Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Brexit razılaşması parlamentdə dördüncü dəfə səsverməyə çıxarılacaq

    Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi Brexit razılaşmasını dördüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

    AZƏRTAC xəbər verir ki, baş nazir və müxalifət lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra səsvermə olacağı açıqlanıb. Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır.

    Xatırladaq ki, Brexit müqaviləsi 3 dəfə səsverməyə çıxarılsa da, parlament tərəfindən qəbul edilməyib.

    Muxalifet - 15-05-2019

  2. ​DƏHŞƏTLİ HADİSƏ: Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO

    Bir gecədə 15-dən artıq gey və trans qətlə yetirilib. Muxalifet.az oxu24.com-a istinadən xəbər verir ki,İraqın paytaxtı Bağdadda baş vermiş dəhşətli cinayətin video görüntüsü yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda mənzildə geylərin və transların meyitləri qan içərisində olduğu görünür. Xatırladaq ki, İraq Respublikasından Azərbaycana xeyli turist səfər edir.

    Muxalifet - 15-05-2019

  3. ​Bakıda sərnişin avtobusu kranla toqquşdu, xəsarət alanlar var

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
    Hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.
    Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.
    Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.
    Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 15-05-2019

  4. ​Dövlət Gömrük Komitəsi açıqlama yayıb - VİDEO

    Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yayımlanıb. Belə ki, Binəli Osmanov may ayının 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın "Qırmızı Körpü" gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir.
    Bu barədə DGK - nın mətbuat xidmətindən məlumat verilib. 

    Muxalifet - 15-05-2019

  5. ​Erməni firması Azərbaycandan milyonlar qazanır – Hiylə

    Redaksiyamıza hansısa bir erməni nəqliyyat firmasının Azərbaycanın ərzaq məhsullarını sataraq, böyük pullar qazanması barədə məlumat daxil olub.
    Axar.az-ın müxbirinin apardığı araşdırma nəticəsində məlum olub ki, həqiqətən də İrəvanda Sarı-Tax-14 ünvanında qeydiyyatda olan “Lardi-trans” firması Azərbaycanın Şəmkir rayonundan 20 ton xurma və Bakının Zirə qəsəbəsindən 20 ton pomidorun Rusiya paytaxtına daşınması ilə bağlı bu ilin fevralında internetdə elan verib.

    Muxalifet - 15-05-2019

  6. “Nar” “Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb

    “Nar” sosial media vasitəsilə yüksəkkeyfiyyətli, operativ və tam müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, mobil operator sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin hamısına cavab verir. 2019-cu ilin birinci rübü ərzində sosial şəbəkələrdən daxil olan müraciətlərin 25 %-dən çoxu 1 dəqiqə, 53%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılıb. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 8 dəqiqə ərzində cavab verilib.

    Muxalifet4 - 15-05-2019

  7. ​Bəsrə körfəzində qorxunc mənzərə - Bombardmançılar havaya qalxdı - VİDEO

    ABŞ-ın İrana təhdid məqsədilə Yaxın Şərqə göndərdiyi B-52 bombardmançı təyyarələri Qətərdəki hərbi bazadan havaya qalxıb.
    Nüvə bombası daşıya bilən B-52-lərin ilk uçuş məqsədi İrana mesaj vermək kimi göstərilib.
    Körfəzdə İranı blokadaya almağa çalışan ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Yaxın zamanda İrana iqtisadi sanksiyaları genişləndirən ABŞ daha əvvəl F-35 qırıcılarını, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və çox sayda döyüş gəmilərini Bəsrə körfəzinə göndərmişdi./Publika

    Muxalifet - 15-05-2019

  8. İcra başçısı: “Sovetski”dən sakinlərin köçürülməsinin növbəti mərhələsi başa çatıb

    Azərbaycan Texniki Universitetinin (ATU) tələbə şəhərciyindəki qanunsuz tikililər sökülüb.

    ONA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

    Ə. Əzizov deyib ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb. Eyni zamanda zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənib.

    Muxalifet - 15-05-2019

  9. "Vor zakon" Əzizin işi: keçmiş səhiyyə naziri həbs olundu

    Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal aləmdə “Çeçen Əziz” kimi tanınan "qanuni oğru" Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı cinayət işini araşdırarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayevanı həbs ediblər. Bu barədə Rusiyanın “Prestupnaya Rossiya” nəşri məlumat yayıb. Məlumata əsasən, yaxın günlərdə istintaqa çağırılaraq dindirilən sabiq məmur müvəqqəti saxlama təcridxanasına salınıb. Qeyd edək ki, D.Saginbayeva 2011-2014-cü illərdə Qırğızıstanın səhiyyə naziri vəzifəsində çalışıb.

    Muxalifet - 15-05-2019

  10. ​Prezident Mikayıl Cabbarovun səlahiyyətini artırdı

    Vergilər Nazirliyinin səlahiyyəti artırılıb.
    Bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib.

    Muxalifet - 15-05-2019

  11. Qarabağda yüzlərlə insanı ölümdən xilas edən ŞƏXS VƏFAT ETDİ - FOTO

    Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.
    Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935-ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.
    1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.

    Muxalifet - 15-05-2019

  12. “Mən jurnalistlərə qıcıq oluram” - Ənvər Seyidov

    Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.
    1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidov Modern.az-a açıqlamasında geniş danışmaq istəmədiyini bildirib:
    "Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

    Muxalifet - 15-05-2019

  13. "Oqtay Gülalıyevdən həqiqəti yazması tələb olunub" - DİN mətbuat xidmətindən açıqlama

    DİN Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi Oqtay Gülalıyev ilə bağlı açıqlama yayıb.

    Musavat.com həmin açıqlamanı təqdim edir:

    "AXCP və Milli Şura yetkililəri yenidən özlərinə əl qatıb iddia edirlər ki, Azərbaycan hakimiyyəti hüquq müdafiəçisi Oqtay Güləliyevi susdurmağa çalışır.

    Özləri də yaxşı bilirlər ki, hakimiyyət həqiqəti deyən, konkret fakta söykənərək tənqid yazan bir kimsəni susdurmaq fikrində deyil və olmayıb da. Sadəcə bunlar gündəlikdə qalmaq üçün bilə-bilə yalan danışırlar, xalqı çaşdırmağa cəhd edirlər.

    Muxalifet - 15-05-2019

  14. ​Azərbaycanda dəhşətli hadisə - 4 YAŞLI QIZ ÖLDÜ

    Şəmkir rayonunda 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
    Hadisə rayonun Şiştəpə kəndi ərazisində baş verib.
    Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Aslanova Damla turnikdən sallanan zaman qəfildən turnik sınıb və üzərinə düşüb. Yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırmalara başlanılıb./Report

    Muxalifet - 15-05-2019

  15. “İran raketlərini ABŞ bazalarının yaxınlarına daşıdı” - Pompeo

    ABŞ-la İran arasında gərginliyin artmasından sonra ABŞ öz əməkdaşlarının İraqdan çıxarılması əmrini verməsindən sonra Almaniya da bu yöndə bir qərar verdi.
     
    Alman rəsmi xəbər agentliyi “DPA”-nın hərbi qaynaqlarına görə, Alman ordusu bölgədəki gərginliyin artması səbəbiylə İraqda təlim əməliyyatlarını dayandırıb.
     
    HOLLANDİYA
     
    Almaniyadan sonra Hollandiya da təlimləri dayandırmağa qərar verdi.
     
    POMPEO: RAKETLƏRİ BAZALARIMIZIN YAXININA DAŞIDILAR
     

    Muxalifet3 - 15-05-2019

  16. ​15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi - DƏHŞƏT

    Omskda 55 yaşlı atanın vəhçicəsinə qətlə yetirilməsi faktı üzrə cinayət işi açılıb.
    İstintaq zamanı atanın 15 yaşlı qızı tərəfindən qətlə yetirildiyi məlum olub.
    Bədəninin bir neçə yerindən xəsarət alan atanın cəsədinı təcili yardım briqadasının həkimləri tapıb. 
    Araşdırma zamanı məlum olub ki, həyat yoldaşının ölümündən sonra ata qızını tək tərbiyə edib. 

    Muxalifet - 15-05-2019

  17. PKK-ya ağır zərbə: Hamısı öldürüldü

    Türkiyənin Daxili İşlər Nazirliyi Hakkari vilayətinin Yüksəkova əyalətində təşkil edilən əməliyyatda görülən 5 terrorçunun hamısının məhv edildiyi bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2019

  18. ​68 min nəfərə ŞAD XƏBƏR - Prezident 20 milyon manat ayırdı

    Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 15-05-2019

  19. ​"Feysbuk" istifadəçilərinə BƏD XƏBƏR: Canlı yayım qadağan olundu

    “Feysbuk” canlı yayım açmağı qadağan edəcək.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qadağa ictimai qaydaları kobud şəkildə pozan canlı yayımlara aiddir.
    CNET texnologiya saytının xəbərinə görə, şirkət mart ayında Yeni Zelandiyadakı məscidlərdə gerçəkləşdirilən qətliamdan sonra bu qərarı verib. 51 nəfərin vəhşicəsinə öldürüldüyü həmin qətliamda cinayətkar əməllərini canlı yayım açmaqla bütün dünyaya nümayiş etdirmişdi.

    Muxalifet - 15-05-2019

  20. ​“Gülməlisiniz, mən olmasam kimdən ilhamlanarsınız?” - Səmradan həmkarlarına

    Sonuncu dəfə “Armas” klipi ilə gündəmə gələn müğənni Səmra Rəhimli sosial media hesabında həmkarlarına söz atıb. Sənətçi İnstaqram “Story”də klipindəki obrazının maskasını paylaşaraq, onu kopyalayanların da cavabını verib: “Bu maskanı anam öz əlləri ilə tikib, heç yerdən alınmayıb. Necə ki, bir çox geyimlərimi və klipdəki aksessuarları özü düzəldir. İndi gedin, görüm obrazlarımı birinci kim təkrarlayacaq? Çox gülməlisiz, mən olmasam kimə baxıb, ilham alardınız? Yaxşı ki, Səmra var, bu şou-biznesə rəng qatır, fil qulağında yatanları isə oyadıb”./Unikal

    Muxalifet - 15-05-2019

Pages