Axtarış

The search found 105772 results in 0.083 seconds.

Search results

  1. Paşinyan Medvedevin onu ələ salmasına qəzəbli reaksiya verdi - “YORULMUŞDUQ, KOFE İSTƏYİRDİK...”

    Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının Yerevanda keçirilən iclası zamanı Rusiyanın baş naziri Dmitri Medvedevin onu rus dilində qeyri-korrekt ifadəsinə görə ələ salmasına münasibət bildirib.

    Muxalifet - 2-05-2019

  2. İngilis diplomat və hərbçilər YPG terrorçularının məzarını ziyarət edib

    YPG terrorçuların məzarlarını ziyarət edən İngilis rəsmiləri üzüldüklərini və kədərlərini dilə gətiriblər.
     
    Terror təşkilatı YPG/PKK bir başqa terror təşkilatı İŞİD-la mübarizə bəhanəsi ilə Avropa və Amerikalılardan dəstək aldı.
    Bu dəstəyə baxmayaraq Türkiyənin qərarlı duruşu ilə terror təşkilatına Suriyada rahat hərəkət etmə imkanı verilmədi.
    Qeyd edək ki, srağagün ekeçirilən əməliyyatda,  daha 25 YPG/PKK-lı  öldürülüb.
     
    QƏBİRİSTANLIQDA GÖRÜLDÜLƏR
     

    Muxalifet3 - 2-05-2019

  3. ​Fransada növbəti TOQQUŞMALAR: 330 nəfər saxlanıldı - VİDEO

    Fransanın paytaxtı Parisdə 1 May yürüşü ilə əlaqədar baş verən iğtişaşlardan sonra ümumilikdə 330 nəfər saxlanılıb.
    Muxalifet.az bu haqda oxu.az-a istinadən məlumat verir.
    "Sarı jiletlilər"lə asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda 24 nümayişçi və 14 polis əməkdaşı xəsarət alıb.
    İğtişaşlar zamanı bir qrup fəal küçədəki ticarət obyektlərinin şüşələrini qırıb, alışqan materiallar ataraq yanğınlar törədib.
    Asayişin qorunması üçün yürüşün keçirildiyi küçələrə yeddi mindən çox polis səfərbər olunub.
     

    Muxalifet - 2-05-2019

  4. Lənkəranskinin GİZLİ QALAN VİDEOSU: Onu tutan polisə... - VİDEO

    Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin sosial şəbəkələrdə maraqlı videosu yayılıb. Muxalifet.az Oxu24.com-a istinadən xəbər verir ki, R.Lənkəranski Rusiyada polis tərəfindən saxlanılan zaman çəkilib. Videoda diqqət çəkən məqam polis əməkdaşının sorğu-sual zamanı Rövşən Lənkəranskinin qoluna toxunması və Lənkəranskinin ona sərt baxışından sonra polisin əlini çəkməsidir. Həmin videonu təqdim edirik:

    Muxalifet - 2-05-2019

  5. ​Bakıda keçiriləcək avroliqanın finalı üçün biletlər SATIŞA ÇIXARILDI: Məhdud saydadır

    Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.
    Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gündən etibarən 5000 bilet satışda olacaq. Bu barədə məlumat AFFA-nın saytında yerləşdirilib.
    Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın "Gənclik Mall” və "Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

    Muxalifet - 2-05-2019

  6. ​Rəqqasə Renkanın estetiksiz görüntüləri HƏR KƏSİ ŞOKA SALDI - Video

    Şoumen, tanınmış teleaparıcı Murad Dadaşov rəqqasə Renkanın arxiv görüntülərini yayıb. Muxalifet.az xəbər verir ki, 2015-ci ildə yayımlanan müsabiqələrdən birində çəkilmiş görüntülər hər kəsi şoka salıb. Renka o qədər dəyişib ki, hətta bəziləri videoda rəqs edən qızın Rəna Ağamuradova olduğunu bilməyiblər.

    Muxalifet - 2-05-2019

  7. Bakıda anadan 9 yaşlı övladına qarşı İYRƏNC ƏMƏL - Komitə hərəkətə keçdi

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlanılıb.
    Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

    Muxalifet - 2-05-2019

  8. “Atamız erməni təxribatının qurbanı olub...” – Prezidentə və Birinci vitse-prezidentə azyaşlı bacıların ÜRƏKSIZLADAN MÜRACİƏTİ

    Ucar şəhəri, Oğuz küçəsi, ev 53 sakiniləri 11 yaşlı Əliyeva Zəhra Tehran qızı və 10 yaşlı Əliyeva İradə Tehran qızı adından Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən məktub müəlliflər yazır:
    Hörmətli Prezident!
    Hörmətli Mehriban xanım!

    Muxalifet4 - 2-05-2019

  9. Baş çeçen "qanuni oğru"nu azadlığa hazırlayırlar - Bazarlarda “qayda-qanun” yaratmalıdır…

    Çelyabinsk vilayətinin Kopeysk şəhər məhkəməsi «qanuni oğru» Əhməd Dombayevin (Əhməd Şalinski) 8 il müddətinə inzibati nəzarət altına alınması barədə qərar çıxarıb. Cəza 2019-cu ilin oktyarından – «kriminal general» azadlığa çıxan gündən qüvvəyə minəcək. Gözlənilir ki, Dombayev bazar biznesində Azərbaycan kriminal klanının, o cümlədən, Nadir Səlifovun (Lotu Quli) mövqeyini «irəli» aparacaq.

    Muxalifet - 2-05-2019

  10. 12 avtomobili əzən "Gelandewagen"in sürücüsü saxlanıldı

    Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
    Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 2-05-2019

  11. ​Azərbaycanlı aktrisa xalq artistinin qardaşı oğlu ilə evləndi - foto

    Bir neçə ay öncə azərbaycanlı aktrisa Natavan Əfəndiyevanın evlənməsi üzə çıxmışdı. Lakin onun kiminlə ailə qurması barədə məlumat yox idi.
    Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçinin evləndiyi şəxs Xalq artisti Akif İslamzadənin qardaşı oğlu Vüqar İslamzadədir.
    O, rejissorluq fəaliyyəti ilə məşğuldur. Cütlüyün tanışlığı bir neçə il öncəyə dayanır. Onlar ötən il ailə qurublar.
    Bu günlərdə isə Natavan həyat yoldaşı ilə fotolarını paylaşıb.
    Aktrisa sosial media hesabında soyadının sonuna “İslamzadə” sözünü də əlavə edib.

    Muxalifet - 2-05-2019

  12. Avropa İttifaqının Bakıdakı səfiri müxalifətçiləri “sakitləşməyə” çağırır - “İNDİYƏ KİMİ EDİLMİŞ İŞLƏRDƏN RAZIYIQMI? BƏLİ...”

    “Azərbaycanla Avropa İttifaqı arasında "danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq", - Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas belə deyib.

    O, BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənən sazişlə bağlı eksklüziv müsahibə verib.

    Muxalifet - 2-05-2019

  13. ​Gürcüstan idxal etdiyi təbii qazın 97%-ini Azərbaycandan alıb

    Bu il aprel ayında Gürcüstan Azərbaycandan 177 mln. kubmetr təbii qaz idxal edib. 
    "Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin builki təbii qaz balansında bildirilir.
    Ötən ay Gürcüstanın aldığı qazın 97%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Şahdəniz” Konsorsiumunun, dolayısı ilə Azərbaycanın payına düşüb.

    Muxalifet - 2-05-2019

  14. BAKIDA ŞOK ƏMƏLİYYAT - Xanım jurnalist narkotik satarkən tutuldu - FOTO

    Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub.
    ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

    Muxalifet4 - 2-05-2019

  15. "Yolda görən deyəcəkdi ki, ev qızlarıdır" - Səidə videosu yayılan 3 qızdan danışdı

    ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Səidə Sultan olub. 
    Müğənni Aysel Əlizadə və Sevda Yəhyayeva qalmaqalında onlara dəstək olub:
    “Mən bu dəstəyi təşəkkür üçün etmədim. O şeyi yaşayan bir insan olaraq mənim ürəyim dözmədi dedim. Təşəkkürə qalanda isə əlbəttə ki, təşəkkür etdilər. O qızlar qanacaqlı xanımlardır. Hər ikisi də mənə öz təşəkkürünü bildirdi. Biz belə şeylərə “stop” deməliyik”.
    Səidə Sultan, müğənniləri, gənclərə pis örnək olmaqda günahlandıranlara səslənib:

    Muxalifet - 2-05-2019

  16. Bələdiyyə sədrindən şikayət etdi, həbs olundu – PREZİDENTƏ ŞİKAYƏT

    Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Hörmətli Prezident!

    Muxalifet4 - 2-05-2019

  17. 59 yaşlı Kerimin FACİƏVİ SONU: Şəkil çəkmək üçün ağaca çıxdı... - FOTO

    Türkiyənin Antalya bölgəsində faciəvi hadisə baş verib. 
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kerim Daş adlı şəxs 1 may tətilində ailəsi və dostları ilə birlikdə gəzməyə gedib. İstirahətə yollananlar geri dönməzdən əvvəl xatirə üçün təbiətin şəklini çəkmək istəyiblər. 
    Bu zaman 59 yaşlı Kerim şəkil çəkmək üçün 20 metr yüksəkliyində bir ağaca çıxıb. Lakin müvazinətini saxlaya bilməyib və ağacdan yıxılıb. Ailəsi və dostları dərhal təcili tibbi yardıma və polisə xəbər verib. 

    Muxalifet - 2-05-2019

  18. YPG-nin komandiri tutuldu – Türkiyədə

     İzmirdə terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda terror təşkilatı YPG-nin komandiri olduğu bildirilən Ş.R. İlə M.M tutulub.
     
    İzmirdə separatçı terror təşkilatı PKK ilə əlaqəli olaraq fəaliyyət göstərən şübhəlilərə qarşı keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb. PKK-nın Suriya qolu PYD / YPG-nin komandiri Ş.R. İlə M.M.nın da şübhəlilər arasında olduğu bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 2-05-2019

  19. Ermənistanda maye qaz bahalaşdı

    Ermənistanda maye qazın qiyməti bahalaşıb.
    Bunu “Jamanak” qəzeti yazıb.
    “Hökumətin zəmanət verməsinə baxmayaraq, ölkədə maye qazın qiyməti ən azı 10 faiz bahalaşıb. Bunun səbəbi bu il mayın 1-dən yanacağın kubmetrlə deyil, kiloqramla satılmağa başlanmasıdır. Satışın ölçü vahidi dəyişməklə əlavə dəyər vergisi də artıb”, - qəzet vurğulayıb.
    Hazırda Ermənistanda maye qazın bir kiloqramı 300 drama (60 sent-red.) satılır. Əvvəllər bu məbləğə 220 kubmetr maye qaz almaq olurdu. Bir kub metr maye qaz 720 qramdır.

    Muxalifet - 2-05-2019

  20. Bakıda "Gelandewagen"in əzdiyi maşınlar - VİDEO

    Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi  ziyan vurub.
    Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda "Gelandewagen" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.
    Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan "Gelandewagen"nin sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyıtdə olub.

    Muxalifet - 2-05-2019

Pages