Axtarış
The search found 105779 results in 0.038 seconds.
Search results
Azərbaycanlı jurnalistin Ermənistana səfəri. Son 15 ildə ilk dəfə - FİLM
Birinci hissə
Тuran-ın redaktorunun Ermənistana səfəri haqqında
1-5 fevral 2019 il tarixləri arasında Turan agentliyinin redaktoru Şahin Hacıyev reportajlar və müsahibələr hazırlamaq üçün Ermənistana ezam edilib.
Bu son 15 ildə Azərbaican jurnalistinin Ermənistana ilk səfəri idi.
Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınmışdı. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşaiyət edən Gürcüstanlı və Rusiyalı assistentlərə jurnalist akkreditasiyası vermişdi.
Muxalifet4 - 16-05-2019
Keçmiş türk əri məşhur azərbaycanlı haqda ŞOK FAKTLARI AÇDI: Məni öldürmək üçün...
Amerikaya köçən məşhur akyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva haqqında şok faktları açıqlayıb. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorluq karyerası ilə vidalaşıb Amerikada sürücü işləyən Tolqa Karel keçmiş həyat yoldaşı Günay Musayevanın onu öldürməyə cəhd etdiyini deyib: "Məni öldürməsi üçün tutduğu adamın hazırda həbsxanada olduğunu da dedi? Ya da, "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyərək, boşanmanı bir il uzatdığını etiraf edib? Evimi kirayə vermişdim, qalan insanlar zəng etdilər ki, mənzildən cadular tapdıq. Daha nələri deyim?
Muxalifet - 16-05-2019
Qoşqar Təhməzlinin "işçiləri" həbsdə qaldı - bəraət istəyirdilər
Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayev yenidən məhkəməyə müraciət edib.
Muxalifet.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Kassasiya şikayəti hakim Hafiz Nəsibovun icraatıan verilib. Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.Muxalifet - 16-05-2019
Qarabağ masasında nə baş verir? – Pol Qobl AÇIQLADI
“Dağlıq Qarabağ münaqişəsinin həlli iki məzmunlu məsələyə görə - İrəvan öz müqəddəratını təyin etməni, Bakı sərhədlərin toxunulmazlığı və dövlət müstəqilliyini əsas götürür – irəliləyə bilmir. Çətin ki, yaxın gələcəkdə irəliləyiş olsun. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlər həll olunmur, misal üçün humanitar məsələlər. Lakin bütün bunlar mürəkkəb və əhəmiyyətli sualların həllinə gətirib çıxarmır. Diplomatlar öz işləri üçün nikbin olmağa məcburdur, lakin analitiklər belə ola bilmir”.
Muxalifet - 16-05-2019
Nazarbayev “birinci prezident” statusundan imtina etdi
Nursultan Nazarbayev Qazaxıstanın "birinci prezident"i statusunun verilməsi ilə əlaqədar "narahatlıq yaratmaq" istəmir.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.
"Mən narahatlığa səbəb oluram. "Birinci prezident", sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur", - "Sputnik-Qazaxıstan" N.Nazarbayevdən sitat gətirib.Muxalifet - 16-05-2019
Körpə siçan dərmanından zəhərləndi - vəziyyəti...
Bakıda 2 yaşlı körpə siçan dərmanından zəhərlənib. Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Məlumata görə, 2017-ci il təvəllüdlü F.Əliyeva yaşadığı Binə qəsəbəsindəki evdə siçan dərmanından zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib, hazırda vəziyəti normaldır.
Muxalifet - 16-05-2019
Merkel siyasətdən gedir
Almaniya kansleri Angela Merkel 2021-ci ildən sonra siyasətdən getməyi planlaşdırdığını bildirib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Kanslerin sözlərinə görə, həmin müddətdən sonra heç bir siyasi post tutmamaq niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Merkelin yaxın gələcəkdə Avropa İttifaqında rəhbər vəzifə tuta biləcəyini bildirmişdi.Muxalifet - 16-05-2019
ABŞ prezidentini “Tramp çorabı” ilə qarşıladı
Luziana ştatı qubernatorunun müavini Billy Nungesser Trampın portreti həkk olunan və saçları dağılmış vəziyyətdə təsvir olunan xüsusi bir çorapla havalimanına gələn ABŞ prezidentini qarşılayıb.
Qubernator müavini Billy Nunesserin “Tramp corabları” ilə ABŞ prezidenti Donald Trampı qarşılamağa getməsi sosial mediada məşhurlaşıb.
Billy Nungesser New Orleans-ı ziyarət edən Trampı “Tramp corabı” ilə təəccübləndirib.
Özünün portretinin təsvir olunduğu corab Trampin diqqətini cəlb edib.Muxalifet3 - 16-05-2019
Adnan Oktarın son görüntüləri hər kəsi ŞOKA SALDI - İNANILMAZ DƏYİŞİM/FOTO
Türkiyədə polisin keçirdiyi əməlliyat nəticəsində həbs edilən Adnan Oktarın cəza müəssisəsindən son görüntüləri yayılıb. Fotolardan görünür ki, özünü din xadimi kimi təqdim edən Oktar saçlarını qara rəngə boyayıb və xeyli kökəlib.
Publika.az A.Oktarın fotolarını təqdim edir:Muxalifet - 16-05-2019
Putin İranın dar günündə belə dedi: “Biz yanğınsöndürən deyilik, hər kəsə yardım edə bilmərik”
“Bizə bel bağlamayın” mesajı
Muxalifet - 16-05-2019
Türkiyədə azərbaycanlının avtomobili partladı
Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib. Yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb. Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev azərtac -a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Faktla bağlı təhqiqat aparılır. Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.
Muxalifet3 - 16-05-2019
Türkiyə İraqdan tələb etdi: Daha çox neft ver!
İrana qarşı sanksiyalar fonunda Türkiyə İraqdan daha çox həcmdə xam neft tələb edib. Muxalifet.az xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer Qadban deyib. O bildirib ki, Türkiyə İraqdan daha çox həcmdə neft almaq istəyir.
Muxalifet3 - 16-05-2019
Dispetçer solla sağı səhv saldı - Onlarla insan öləcəkdi
Tayvanın “Eva Air” hava yolları şirkətinə aid sərnişin təyyarəsi dağ zirvəsinə təhlükəli yaxınlıqdan ötüb keçib. “İndependent” nəşrinin yazdığına görə, buna səbəb aviadispetçerin solla sağı səhv salması olub. İnsident 2016-cı ildə Los-Ancelesdən Taypeyə uçan “Boeing 777” laynerində baş versə də, araşdırma nəticələri yalnız indi ictimailəşib. Məlum olub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dispetçer təyyarəni şərqə istiqamətləndirməli olduğu halda, qərbə yönəldib. Əvvəl pilota 180 dərəcə sola uçmaq və iki min metr yüksəkliyə qalxmaqla bağlı təlimat verilib.
Muxalifet3 - 16-05-2019
Trampı belə alçaldan OLMAMIŞDI – Maduro QƏZƏBLƏNDİ
ABŞ-ın Venesuelaya uçuşları dayandırması sadəcə bizə deyil, elə amerikalıların özünə də zərəri var. Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib. O, bu yöndə qəbul edilən qərarı azadlığa hücum kimi dəyərləndirib: “Bu uçuşları dayandıran Tramp administrasiyası nə əldə etdi? Heç nə! Özlərinin və vətəndaşların hərəkət azadlığına zərbə dəydi. Donald Tramp, siz bir təcavüzkarsınız!”
Muxalifet3 - 16-05-2019
Rusiya açıqladı: Suriyada kürd faktoru önəmlidir
Suriyada kürd faktoru önəmlidir. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. “Bəzi həmkarlarımız bu mövzuda spekulyasiya ilə məşğuldur. Biz buna qarşıyıq”, - diplomat bildirib. Ryabkov eyni zamanda ABŞ-ın Fəratin şərqindəki hərbi varlığında da narahatlığını ifadə edib.
Muxalifet3 - 16-05-2019
Belçika kralı atalıq testi vermədiyi üçün cəzalandırıldı
Brüsselin Apellyasiya məhkəməsi bu gün Belçikalıların Kralı II Alberti atalıq testindən keçmədiyi üçün cəzalandırılıb. Atalıq testi tələbi kralın nikahdankənar qızı Delfina Boel tərəfindən qaldırılıb. Delfina Boelin vəkili jurnalistlərə bildirib ki, əgər kral atalıq testindən keçməzsə ekspertizanın təyin etdiyi gündən sonra, ötürülmüş hər gün üçün kral 5 min avro ödəməli olacaq. 2018-ci ildə Brüssel məhkəməsi Delfina Boelin atası Jak Boelin onun bioloji atası olmamasını təsdiq edərək, 84 yaşlı II Albertə 3 ay ərzində atalıq testindən keçmək barədə qərar çıxardıb.
Muxalifet3 - 16-05-2019
SON DƏQİQƏ: Əhaliyə vacib XƏBƏRDARLIQ
Muxalifet.az bax.tv-ə istinadən video materialı təqdim edir:
Muxalifet3 - 16-05-2019
Gürcülər niyə məscid tikintisinə maraq göstərmir?
Gürcüstanda müstəqilik əldə olunan vaxtdan bu günə qədər məscidlərin sayı üç dəfə artıb. Lakin yenə də bir çox böyük məntəqələr və kəndlərdə ibadət evlərinə ciddi ehtiyac var. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov Gürcüstan parlamentində keçirilən dini məsələlər üzrə İşçi qrupun görüşündə bildirib. Onun sözlərinə görə, bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət olunur: “Ancaq müsbət cavab ala bilmirik.
Muxalifet3 - 16-05-2019
Duzdağın 40 illiyi qeyd ediləcək - Sərəncam
Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd ediləcək. Muxalifet.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 16-da bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncamda deyilir ki, 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzininyaradılmasının 40 illiyi tamam olur.
Muxalifet3 - 16-05-2019
Kılıçdaroğlu Ərdoğanın dəvətini qəbul etdi - Gözlənilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman bayramı ilə bağlı 19 mayda Samsunda təşkil olunacaq rəsmi mərasimə CHP sədri Kamal Kılıçdaroğlunu da dəvət edib. Muxalifet.az xəbər verir ki, bu barədə CHP-nin sədr müavini Tuncay Özkan məlumat verib. O, bildirib Kamal bəy dəvəti qəbul edib.
Muxalifet3 - 16-05-2019