriləcək.
Bunu jurnalistlərə açıqlamasında nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.
"Hazırda pilot olaraq 1 ədəd dron gətirilib və qısa müddət ərzində onların sayı 15-dək artırılacaq. Onlar nazirliyin Elm və İnnovasiya Mərkəzinin nəzdində olan Bitkiçilik İnstitutunda veriləcək. Sözügedən institut tərəfindən mütəxəssis cəlb olunub ki, onların istifadəsinə dair təlimlər keçirsin", - deyə T. Qafarbəyli bildiribMuxalifet - 14-05-2019
DƏHŞƏT: Bakıda tibb bacısı faciəvi şəkildə öldü
Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.
Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub./ONAMuxalifet - 14-05-2019
Diqqət: Bu proqramları telefonunuzdan təcili silin
"Google" telefonlardan mütləq silinməli olan proqramların adlarını açıqlayıb.
Redaktor.az-ın məlumatına görə, telefonunuza pulsuz yüklədiyiniz bəzi proqramlar ciddi təhlükələrə yol açır. Bu barədə "Google" istifadəçilərə xəbərdarlıq edib.
Həmin proqramları təqdim edirik:
"Call Recorder"- Telefon danışıqlarının qeydiyyatını saxlayan bu tətbiq, gizli şəkildə səsinizi üçüncü partiya tətbiqlərlə də bölüşür.
"Realtime Booster"– Telefonu sürətləndirdiyi iddia edilən bu proqram şəxsi məlumatlarınızı asanlıqla oğurlayır.
Muxalifet - 14-05-2019
Tiflisin azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən ŞOK
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Münhendə Avropada yaşayan Gürcüstan vətəndaşları ilə görüşüb.
Görüşdə 12 məsələ müzakirə edilib. 5 saat davam edən görüşdə Saakaşvili oliqarxik rejim, Gürcüstanın problemləri, korrupsiya, Rusiyadan gələn təhdidlər barədə danışıb. O, bu görüş sayəsində Gürcüstanın azad edilməsi əməliyyatının başladıldığını bildirib:Muxalifet - 14-05-2019
Toğrul Əsgərov güləşə qayıtdı
Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.
O, bunu Oxu.Az-a eksklüziv açıqlamasında özü təsdiqləyib.
“Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm”.Muxalifet - 14-05-2019
Azərbaycanlı aktyor bütün reytinqləri qıran serialı YERLƏ BİR ETDİ – VİDEO
Azərbaycanlı aktyor və vayner Nihad Abbaszadə “Hercai” serialını parodiya edib. "Kara Sevda", "İçeride" və s. bu kimi serialları parodiya edən Nihad Abbaszadə bu dəfə Türkiyədə bütün reytiqnləri alt-üst edən layihəyə müraciət edib. Nihad Abbaszadə “Hercai” serialının parodiyasını yutub kanalında yerləşdirib. Aktyorun həm serial qəhrəmanlarını, həm də bayağı səhnələri mahircəsinə oynaması türk və azərbaycan izləyicilərinin diqqətini cəlb edib./Publika
Muxalifet - 14-05-2019
“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir
Ölkənin ən gənc mobil operatoru “Nar”-ın dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.
Muxalifet4 - 14-05-2019