Axtarış
The search found 105779 results in 0.029 seconds.
Search results
İrandan açıqlama: “ABŞ-la müharibənin astanasındayıq”
İran İnqilab Mühafizəçilərinin komandiri general Selami İslam inqilabının heç olmadığı qədər həssas bir dövrdən keçdiyini ifadə edərək "Düşmən bütün gücünü bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə edir. Bu proses İslam inqilabının taleyini müəyyənləşdirəcəkdir” deyib.
ABŞ-ın bölgədə hərbi gərginliyi artırmağa yönəlik addımlarını da qiymətləndirən Selami, ABŞ ilə mümkün müharibə ehtimalı üçün "Düşmənlə bütünlüklə qarşı-qarşıya gəlmənin ən üst nöqtəsindəyik" deyə bildirib.Muxalifet3 - 16-05-2019
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Daxili İşlər naziri Ramil Usubov rəis müavinini təqaüdə göndərib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib. Onun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis polkovnik leytenantı Cəbrayıl Əhmədov təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul məlumatı təsdiqləyib.Muxalifet - 16-05-2019
Məsut Özil evlənir - Tarix BƏLLİ OLDU - FOTO
"Arsenal"ın ulduz oyunçusu Məsut Özil ilə aktrisa Amine Gülşe evlənməyə hazırlaşır. İyunun 7-də baş tutacaq toydan sonra cütlük balayı üçün Maldiv və ya Baham adalarına yola düşəcək.
Muxalifet.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, cütlük hələ balayı üçün tam qərar verə bilməyib.
İki il öncə nişanlanan cütlüyün toyuna 300 nəfərin dəvət olunacağı bildirilir.Muxalifet - 16-05-2019
ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısına nəzər yetirdikdə onların bir neçəsinin vəziyyətinin o qədər də ürəkaçan olmadığı üzə çıxır. Riskli aktivlər adından da göründüyü kimi, bankların qiymət dəyişiminə uğraya biləcək aktivləridir, yəni bu aktivlərin müəyyən mənada banka vaxtında və tam qaytarılmaması, yaxud ümumiyyətlə batması ehtimalı mövcuddur.
Muxalifet - 16-05-2019
Bu yollarda rənglənmə aparılır
Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağına kimi, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verib.
Agentlik sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.Muxalifet - 16-05-2019
23 yaşlı Şölə intihar edib, yoxsa zorlandıqdan sonra 20-ci mərtəbədən buraxılıb? - Şok ifadələr
Mayın 29-da Ankarada plazaların birinin 20-ci mərtəbəsindən düşərək dünyasını dəyişən tələbə Şölə Çətinin ölüm işi üzrə məhkəmədə qalmaqallı məqamlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, 23 yaşlı gənc qızın intihar etmədiyi, binadan atıldığı iddiaları var.
Məhkəmədə şübhəli şəxs qismində ifadə verən Çağatay Aksu Şölənin atasına xitab edərək “qızına sahib çıxaydın” söyləyib.
O, ilk məhkəmə prosesində də qızın atasının bank hesablarının araşdırılmasını tələb etmişdi və övladına pul göndərmədiyi üçün onun intihar etdiyi iddiasını irəli sürmüşdü.
Muxalifet - 16-05-2019
Azərbaycanlı aktyora ağır itki
Aktyor Tərlan Nuryaşara ağır itki üz verib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, aktyorun anası dünyasını dəyişib.
Qeyd edək ki, Tərlan bir neçə müddət əvvəl anasının xəstə olduğunu və dəfələrlə əməliyyat edildiyini deyib.Muxalifet - 16-05-2019
SON DƏQİQƏ: Tanınmış azərbaycanlı pedaqoq vəfat etdi - FOTO
AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist Sahib Əhmədov vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, tanınmış zooloq xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Sahib Bəylər oğlu Əhmədov 1949-cu ildə Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olub.Muxalifet - 16-05-2019
Deputatın bağlatdırdığı popkorn aparatı yenidən İŞƏ BAŞLADI - Baxın, satıcısı kimdir - FOTO
Deputat Rasim Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan popkorn aparatları yenidən açılıb.
Dünəndən etibarən keçidlərdə popkorn aparatları yenidən fəaliyyətə başlayıb.
Sadəcə dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib.
Muxalifet - 16-05-2019
Elgiz Əkbərdən ŞOK SÖZLƏR: "Gülnarı qucağıma alıb, divana atdım, ürəyi getdi" - VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramının aparıcısı Elgiz Əkbər illər öncə çəkildiyi filmdə başına gələn maraqlı hadisəni danışıb.
“Sssenari yox idi, hamı inprovizasiya edirdi. Mənə deyildi ki, əsəbini nümayiş et. Axı mən aktyor deyiləm. Bilmədim nə edim. Əməkdar artist Gülnar Salmanovanı aldım qucağıma tulladım divana. Sən demə, qadın şəkər xəstəsidir. Gülnar xanımın ürəyi getdi.Muxalifet - 16-05-2019
Azərbaycanda məzuniyyət qaydaları DƏYİŞƏ BİLƏR - Nazirlik açıqladı
Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.
Muxalifet - 16-05-2019
Çavuşoğlu bəyan etdi: S-400 və F-35...
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu S-400-lərin NATO sisteminə uyğunlaşdırılmayacağını və tam Türkiyənin nəzarəti altında olacağını söyləyib.
“ABŞ S-400-lərin F-35 üçün təhlükə olduğunu iddia edir. Bu sistem tam Türkiyənin nəzarəti altında olacaq və NATO sistemlərinə inteqrasiya olunmayacaq. ABŞ-ın bu məsələ ilə bağlı iddiaları doğrudursa, S-400-lərin F-35-lərin texnologiyasına çatması lazımdır. Biz ABŞ-a birgə iş qrupu təklif etdik” deyə Çavuşoğlu bildirib.
Müxalifət.azMuxalifet3 - 16-05-2019
BŞİH QAT-ın mitinqinlə bağlı müraciətinə cavab verib
Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də Qarabağ mitinqi keçirməklə bağlı müraciətinə bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib.
QAT-dan Muxalifet.az-a bildirilib ki, cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.Muxalifet - 16-05-2019
Paşinyanın Brüsseldə bu FOTOSU səs-küy doğurdu
Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların nisbəti olduqca yüksəkdir.
Ermənistanın “Epress” saytı 2016 və 2017-ci illərə aid sensasion nəticələri yayıb.
Məlumata görə, ölkədə 2016-cı ildə qeydə alınmış 160 belə cinayət əməlinin qurbanlarının 115-i uşaqlar olub. Cinayət anında 115 zərərçəkən 5-17 yaş aralarında olublar.
2017-ci ildə Ermənistanda baş vermiş 164 belə cinayətin isə 113-də qurbanlar uşaqlar olubMuxalifet - 16-05-2019
Azərbaycanda "avtoş"ların etdikləri kameraya belə düşdü - QORXULU GÖRÜNTÜLƏR
Quba rayonunda 2 “avtoş” həbs edilib.
Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.Muxalifet - 16-05-2019
Argentina səmasında İsa Peyğəmbərin silueti göründü - FOTO
Argentinanın San-Salvador-de-Jujuy şəhəri və ətraf vilayətlərin sakinləri səmada inanılmaz mənzərə ilə rastlaşıblar. Hava tutqun olub və qəflətən buludların arasından günəş parıldayıb. Bu zaman bir çox yerli sakin səmada İsa Peyğəmbərin siluetini görüblər. Yerli sakin Monika Aramay gördüyü mənzərəni telefonun yaddaşına köçürüb. Foto sosial şəbəkələrdə çox böyük marağa səbəb olub./olke.az
Muxalifet - 16-05-2019
PKK, CHP və FETO ABŞ-da görüşdü
New York mərkəzli Türkiyə Araşdırmaları İnstitutu ABŞ-da Türkiyə əleyhində fəaliyyətlərə imza atmağa davam edir. İnstitut srağagün ABŞ-da Türkiyəyə qarşı qurulan təxribat oyunlarında FETÖ-nun kuryerliyini edən keçmiş CHP millət vəkili Aykan Erdemir və PKK-nın siyasi qolu HDP-nin ABŞ nümayəndəsi Girən Özcanın çıxışçı olaraq qatıldığı panel təşkil edib. CHP millət vəkili Sezgin Tanrıkulu da Skype ilə panelə bağlanıb.
Muxalifet3 - 16-05-2019
Gəncədə silahlı dəstə SAXLANILDI: tapança, əlcək, bıçaq...
Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.
Muxalifet - 16-05-2019
Avroliqanın finalı üçün Bakıda xüsusi hazırlıq
Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.Muxalifet - 16-05-2019
ABŞ terroru bəsləyir
ABŞ-ın embarqolarla beynəlxalq birjalarda etməyə çalışdığı həmlələr diğər dövlətlərə də təsir edir. Sadəcə İrandan söhbət getmir. Suriya və Iraqda, Venesuelanın da yer aldığı bir çox fərqli coğrafiyada bu şəkildə qarışıqlıqlar meydana gətirilir. Məhz buna görə də dünyadakı rəsmi qeyddən kənar neft həcmi həddindən artıq yüksəlib. Bu qeyddən kənar neftin bir qismini təmizlənməmiş olduğu üçün bəzi dövlətlər az miqdarda alsa da, əsas ticarəti terror təşkilatları həyata keçirir. ABŞ da tətbiq etdiyi embarqolarla terror təşkilatlarının əppəyinə yağ sürtmüş olur.
Muxalifet3 - 16-05-2019