Axtarış

The search found 105779 results in 0.044 seconds.

Search results

  1. Poroşenko 24 nəfərə general rütbəsi verdi - ARALARINDA ADI KORRUPSİYADA HALLANANLAR DA VAR

    Ukraynada prezident postundan getməyə hazırlaşan Petro Poroşenko 24 nəfərə general rütbəsi verib.

    Təltif edilənlər sırasında adı korrupsiya qalmaqalında hallanan bir neçə nəfər də var. Bunlardan biri isə Odessa vilayətinin prokuroru, prezidentin oğlunun 33 yaşlı dostu Oleq Juçenkodur.

    “Qafqazinfo” bildirir ki, general-leytenant rütbəsi verilən gənc prokurorun Odessa vilayətində hökm sürən korrupsiya, özbaşınalıq, üstü açılmamış yüngül cinayətlərə görə vəzifəsindən kənarlaşdırılması gözlənildiyi halda onun bu ada layiq görülməsi birmənalı qarşılanmayıb.

    Muxalifet - 14-05-2019

  2. Bakıda tələbələr arasında DAVA: ÖLƏN VAR

    Bakıda tələbələr arasında dava ölümlə nəticələnib. Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

    Muxalifet - 14-05-2019

  3. ​Neft boru kəmərlərinə PUA-larla HÜCUM EDİLDİ

    Səudiyyə Ərəbistanının neft boru kəmərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olunub.
    Bunu Səudiyyə Ərəbistanı Energetika və sənaye naziri Xalid Əl-Fəlih deyib.
    Nazirin sözlərinə görə, hücumlardan sonra ana boru xəttinə neftin göndərilməsi dayandırılıb. Hücumlardan sonra baş verən yanğın da tamamilə söndürülüb.
    Hücumun məsuliyyətini İranın dəstək verdiyi Husilər öz üzərinə götürüb. Terror təşkilatı Səudiyyə Ərəbistanının hücum taktikasının qarşısını almaq məqsədilə belə bir mesaj verdiklərini açıqlayıb.

    Muxalifet - 14-05-2019

  4. Bakının mərkəzini su basdı - YENİLƏNİB/VİDEO

    Bakının mərkəzini su basmasının səbəbi bilinib.
    “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:
    “Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.
    Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

    15:25

    Muxalifet - 14-05-2019

  5. Abutalıbovun bağladığı kafenin yerində gecə klubu açıldı

    Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş "26” - "Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.
    Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki,  yeni açılan gecə klubu "Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.

    Muxalifet - 14-05-2019

  6. ​Baş ağrısına səbəb olan ƏRZAQLAR

    Miqren müxtəlif səbəblər nəticəsində meydana gələ bilər. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqren hücumlarının bir çox səbəbləri istifadə etdiyiniz məhsullarla bağlıdır. Dietoloq Sezen Çetinkaya mövzuyla əlaqədar məlumat verib. O, bildirib ki, ərzaqların tərkibindəki qatqı maddələri sinir yollarına təsir edərək ağrı yaradır. Miqren xəstələri üzərində aparılan bir çox araşdırmada məlum olub ki, şokolad, pendir, spirt və stress kimi amillər baş ağrısını yaradan əsas səbəbləridir.

    Muxalifet - 14-05-2019

  7. ​Yaponlar dünyanın ən sürətli qatarını TƏQDİM ETDİLƏR: Saatda 400 km sürətlə... - VİDEO

    Yaponiyanın “JR East” dəmir yolu şirkəti yüksəksürətli “Alfa-X” qatarını təqdim edib.
    Sözügedən qatar saatda 400 km sürətlə hərəkət edə bilir və artıq sınaqlara start verilib.
    Bildirilir ki, qatar sərnişinləri 360 km/saat sürətlə hərəkət edərək daşıyacaq. Bu isə sərnişin qatarı tarixində rekord sayılacaq. Hələlik sınaq mərhələsi keçirilir və sərnişinsiz qatar üzərində işlər gedir.

    Muxalifet - 14-05-2019

  8. ABŞ-a müttəfiqindən görünməmiş təpki: İranla müharibədə biz yoxuq

    İspaniyanın Müdafiə nazirinin vəkili Margarita Robles İspaniyanın İran ilə yaşanacaq bir müharibədə iştirak etmək istəmədiyini açıqlayaraq ABŞ donanmasıyla ortaq hərəkət edən “Méndez Nunez” döyüş gəmisini geri çəkib.
     
    Marqarita Robles İspaniyanın İranla əlaqədar hər hansı bir qarşıdurmanın içinə çəkilmək istəmədiyini söyləyib.
    Margarita Robles mövzuyla əlaqədar etdiyi açıqlamada, İspaniya hökumətinin "ciddi və etibarlı bir tərəfdaş" olduğunu, ancaq bunun yalnız Avropa Birliyi və NATO ilə müqavilələr çərçivəsində mümkünlüyünü söyləyib.

    Muxalifet3 - 14-05-2019

  9. Kürütökmə dövründə balıq ovuna çıxan şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ

    Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.
    Onun sözlərinə görə, hazırda kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır:
    "Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxanlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".

    Muxalifet - 14-05-2019

  10. Videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü - VİDEO

    Bakıda avtomobillə vurulan tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. 
    Muxalifet.az ona-ya istinadən xəbər verir ki, bu gün “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

    Muxalifet - 14-05-2019

  11. Rusiyalı siyasətçi: "ABŞ prinsipə düşsə, Türkiyə iki milyard dollar itirə bilər"

    “Novaya Rossiya” lideri, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayevin Oxu.Az-a müsahibəsi:

    Muxalifet - 14-05-2019

  12. Səudiyyə Ərəbistanında neft kəmərinə hücum… – "Qara qızıl"ın qiyməti bahalaşdı

    Bu gün Bakı vaxtı ilə saat 16:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,57% artaraq 71,33 dollara yüksəlib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,46% artaraq bir barelə görə 61,93 dollara bərabər olub.
    Neftin qiymətindəki artım Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücumla bağlı xəbərlərlə əlaqələndirilir.

    Muxalifet - 14-05-2019

  13. SON DƏQİQƏ: 7,7 bal gücündə zəlzələ baş verdi

    Papua-Yeni Qvineyada rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kokopo şəhərindən 47 km məsafədə, yerin 10 km dərinliyində yerləşib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
    Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

    Muxalifet - 14-05-2019

  14. ​Dövlət Gömrük Komitəsi açıqlama YAYDI

    Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
    Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. 
    "Həmin məlumatlarda "Forever Living Products Azərbaycan" MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.

    Muxalifet - 14-05-2019

  15. ​Vasif Talıbov yeni nazir təyin etdi

    Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib. 
    Bu barədə müvafiq fərmanı mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.
    Qeyd edək ki, ötən gün, mayın 13-də V.Talıbov Famil Seyidovu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edib.
    T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

    Muxalifet - 14-05-2019

  16. ​Türkiyədən Suriya açıqlaması: Razılaşmaya yaxınıq!

    Əsəd rejiminin İdlibdəki hücumları Soçi memorandumunun açıq şəkildə pozulmasıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    XİN rəhbəri bildirib ki, bu hücumlar Astana formatının ruhuna ziddir:
    “Konstitusiya Komitəsi məsələsində razılaşmaya yaxınıq”.
     

    Muxalifet3 - 14-05-2019

  17. ​İlham Zəkiyev və Zülfiyyə Hüseynova Bakıda keçirilən turnirdə medalsız qaldı - YENİLƏNİB

    Bakıda keçirilən paracüdo üzrə Qran-Pri başa çatıb.
    Muxalifet.az xəbər verir ki, komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxıb.
    Rövşən Səfərov (-90 kq) finalda Vahid Nuriyə (İran) uduzaraq gümüş medalla kifayətlənib.
    Xanım Hüseynova (-63 kq) bürünc medal uğrunda görüşdə Duyqu Çete Artara (Türkiyə) qalib gəlib. Bununla da idmançımız iki döyüşə bürünc medal qazanıb.
    48 yaşlı Zülfiyyə Hüseynova (-70 kq) isə bürünc medal uğrunda görüşdə uduzub. O, özündən yaşca çox kiçik Vəsilə Əliboyevaya (Özbəkistan) uduzaraq medalsız qalıb.

    Muxalifet3 - 14-05-2019

  18. Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək

    "Nargis" fondu qardaş ölkə Türkiyə Respublikasının səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək" xeyriyyə layihəsinə start verib. Muxalifet.az xəbər verir ki, fonddan verilən məlumatda deyilir. "Layihə çərçivəsində "Nargis" fondu "Türk Hava Yolları", "MUSİAD", "Ziraat" bank və "145 Group"un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək. İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək. Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!".

    Muxalifet3 - 14-05-2019

  19. ​Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub

    Gəncə avtomobil zavodunda yeni yığım xəttinin açılış mərasimi təşkil olunub. Muxalifet.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb. Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.

    Muxalifet3 - 14-05-2019

  20. Murad Boz Əkrəm İmamoğlu üçün 100 min göndərdi

    Türkiyəli məşhur sənətçi Murad Boz CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun seçki kampaniyasına 100 min türk lirəsi məbləğində yardım göndərib. Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb. Türkiyə qanunlarına görə, vətəndaş bir il ərzində siyasi partiyaya 54 min 566 türk lirəsi bağışlaya bilər Bu səbəbdən müğənni 54 min 566 TL-ni öz adından, qalan məbləği, yəni 45 min 434 TL-ni isə anasının adından CHP-nin büdcəsinə keçirib.

    Muxalifet3 - 14-05-2019

Pages