Axtarış
The search found 105779 results in 0.131 seconds.
Search results
Elmar Vəliyevlə bağlı milyonluq QALMAQAL - FOTOLAR
“Əməkdar mühəndis” Nizami Fərman oğlu Həsənov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdən 4 milyon 600 min manat pulunu ala bilmir. “Kolanı-İnşaat” MMC-nin təsisçisi və direktoru olan Nizami Həsənov deyir ki, ümumilikdə ona olan borc daha çoxdur. Özünün, övladlarının, yaxın qohumlarının mal-mülklərini satıb borcun bir hissəsini ödəyib. Qalan hissəsini isə ödəmək iqtidarında deyil.
Muxalifet - 17-05-2019
Afaq Aslana BƏD XƏBƏR: ölkədən çıxışına...
Müğənni və model Afaq Aslanın ölkədən çıxışına qadağa qoyulub.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin vergi borcunu ödəməməsi olub. Özünə Aslan ləqəbini seçən müğənniyə dəfələrlə dövlətə olan borcunu ödəməsi xəbərdarlığı olunsa da, Afaq buna məhəl qoymayıb. Buna görə də sənətçinin ölkədən çıxışına qadağa qoyulub.Muxalifet - 17-05-2019
Elinanın ailəsindən SENSASİON bəyanat: “Qoy, hamı bilsin ki...”
Bakıdakı 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın qırxı günündə - mayın 15-də onun doğmaları bəyanatla çıxış ediblər.
Elinanın doğmaları hesab edirlər ki, bu tədris müəssisəsinin 4-cü mərtəbəsindən özünü atan qız məktəbin direktoru Sevil Abbasova və Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın günahı ucbatından növbəti gün xəstəxanada ölüb. Qıza vaxtında tibbi yardım göstərilməyib. Ağır yaralanan E.Hacıyeva sağ qalıb və məktəb direktorunun kabinetinə yerləşdirilib. Təcili yardım isə gec çağırılıb.Muxalifet - 17-05-2019
“ABŞ-İran gərginliyi hər iki tərəf üçün intihardır” – İran XİN
"ABŞ ilə danışıqların perspektivi yoxdur. Danışıqlar çağırışından əvvəl ABŞ beynəlxalq qaydalara riayət etməlidir", - deyə İranın Xarici İşlər naziri Cavad Zərif bildirib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra ortaya çıxan gərginliyin iki tərəf üçün də intihar olduğunu, lakin Vaşinqtonla nüvə müzakirəsinin mümkün olmadığını söyləyib.Muxalifet3 - 17-05-2019
Türk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"
“Dünyadakı nüvə müharibəsinə daxil olmayacağıq”.
Bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev deyib.
12-ci Astana İqtisadi Forumunun açılışında Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verən lider bildirib ki, Qazaxıstan dünya miqyasında sülhün tərəfdarıdır. “Ancaq bu, nüvə silahları ilə bağlı işlərimizin davam etmədiyi anlamına gəlməsin. Nüvə arsenalımızı qururuq, sınaq mərhələsindəyik”, - Nazarbayev deyib.Muxalifet - 17-05-2019
PUTİNİN YANLIŞ DİPLOMATİYASI – “Bu siyasət Rusiyanı Çinin ağuşuna aparır…”
May ayının 8-də Fransada faşizm üzərində qələbənin qeyd olunması çox sadə keçdi. Bu dəfə Yelisey çöllərində elə də çox adam yoxdu. Amma 9 mayda Moskvada qələbə bayramı Parisdəkindən tamamilə fərqli idi və həm də böyük təmtəraqla keçdi.
Muxalifet - 17-05-2019
İftar süfrəsində BİABIRÇILIQ: Yemək üstündə dava düşdü - VİDEO
Səudiyyə Ərəbistanında iftar süfrəsində biabırçılıq yaşanıb.
Yemək üstündə iftara gələn şəxslər arasında kütləvi dava düşüb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.İddiaya görə, yemək az olduğu üçün dava baş verib. Qeyd olunan görüntülər qınağa səbəb olub. Hadisənin videosunu təqdim edirik:Muxalifet - 17-05-2019
İranı haradan vuracaqlar - mümkün versiyalar
Vaşinqtonun İran ətrafındakı hərbi gücü və imkanları nə qədərdir?..
Hər nə qədər İran dini lideri və ABŞ prezidentinin “müharibə olmayacaq” bəyanatları son günlər yaranmış ajiotajı aradan qaldırsa da, müharibə riski qalır. Çünki Vaşinqtonun ötən həftə körfəzə, İran sahillərinə göndərdiyi hərbi qüvvələr hələ də oradadır, üstəlik, regionda siyasi vəziyyət günü-gündən pisləşir.
Muxalifet - 17-05-2019
"Emin 444"ün qətli böyük qan davasına çevrilə bilər - ŞOK FAKTLAR/FOTO
Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Qətldən dərhal sonra 1995-ci il təvəllüdlü Həsən Tağıyev həbs olunub. Qətlə yetirilən Emin Səfərovun yaxınları isə Həsən Tağıyevin qətlin iştirakçısı olduğunu, qəddar qətlin sifarişçisinin kikboks üzrə dünya çempionu Zaur Yusifov olduğunu iddia ediblər. Zaur Yusifov mayın 14-də həbs olunub.
Muxalifet - 17-05-2019
"Əhali sayı artsa da, ərazisi artmır" - Əli Əhmədov
"Qida təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi elə problemlərdəndir ki, onun kəskinliyi getdikcə daha da artacaq. Eyni zamanda bu problemin həll olunması üçün səylər bundan sonra daha da artacaq". Bunu Baş Nazirin müavini Əli Əhmədov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla əlaqədar hər bir ölkə öz strategiyasını müəyyənləşdirib həyata keçirmək haqqında düşünməlidir: "Bu gün Azərbaycan ən çox islahat aparan ölkələrdən biridir.
Muxalifet - 17-05-2019
ŞOK: İlan nəhəng fili öldürdü - ANBAAN VİDEO
Dünyanın ən zəhərli və güclü ilanlarından hesab olunan kral kobrası səhrada onunla üz-üzə gələn nəhəng fili zəhərləyərək öldürüb. Qeyd olunan görüntü animal planets səhifəsində yayımlanıb. İlanın çilədiyi zəhər filin yarasına düşdüyü anda o yerə yıxılıb və ölüb. / Oxu24.com
Muxalifet - 17-05-2019
Trampdan İran AÇIQLAMASI: “Ümid edirəm, müharibə olmaz”
ABŞ prezidenti Donald Tramp Tehranla Vaşinqton arasındakı gərginliklə bağlı açıqlama verib. Jurnalistlərin ABŞ-ın İranla müharibə edib-etməyəcəyi sualının cavabında Tramp deyib: “Ümid edirəm, müharibə olmayacaq”.
“Konqresin razılığı lazımdır”
Muxalifet - 17-05-2019
Xalq artistinə BÖYÜK ŞOK: Evi əlindən alınır? - ÖZÜ AÇIQLADI
Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilməsi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, bir müddət əvvəl “Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var.
Publika.az xəbəri dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxlayıb. Xalq artisti əvvəlcə bu barədə danışmaq istəmədiyini desə də, sonradan xəbəri təkzib edib.Muxalifet - 17-05-2019
İrana gündə 500 raket zərbəsi! - PENTAQON BELƏ PLANLAŞDIRIR...
ABŞ İran ətrafına hərbi qüvvələri cəmləşdirməkdə davam edir. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar donanmasının “McFaul” və “Gonzalez” raketdaşıyan gəmiləri Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil olub. Gəmilərin “Tomoqavk” raketləri ilə silahandığı bildirilir. Bundan əvvəl ABŞ-ın “Avraam Linkoln” təyyarədaşıyaı və bombardmançıların operativ qrupu regiona yeridilmişdi.
Muxalifet - 17-05-2019
“Röyanın arzusu ürəyində qalıb” - Rasim Balayev
Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanın onun barədə verdiyi açıqlamaya münasibətini bildirib. Muxalifet.az xəbər verir ki, məşhur aktyor müğənninin “Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm” sözlərinə belə şərh verib: “Bu barədə eşitmişəm. Bir dəfə toyların birində məni gördü, yaxınlaşıb dedi. Nə deyim, arzusu olub, amma ürəyində qalıb”. R. Balayev “Röyanı sənətçi kimi bəyənirsiz?” sualına “Belə də… Ortabab müğənnidir”- deyə cavab verib. Bu məqamda bildirək ki, R. Balayevin açıqlamasını "gecce.az" adlı instaqram səhifəsi paylaşıb.
Muxalifet - 17-05-2019
AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...
May ayının 6-7də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi Parlamentinin binasında BMT, Avropa Birliyi Parlamenti, Avropa Şurası, ATƏT və YUNESCO-nun milli azlıqlarla bağlı komissiyalarının birgə toplantısı keçirildi. Avropa məkanında yaşayan azlıqların təhsil, mədəniyyət və digər məsələləri toplantıda gündəmə gətirilidi.
Muxalifet - 17-05-2019
Bakıda parklanma problemi - Deputat şikayətləndi
“Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır. Təbii ki, parklanmadan toplanan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.Muxalifet - 17-05-2019
“Bunların hələ başı çıxmır ki, təhlükəsizlik nə deməkdir...” – Siyavuş Novruzov
"Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir". Muxalifet.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib. YAP-ın İcra katibinin müavinin sözlərinə görə, anti-milli ünsürlərin keçirməyə cəhd etdikləri aksiya Prezidentin qaldığı otelin qarşısında deyildi, əksinə, başqa yerdə idi: "İkincisi isə burada erməni izinin və erməni lobbisinin maliyyəsinin olduğu danılmazdır.
Muxalifet - 17-05-2019
Məşhur professor HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyəli kardioloq Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözlənilməz açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur professor konservləşdirilmiş məhsullarının istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb. O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.Muxalifet - 17-05-2019
Döyüş təyyarəsi anbarın üstünə düşdü
ABŞ-da təlim uçuşu zamanı F-16 qırıcısı bir anbarın damına düşüb. Pilot paraşütla tullanaraq sağ qalıb, anbarda isə böyük yanğın başlayıb.
Qəza Moreno Vadisində yerli vaxtla saat 15: 45-də baş verib. Səlahiyyətlilər pilotun paraşütlə atladığını və xəstəxanaya qaldırıldığını söyləyib. Ayrıca, təyyarənin qəzaya uğradığı anbardakı yanğın səbəbilə yaxındakı bütün yanacaq məntəqələri qapadılıb, yollar bağlanıb.
Müxalifət.azMuxalifet3 - 17-05-2019