Axtarış

The search found 105779 results in 0.16 seconds.

Search results

  1. Ərdoğan Əliyevdən sonra ona zəng etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevdən sonra öbəkistanlı həmkarı Şövkət Mirziyayevə zəng edib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
    Telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, bölgədəki siyasi proseslər də müzakirə edilib.
     

    Muxalifet3 - 15-05-2019

  2. ​Trampın şəkli olan corabla onun görüşünə getdi - FOTO

    ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser  etdiyi hərəkətlə gündəmə gəlib.
    RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin ştata səfəri zamanı o Donald Trampın qarşısına  qeyri-adi görkəmdə gəlib. O ayağına üzərinə Trampın şəkli vurulmuş corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.
     Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. 
    Vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.

    Muxalifet3 - 15-05-2019

  3. İraq öz ərazisindən İrana qarşı hərbi əməliyyatlara icazə verməyəcək

    İraqın Rusiyadakı səfiri Heydər Mansur Hadi Vaşinqtonla Tehran arasında gərginləşən münasibətlərdən danışarkən bildirib ki, İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək. Bu barədə TASS məlumat yayıb. “İran suveren ölkədir. Biz ərazimizdən istifadə edilməsinə icazə vermərik. Ümid edirəm ki, heç nə baş verməyəcək. Bölgədə yeni dağıdıcı müharibəni istəmirik. İraq problemin yox, onun həllinin bir hissəsi olmaq istəyir”, - səfir vurğulayıb.

    Muxalifet3 - 15-05-2019

  4. Gərginlik artır: Addım-addım müharibəyə doğru...

    Son 30 ildə müharibə, işğal və terrorla məhv edilmiş İraq, ABŞ-İran münaqişəsində də ön cəbhədir. İran Haşdi Şabinin milislərinə ABŞ hədəflərinə hücum hazırlamağa əmr edib. Vaşinqton İraqdakı diplomatik nümayəndələrini boşaldıb və ABŞ vətəndaşlarını ölkəni tərk etmələrini istəyib. Amerika Bəsrə Körfəzinə təyyarə daşıyan gəmi və nüvə bombası daşıma qabiliyyətli B-52 bombardmançıları ilə birlikdə 120 min qoşun göndərmək qərarına gəldikdən sonra bölgədə hərəkətlilik davam edir. ABŞ-dan gəmi göndərmə qərarı ilə yanaşı, Suriyanın Deyrizor şəhərində İran dəstəkli konvoyu daşıyan milisləri vurub.

    Muxalifet3 - 16-05-2019

  5. Venesueladan BMT-yə “Türkiyə” təklifi!

    Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada ölkəsinin Washington səfirliyinin qorunması üçün Türkiyənin '” hami dövlət '' olmasını təklif etdiklərini söyləyib.
     

    Muxalifet3 - 16-05-2019

  6. ABŞ-a qarşı intiqam andı içdilər

    Venesuelanın lideri Nicolas Maduro Catia La Mar-daki dəniz bazasını ziyarət edib. Maduro əsgərlərlə görüşüb və ordudan sadiqlik vədini alıb. Venesuelada ABŞ-a qarşı intiqam andının içilməsini istəyib. Nicolas Maduro bildirib ki, ABŞ sahil qoruyucu gəmisinin xəbərdarlıqlarından sonra ölkənin ərazi sularını tez tərk edib. Maduro ABŞ gəmisinə xəbərdarlıq edən dəniz bazasını ziyarət edib. Maduronun səfəri zamanı hərbi mərasim keçirilərkən əsgərlər ABŞ-a qarşı intiqam andı içib, Venesuelanın prezidentinə sadiq qalacaqlarına vəd veriblər. Müxalifət.az

    Muxalifet3 - 16-05-2019

  7. Tramp 'milli fövqəladə vəziyyət” əmri verdi

    ABŞ prezidenti Donald Tramp “milli fövqəladə vəziyyət” əmri verib və ABŞ xaricində telekommunikasiya avadanlığının istifadəsini qadağan edin. Çinli texnologiya şirkəti “Huawei”-yi sıxışdırıb çıxarmaq üçün bu addımın atıldığı bildirilib.
     
    Tramp tərəfindən imzalanan “milli fövqəladə vəziyyət” qaydalarına əsasən, ABŞ milli məlumatlarının qorunması üçün təhlükə yarada biləcək xarici ölkələrdən telekommunikasiya alətlərinin istifadəsinə qadağa qoyulub.

    Muxalifet3 - 16-05-2019

  8. Əhaliyə vacib XƏBƏRDARLIQ

    Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.
    Muxalifet.az xəbər verir ki, institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür.

    Muxalifet - 16-05-2019

  9. Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır - Rəfael Mehralıyev kimdir?

    Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin səlahiyyətləri əlindən alındı; onu MTN işinə görə həbsdə yatan Vidadi Zeynalovla birləşdirən məqamlar var Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyevin səlahiyyətlərini əlindən alıb. Unikal.org xəbər verir ki, E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

    Muxalifet - 16-05-2019

  10. ​Anası "Emin 444"ün "morqda" çəkilən görüntülərini yaydı - VİDEO

    Bakıda kriminal dairələrdə "Emin 444” və "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərov torpağa tapşırılıb. Muxalifet.az Buta.media-ya istinadla xəbər verir ki, E. Səfərovun anası "morqdan" görüntüləri təqdim edib. O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib: "Mənim oğlumun bağırsaqlarını yerə tökən azadlıqda gəzməməlidir". - qadın müraciət edərək deyib. Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib.

    Muxalifet - 16-05-2019

  11. ABŞ vertolyot çaya belə düşdü ... VİDEO GÖRÜNTÜ

    ABŞ-ın “New York” şəhərində vertolyot Hudson çayına düşüb. Vertolyot çaya çırpıldığı andan həvəskar kameralar tərəfindən qeyd edilib. Hadisə Manhattanda, “New York”-un beş əsas sahəsindən birində baş verib. Xilasetmə qrupları Bell 206 tipli vertolyotun yerli vaxtla saat 14:30-da çaya düşdüyünü, 35 yaşındakı pilotun sağ olaraq xilas edildiyini açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 16-05-2019

  12. ​Xəzər dənizində zəlzələ oldu

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 05:23-də, 3 maqnitudada qeydə alınıb.
    Zəlzələnin episentri 60 kilometr dərinlikdə yerləşib.

    Muxalifet - 16-05-2019

  13. ​Baş nazirdən orta ixtisas təhsili müəssisələri ilə bağlı VACİB QƏRAR

    “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. Qərara görə, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

    Muxalifet - 16-05-2019

  14. Paşinyanın Bakı və Ankaraya Pekindən gülünc ittihamı – İrəvanın özünü aldanışı

    Erməni baş nazir Şərqdən, onun xarici işlər naziri isə Qərbdən – Avropadan dünyaya yalanlar üyütməkdə davam edir; ermənilərin qorxduğu ən ağır sual: 30 ildəki məhrumiyyət və itkilər işğala dəyərdimi?..

    Ermənistanın baş naziri Nikol Paşinyan dünən Çinə iki günlük işgüzar səfərə gedib. Gözlənildiyi kimi, erməni lider Pekindən böyük maliyyə dəstəyi, iqtisadiyyatı üçün sərmayə qopara bilməyib. Səfər real nəticə baxımından tam fiasko sayıla bilər.

    Muxalifet - 16-05-2019

  15. Qorxuducu çıxış: “Vəziyyət çox ciddidir, hər yer yanğın yerinə çevrilə bilər”!

    Almaniyanın Xarici İşlər naziri Heiko Maas Yaxın Şərqdəki vəziyyətin çox ciddi olduğunu ifadə edərək hərbi gərginliyin artmasını maneə törətmək üçün hər şeyi edəcəklərini ifadə edib.
     
    O, nüvə razılaşmasının həyata keçirilmədiyi təqdirdə bölgənin yanğın yerinə çevrilə biləcəyi xəbərdarlığını edib.
     "Yaxın Şərqdəki vəziyyət çox ciddidir" deyən Maaş, bölgənin yanğına çevrildiyi təqdirdə, xüsusilə Avropanın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola biləcəyini söyləyib.

    Muxalifet3 - 16-05-2019

  16. Xarici kişiləri sevən Azərbaycan qızları – Elə bilirlər...

    Son illər ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.

    Muxalifet - 16-05-2019

  17. Merkeldən Türkiyə əleyhinə çıxış

    Almaniyanın baş naziri Merkel Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra yaşanan gəlişmələrin bu ölkəni Avropa Birliyi (AB) üzvlüyünə yaxınlaşdırmadığını söyləyib.
     
    Merkel, "Bələdiyyə seçkilərindən sonra yaşanan son gəlişmələr Türkiyənin AB üzvlüyünü mümkün hala gətirmir, əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı narahatlıqlara səbəb olur. Mən hər zaman Türkiyənin tam üzvlüyünü düşünə bilmədiyini söylədim" deyə bildirib.

    Muxalifet3 - 16-05-2019

  18. AYB-nin adı bu dəfə striptiz-şou qalmaqalında hallanır - təfərrüat

    Xəyal Rza: “Biz oradan əldə olunan vəsaitlə maaşı az olan işçilərimizə yardım edirik”

    Azərbaycan Yazıçılar Birliyinin balansında yerləşən, kafe kimi icarəyə verilən məkan ətrafında yenidən qalmaqal yaranıb. Saytlarda yazılan məlumatlara görə, hazırda “Hot Room Club” adı altında fəaliyyət göstərən məkanda axşam saatlarında striptiz-şou nümayiş etdirilir. Bu barədə yazan unikal.org saytı məlumatı təsdiqləyən video da yayıb. Bütün bunlardan sonra sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyi (AYB) yenidən qınaq obyektinə çevrilib.

    Muxalifet - 16-05-2019

  19. İRANA QARŞI SAVAŞIN ÜÇ SSENARİSİ – Əməliyyat planı ABŞ və İsrailin baş qərargahının masası üzərindədir

    Pentaqon İran nüvə silahını hazırlamağı  sürətləndirəcəyi halda Yaxın Şərqə 120 min hərbçi göndərmək planı işləyib. 2003-cü ildə İraqla savaşa başlamaq üçün, təxminən, bu sayda qoşun göndərilib. Bölgədə tammiqyaslı savaşın başlanması riski çoxalır. Bu güc uğurlu zərbə üçün amerikalılara bəs edəcəkmi və bu necə olacaq?

    Muxalifet - 16-05-2019

  20. “Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu - FOTO

    Binəqədi rayonunda törədilən, son illərin ən qəddar  cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. Bu haqda ”Yeni Müsavat"a daxil olan məlumatı Binəqədi Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildiriblər ki, hazırda qətllə bağlı istintaq davam edir.

    Muxalifet - 16-05-2019

Pages