Axtarış
The search found 105772 results in 0.022 seconds.
Search results
Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 2-05-2019
"Özlərini xalq təşkilatı adlandırırdılar, amma xalqın bayramını ləğv etdilər" - KEÇMİŞ KOMMUNİSTDƏN AXC İQTİDARINA "1 MAY" İTTİHAMI
Dünən dünyanın bir çox ölkələrində 1 May Beynəlxalq Zəhmətkeşlər Günümüxtəlif tədbirlərlə – əsasən mitinq və yürüşlərlə qeyd olundu. Sovet hökuməti zamanında Azərbaycanda da təntənəli şəkildə qeyd olunan 1 May bayramı müstəqillik illərində tamamilə yaddan çıxdı. Elə dünən də Azərbaycanda zəhmətkeşlərin beynəlxalq bayramı heç kimin yadına düşmədi. Baxmayaraq ki, məsələn, qardaş Türkiyədə bu bayram sol qüvvələrin təşkilatçılığı ilə kütləvi tədbirlərlə yadda qaldı. Bəs Azərbaycanda 1 May bayramına bu laqyidliyin səbəbi nədir?
Muxalifet4 - 2-05-2019
"ABŞ müharibə variantını gündəmdən çıxarmaq istəyir" - POLİTOLOQ VAŞİNQTON GÖRÜŞÜNƏ QARŞIDIR
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün Moskvada keçirilməsindən sonra növbəti görüşün Vaşinqtonda keçirilməsi məsələsi ABŞ-ın hikkəsindən irəli gəlir. ABŞ da bu məsələdə öz siyasi iradəsini ortaya qoymaq istəyir”.
Muxalifet.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Ekspertin fikrincə, görüşün Vaşinqtona təyin edilməsi məsələsi ətrafında gedən müzakirə vaxtı uztmaqdan başqa heç nəyə xidmət etmir:
Muxalifet4 - 2-05-2019
ŞOK: Bakıda “Gelandewagen” 12 maşını bu cür əzdi - VİDEO
Bakının Binəqədi rayonunda avtomobil dayanacağında “Gelandewagen” markalı maşın digərlərini əzib.
Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, Gelandewagen” sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir.
Nəticədə dayanacaqda olan 12 avtomobili əzib. Hadisənin görüntülərini təqdim edirik:Muxalifet - 2-05-2019
ABŞ İrana qarşı “ölümcül sanksiyalar"ı işə salır – ÇÖKÜŞÜN BAŞLANĞICI
ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.
Bu sanksiyalara əsasən, ABŞ İran neftinin idxalı ilə bağlı indiyə qədər verdiyi imtiyazları ləğv edəcək.
Qeyd edək ki, ABŞ İran neftinə qarşı sanksiyaları keçən ilin noyabrında tətbiq edib. Sanksiyaların tətbiqindən sonra bir neçə dövlətə altı ay ərzində İran neftindən asılılıqlarını azaltmaları ilə bağlı izn verilib. Aprelin sonunda isə ABŞ bu imtiyazları tam ləğv edəcəyini açıqlayıb.
Muxalifet4 - 2-05-2019
İranlı generaldan qonşu ölkələrə ŞOK XƏBƏRDARLIQ: Biz ümid edirik ki...
İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib
“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.
O bildirib ki, İran regionda müharibə arzulamır:Muxalifet - 2-05-2019
“Bu problem Azərbaycanın ziyarətə imkan verməməsindən başladı...” – AZƏRBAYCANLI DEPUTAT GÜRCÜSTANLA SƏRHƏD QALMAQALI HAQDA
Muxalifet.az "Gürcü Arzusu" Partiyasının deputatı Mahir Dərziyevin teleqraf.com-a müsahibəsini təqdim edir:
- Mahir müəllim, Gürcüstanda Keşikçidağ Alban məbədi ətrafında yaranan durumla bağlı nə deyə bilərsiz?
Muxalifet4 - 2-05-2019
ABŞ-da dollarla bağlı mühüm qərar qəbul etdilər
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.
RİA Novosti xəbər verir ki, bu qərar analitiklərin daha öncə verdikləri proqnozlarla üst-üstə düşüb.
Xatırladaq ki, sonuncu dəfə FED baza faiz dərəcəsini 2018-ci ilin mart ayında dəyişib.Muxalifet - 2-05-2019
Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəfat etdi – 38 yaşında - FOTO
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi, Ülviyyə Hacıyeva vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, həm də xəstəxananın tabeliyindəki Ailə Sağlamlıq Mərkəzinin rəhbəri olan 1981-ci il təvəllüdlü Ü.Hacıyeva dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Allah rəhmət eləsin!Muxalifet - 2-05-2019
Tanınmış müğənnidən İDDİALI SÖZLƏR: “Bədən quruluşuna görə...” - VİDEO
Müğənni Kəmalə Qaramollayeva xarici görünüşü haqqında sualları cavablayıb.
İfaçının yeni videosu sosial şəbəkədə paylaşılıb.
O, “Bədən formasına görə, şou-biznesdə barmaqla sayılacaq müğənnilərdənsən. Bəziləri sənin estetik əməliyyat etdirdiyini deyirlər” iddialarına cavab verib.
“Alnıaçıq deyə bilərəm ki, mənim bədənimdə heç bir estetik əməliyyat, dolğu, silikon yoxdur. Mənim səhifəmə baxanlar bilir ki, mütəmadi idmanla məşğul oluram. İdman, qida əsas bunlardır. Hər kimin iradəsi varsa, bu nəticəyə çata bilər.”Muxalifet - 2-05-2019
Türkiyənin düşmənləri ABŞ-dan yardım istədi
YPG terror təşkilatının daxil olduğu “Suriya Demokratik Gücləri”nin siyası qanadı “Suriya Demokratik Şurası” Astana müzakirələrində iştirak etmək üçün ABŞ-dan yardım istəyib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda “Suriya Demokratik Şurası”nın sözçüsü Bassam Şaker bildirib.
Türkiyənın etiraz etməsi səbəbiylə Astana formatında aparılan danışıqlara cəlb olunmadığını deyən Şaker danışıqların bir parçası olmalı olduqlarını deyib.Muxalifet - 2-05-2019
İcra başçılarının xanım müavinləri: Onlar kimlərdir?
Qadın müavinlərin əksəriyyəti uzun karyera yolu keçib
Son iki həftədə Səbayel rayon icra başçısının xanım müavini Xalidə Bayramovanın adı məlum olayla bağlı mətbuatda tez-tez çəkildi. Bu, həm də bir məsələni gündəmə gətirdi: maraqlıdır, ölkədə nə qədər xanım icra başçısının müavini postunu tutub və onların karyera yolu necədir? Bununla bağlı araşdırma aparıb, bəzi məlumatlar topladıq.
Muxalifet - 2-05-2019
Xəzəri çirkəndirən istirahət MƏRKƏZLƏRİ: “Malibu”, “Atlant”, “Mayak”, “Palma”... - RƏSMİ
Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq. Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.
Muxalifet - 2-05-2019
“Seçki təzədən keçirilsə İstanbulda qalib gələcəyik” - Ərdoğan
Siyasi kuluarlarda İstanbul seçkilərinin yenilənməsinin AK Partiya üçün risq yaradacağı və CHP-nin məzlum rolunu oynayaraq daha yüksək səs ala biləcəyi iddiaları gündəm yaratmağa davam edir. AK Partiya cəbhəsində də seçki yenilənməsi barəsində müxtəlif fikirlər səslənir. Seçkilərin yenilənməsinin baş verən iqtisadi sıxıntılar səbəbilə nəticə dəyişdirməyəcəyi görüşü ilə yanaşı, AK Partiyanın seçkilərdən uğur ilə çıxacağını düşünənlər də var.
Türkiyənin prezidenti Ərdoğan İstanbuldakı seçki ilə bunları söyləyib:Muxalifet3 - 2-05-2019
SON DƏQİQƏ: SOCAR-da vəzifəli şəxs işdən ÇIXARILDI - FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib.
Muxalifet.az "AzPolitika.info”ya istinadən bildirir ki, bu xəbəri etibarlı mənbə verib.
Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli ondan əvvəl "Xəzərdənizneft” İstehsalat Birliyi, "Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.Muxalifet - 2-05-2019
Bakıda qız özündən 6 yaş kiçik sevgilisini oteldə öldürdü - TƏFƏRRÜAT
Bakıda oteldə qətl törətməkdə təqsirli bilinən Günel Hüseynova barəsində çıxarılan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayəti edib.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 3-də hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.
İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.Muxalifet - 2-05-2019
Ən yeni tarixdə analoqu olmayan Ankara-Vaşinqton QARŞIDURMASI: Ərdoğan Amerikanın hər bir zərbəsinə zərbə ilə cavab verir - TƏHLİL
Stanislav Tarasov
regnum.ru, 01.05.2019
Ankarada gözləyirdilər ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanı bütünlükdə ikitərəfli münasibətlərdəki problemləri və özəlliklə türklərin Rusiyanın S-400 zenit raketi komplekslərini alması haqda Vaşinqtona müzakirəyə dəvət edəcək.
Muxalifet - 2-05-2019
ABŞ-da müsəlmanlar üçün KRİTİK ADDIM: Bütün məscid və ibadət evləri Ramazan ayında...
ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən məscid və digər ibadət evlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Nyu-Yorkun qubernatoru Endryu Koumo Ramazan ayının başlanması səbəbilə polislərin gücləndirilmiş iş rejiminə keçəcəyini açıqlayıb.
Qubernator bildirib ki, dünyada son zamanlarda ibadət evlərinə qarşı hücumların çoxalması onları bu addımı atmağa vadar edib./PublikaMuxalifet - 2-05-2019
Trampın “Müsəlman Qardaşlar” qərarının arxasında nə var?
“Müsəlman Qardaşlar” (İhvan) təşkilatının aparıcı rəhbərlərindən Kutub əl-Ərəbi ABŞ-ın “İhvan”ı terror siyahısına alması qərarının Fələstin məsələsi və iyun ayında açıqlanması gözlənilən “Əsrin Müqaviləsi" planıyla əlaqəli olduğunu bildirib.
Misirdəki “Müsəlman Qardaşlar” təşkilatının (İhvan) öndə gələn nümayəndəsi Kutub əl-Ərəbi, bu fikirləri Facebook hesabında qeyd edib.
Ərəbi Ağ Evdən çərşənbə günü edilən açıqlamalardan sonra ABŞ rəhbərliyinin İhvan-ı xarici terror təşkilatları siyahısına salmasının mümkün olduğunu ifadə edib.Muxalifet3 - 2-05-2019
"Porsche" ilə adam öldürən biznesmenin oğlu yenidən AVTOŞLUQ EDİR - FOTO
İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəclinin (hazırda 17 yaş) adam öldürdüyü 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobilinin fotoları avtoş səhifələrində yenidən paylaşılır.
Məlumata görə, səhifələrin birində "Yenidən efirlərə qayıtdı” fikirləri yazılaraq Ağaəli Fərəclinin də profilini işarələyiblər.
Maraqlısı odur ki, sözügedən avtomobil Bakı küçələrinin birində üzərinə boz rəngli vinil çəkilmiş halda da istifadə olunub. Həmin anın da fotosu sosial şəbəkədə paylaşılıb.Muxalifet - 2-05-2019