Axtarış

The search found 105779 results in 0.084 seconds.

Search results

  1. Rusiyada salyanlı sahibkar qətlə yetirildi - FOTO

    Ötən gün Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib.
    Virtialaz.org-un Şirvan bürosunun məlumatına görə, əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş.

    Muxalifet - 15-05-2019

  2. ŞOK: Bakıda 40 min manatlıq ayaqqabı oğurlandı

    Paytaxtın Suraxanı rayonunda yerləşən anbardan 40 min manatlıq ayaqqabı oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

    Muxalifet - 15-05-2019

  3. "Tələbələr ölər, amma şərəfsizliyi qəbul etməz..." - İRANDA HİCAB VƏ İŞSİZLİK ƏLEYHİNƏ ETİRAZLAR / VİDEO

    Son günlərdə İranda hicaba etiraz aksiyaları vüsət alıb. Yarı-rəsmi ISNA xəbər agentliyi universitet tələbələrinin kampusda icbari baş örtüyünə qarşı aksiya keçirdiyini bildirib.

    Məlumatda deyilir ki, qız və oğlanlardan ibarət tələbə qrupu hökumətin geyim kodunu dəstəkləyən Tehran Universiteti tələbələri ilə toqquşub.

    Sosial media istifadəçiləri bildirib ki, nümayiş İncəsənət Universitetində tələbələrin şüarlar səsləndirmələri ilə başlayıb. Onlar məcburi geyim kodu, işsizlik və jurnalistlərin həbsinə etiraz edib.

    Muxalifet - 15-05-2019

  4. “Azərbaycanda boşanma halları çox azdır” - Mübariz Qurbanlı

    “Azərbaycanın ailə dəyərlərinə başqa xalqların ailə dəyərlərinin təsiri var”.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

    Muxalifet - 15-05-2019

  5. Vitse-spikerdən AzTV haqqında gözlənilməz sözlər: "Sonra anladım ki, səhv etməmişəm..."

    Bu gün işə lap erkən gəlmişdim. Saat 8- i təzəcə kecmişdi. İlk olaraq televizoru yandırdım.

    Muxalifet - 15-05-2019

  6. Elmar Vəliyevin nömrəsini əlindən aldılar - FOTO

    Sui-qəsd olayından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb. 
    Muxalifet.az Yenisabah-a istinadən məlumat verir ki, icra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20-AA-100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının  istifadəsindədir.
    Qeyd edək ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan "Lexus”unda idi.

    Muxalifet - 15-05-2019

  7. SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs HƏBS EDİLDİ

    Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məhəmməd Məmmədovun cinayət işi üzrə hökm elan edilib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənin cəzaları açıqlanıb.
    Məhkəmənin hökmü ilə Məhəmməd Məmmədov ömürlük, Telman Məmmədhəsənov 4 il, Mahir Abdullayev, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 15-05-2019

  8. ABŞ çəkilmə əmri verdi - GÖZLƏNİLMƏZ QƏRAR

    ABŞ Dövlət Departamenti fövqəladə hallar istisna olmaqla, bütün əməkdaşların İraqdan çıxarılmasına əmr verib.
     
    Qərara əsasən, bütün ABŞ dövlət işçiləri kritik vəziyyətlərlə əlaqəli olanlar istisna olmaqla, İraqı tərk edəcəklər.
    Bağdad və Ərbildə ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları ölkəni tərk etmək əmri alıblar.
    Normal viza prosedurları həm ofislərdə təxirə salınıb.
    ABŞ-ın İraqdakı səfirliyi bazar günü axşam Twitterdə "bölgədəki gərginliyin artması" səbəbiylə ABŞ vətəndaşlarının ölkəyə gəlməməsi lazım olduğunu söyləyib.

    Muxalifet3 - 15-05-2019

  9. “Bir neçə saat davam etsəydi, fəlakət olacaqdı” – QƏTƏRDƏN AÇIQLAMA

    Qətərin Qəzzanı Yenidənqurma Komitəsinin sədri Məhəmməd əl-İmad "İsrail ilə Qəzza arasındakı qarşıdurma bir neçə saat daha davam etsəydi dünya, minlərlə insanın evsiz qalması, evlərin dağıdılması və vətəndaşların öldürülməsi kimi insani fəlakətə şahid olacaqdı", - deyib.
     
    İmad Qəzzada təşkil etdiyi mətbuat konfransında, İsrail ilə Qəzza arasında yaşanan son hərbi gərginliyin az qala bölgənin hamısını sonu bilinməyən bir fəlakətin içinə çəkmiş ola biləcəyinə diqqəti çəkib.

    Muxalifet3 - 15-05-2019

  10. İmamoğlu təkrar seçkidə də QALİB GƏLƏRSƏ... - Şahin Cəfərli: “Bu, Ərdoğan üçün sonun başlanğıcı olacaq”

    İlqar Vəlizadə: “HDP daima radikal çağırışlar edib”
     
    İyunun 23-də İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsi Türkiyə gündəmində ən çox müzakirə olunan məsələdir. Çünki bu seçkilərin nəticəsi AKP iqtidarı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, kürdlər də vəziyyətdən istifadə etməyə çalışır. Dünən Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) 23 iyun İstanbul seçkiləri ilə bağlı qərarını açıqlayıb. HDP Məclisinin fövqəladə toplantısında qəbul olunan qərara görə, partiya CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcək.

    Muxalifet4 - 15-05-2019

  11. “AZƏRİQAZ” AZƏRBAYCAN İSTEHLAKÇILARINI “QAZLAYIR” – Erməni kilsələrini pulsuz qızdıran şirkət azərbaycanlılara pulla da qaz vermir

    Təbii inhisarçı kommunal xidmət qurumlarının inhisarçı mövqelərindən yararlanaraq istehlak bazarında hökmranlıq-diktatorluq etmələri istehlakçı hüquqlarının dözülməz durumda olmasına nədən olub. Ötən yazımızda “Azərsu”nun dövlətin və onun başçısının sosial-iqtisadi siyasətini sabotaj etməsindən yazmışdıq. İndi sıra qaz xidmətinindir. Toplam 3-4 aya dözməyən illik qaz limitini, iç-dış kilsələrin pulsuz qazlaşdırılmasını və qızdırılmasını bir yana qoyaq. Zavallı Azərbaycan vətəndaşına - əlilinə, şəhid ailəsinə heç öz pulu ilə də evini qızdırmağa imkan verilmir.

    Muxalifet4 - 15-05-2019

  12. 4 terrorçu təslim oldu - PKK SÜQUT EDİR

    Terror təşkilatı PKK-nın düşərgələrinİ 1-i qadın olmaqla, 4 terrorçu tərk edib. Terrorçular Habur Sərhəd Məntəqəsinə gələrək təhlükəsizlik qüvvələrinə təslim olublar. Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  13. Иран в преддверии войны: нефть может подорожать до 200 долларов

    Политическое противоборство США с Ираном подошло к опасной черте. Иран направил послам Германии, Великобритании, Китая и России уведомление о решении "приостановить исполнение некоторых обязательств" в рамках так называемой ядерной сделки и проинформировал о деталях верховного представителя ЕС по иностранным делам и политике безопасности Федерику Могерини как координатора договоренностей по ядерной программе.

    Muxalifet4 - 15-05-2019

  14. Avropada Türk siyasətçilərə ölüm təhdidi

    Hollandiyada son illərdə artan İslamofobiya və xarici düşmənçiliyi üzündən siyasi partiyalarda Müsəlmanlara yönəlik təhdidlər də artmağa başlayıb.
     
    “Denk” Partiyasının üzvləri və əksəriyyəti Türklər və immiqrantlar olan bələdiyyə məclis üzvləri Avropa Parlamenti seçkiləri öncəsi ölümlə təhdid edilir.
    “Denk” Partiyasının sədri Selçuk Öztürk etdiyi açıqlamada, Avropada artan İslam əleyhdarlığı və xarici düşmənçiliyi nəticəsində qaçqın və müsəlman siyasətçilərin də hədəf halına gəldiyini söyləyib.

    Muxalifet3 - 15-05-2019

  15. Azərbaycanda bu şəxslərin maaşları artırılacaq - ŞAD XƏBƏR

    “Azərbaycanda psixoloqların maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçiriləcək” . “Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov 15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planlar hazırlanır: “Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər.

    Muxalifet - 15-05-2019

  16. Azərbaycan modernizə olunmuş 100 min ədəd “Kalaşnikov” istehsal etdi - TASS BİLDİRİR...

    Azərbaycan Rusiyanın lisenziyası əsasında indiyə qədər 100 min ədəddən yuxarı “Kalaşnikov” AK-74M avtomatı istehsal edib. Bu məlumatı Minskdə keçirilən MİLEX-2019 silah sərgisi zamanı Azərbaycanın hərbi-sənaye kompleksinin nümayəndəsi TASS-a deyib. “İndiyə qədər Azərbaycan lisenziya əsasında 100 mindən yuxarı AK-74M istehsal edib. Avtomatların istehsalı 2021-ci ilə qədər davam edəcək. Cəmi 120 min vahid AK-74M buraxmaq nəzərdə tutulur”-o bildirib.

    Muxalifet - 15-05-2019

  17. Bu da Rəşad Dağlının oğlu - FOTO

    Meyxanaçı Rəşad Dağlının oğlu ilə fotosu yayılıb.
    Foto  İnstaqram səhifələrinin birində paylaşılıb. İfaçının oğlu Yusif ilə olan görüntüsü qısa müddət ərzində izləyicilər tərəfindən çox bəyənilib.
    Fotoya xoş, səmimi şərhlər yazılıb.

    Muxalifet - 15-05-2019

  18. ​Pərvin Abıyevanın elə görüntüsü yayıldı ki... - VİDEO

    Aktrisa Pərvin Abıyeva qarın əzələlərini nümayiş etdirib.
    Abıyeva idman zalında çəkdiyi videonu instaqramın hekayə bölməsində paylaşıb.
    O, paylaşıma “7 aydan sonra məşqə başladım, sizcə formam itib ya yox?” şərhini əlavə edib./Publika

    Muxalifet - 15-05-2019

  19. ​Polis narkotacir “Səbiş”i yaxaladı

    Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

    Muxalifet - 15-05-2019

  20. ​SON DƏQİQƏ: Bakının mərkəzində ATIŞMA - Generalın qohumu tutuldu - FOTO

    Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb. Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.

    Muxalifet - 15-05-2019

Pages