Axtarış

The search found 105772 results in 0.158 seconds.

Search results

  1. Kubadan ABŞ-ın sanksiya hədəsinə sərt təpki

    Kubanın Xarici İşlər naziri Rodriguez Venesuela məsələsində Kubanı günahlandıran və hərbi əməliyyatlarını dayandırmadığı təqdirdə embarqo tətbiq edəcəyini söyləyən ABŞ prezidenti Donald Trampa və Boltona sərt təpki göstərib.
     
    Venesuelada baş verən dövlət çevrilişi cəhdindən sonra qarşı-qarşıya gələn ABŞ ilə Kuba arasındakı gərginlik qarşılıqlı açıqlamalarla davam edir. "Kuba əsgərlərinin Venesuelada olduğuna" dair iddianın bir daha dilə gətirilməsindən sonra Kubanın Xarici İşlər naziri Bruno Rodriguez təpki göstərib.
     

    Muxalifet3 - 1-05-2019

  2. Keçmiş MTN polkovnikinin bütün əmlakı özünə qaytarıldı - ŞOK QƏRAR

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun kasasiya şikayətinə baxılıb.

    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

    Vüsal Ələkbərovun barəsində olan Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib.

    Muxalifet4 - 1-05-2019

  3. Qida sektorunda inqilab: “Burger King” süni ətlə yemək satacaq - VİDEO

    Qida sektorunda inqilabi addım gözlənilir. İlin sonuna qədər ABŞ-ın bütün bütün "Burger King” restoranlarında süni ətlə yemək satılacaq. Bu haqda "Verge” nəşri yazıb.
    Aprelin əvvəllərində artıq eksperiment aparılıb. Sent-Luisdəki 59 məntəqədə vegeterian burgeri adlanan yemək satılıb. Nəticə uğurlu sayılıb. İndi ölkənin başqa yerlərində də süni ətlə yemək satılacaq.

    Muxalifet4 - 1-05-2019

  4. Rüfət Axundov və Rəşad İlyasova 6 AY HƏBS TƏLƏBİ

    Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə yeni vəkil Şahmar Məmmədov qoşulub.

    Muxalifet4 - 1-05-2019

  5. Avstriyadan PKK ilə bağlı şok açıqlama

     Avstriyanın Baş naziri Sebastyan Kurz Vyanada keçirilən 1 may tədbirində PKK-ya aid plakatların qaldırılmasına təpki göstərib.
     
    Sebastyan Kurz sosial media hesabı üzərindən verdiyi açıqlamada, terror təşkilatı PKK-nın Avropa Birliyi (Aİ) terror siyahısında olduğunu, çox sayda terror aktından məsul tutulduğunu ifadə edərək bu təşkilata aid simvolların mart ayından etibarən Avstriyada yasaqlı olduğunu xatırladıb.

    Muxalifet3 - 1-05-2019

  6. Pakistandan Türkiyənin düşməninə BÖYÜK ZƏRBƏ

    Pakistan FETÖ ilə əlaqəsi olan Pak-Türk Beynəlxalq Çağ Vəqfinin terror təşkilatı kimi qəbul edildiyini açıqlayıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, Vəqfin terror təşkilatı kimi qəbul edilməsi və mal varlığının Türkiyə Maarif Vəqfinə verilməsi ilə bağlı iddiaya məhkəmədə müsbət qərar verilib, qərara etiraz isə rədd edilib.

    Muxalifet4 - 1-05-2019

  7. Qızların oxumadığı deyilən məktəbdən AÇIQLAMA: "Özlərini dolandıra bilmirlər, qızlarını necə oxutdursunlar?"

    Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, müəyyən sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.

    Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən C.Əsgərov adına tam orta məktəbin direktoru Bəycan Mürşüdov 9-cu sinifdən sonra qızların təhsillərini davam etdirmədiyini bildirib:

    Muxalifet4 - 1-05-2019

  8. Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

    “Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək”.

    Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

    Muxalifet4 - 1-05-2019

  9. Dmitri Medvedev Paşinyanı BELƏ ƏLƏ SALDI - ŞOK GÖRÜNTÜLƏR

    Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etika çərçivəsindən kənara çıxan kuryoz hadisə İrəvanda baş verib.
    “Əgər heç bir sual yoxdursa, dostlar, biz artıq keçə bilərik...” – Paşinyan Medvedevin üzünə baxaraq pauza götürüb.
    Cavab olaraq Dmitri Medvedev gözlənilmədən “yox” deyir və sonra “Bəs hara keçək”, deyə soruşub.
    “Bizim imzalanma proseduruna görə... imzalamaya keçək artıq”, – deyən Paşinyan hansı axmaq vəziyyətə düşdüyünü anlayıb.

    Muxalifet - 1-05-2019

  10. Lənkəranda iki avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

    Lənkəran rayonunda yol qəzası baş verib.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet4 - 1-05-2019

  11. Hakim Novruz Kərimova qarşı ŞOK İTTİHAMLAR - "Mənə 200 min dollar borcu ola-ola..."

    "Azal"da yüksək vəzifə tutan Novruz Novruzovun adı keçən pul qalmaqalı

    Bakı şəhər sakini Elmar Səmədova qarşı 200 min dollarlıq dələduzluq edilib.

    Bu barədə AzNews.az-a Elmar Səmədovun özü məlumat verib. O qeyd edib ki, uzun illər ailə dostu hesab etdiyi Bakı şəhər sakini Firdovsi Səfərov ona olan etibarından istifadə edərək 200 min dollarını mənimsəyib:

    Muxalifet4 - 1-05-2019

  12. Şamaxıda təkəri partlayan avtomobil hasara çırpılıb, sürücü ağır xəsarət alıb

    Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
    ONA-nın yerli bürosunun xəbərinə görə hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
    Rayon sakini, 1958-ci il təvəllüdlü Feyzullayev Günəş Xandadaş oğlunun idarə etdiyi 56-BC-322 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən təkərin partlaması səbəbindən maşın yoldan çıxaraq hasara çırpılıb.
    Hadisə zamanı sürücü ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 1-05-2019

  13. Ayfonların satışı kəskin şəkildə azaldı

    Əpl (Apple) korporasiyası rüblük satış və gəlirlərin azaldığını elan edib.
    Muxalifet.az xəbər verir ki, əsas göstəricilərin iki dəfə dalbadal aşağı düşməsi son iki ildə ilk dəfədir. Bu da Çində ayfonların satışının aşağı düşməsi ilə bağlıdır.
    Şirkətin 2019-cu ilin ilk rübündə gəlirlər 16 faiz (11.56 milyard dollar), dövriyyəsi isə 5 faiz (58.02 milyard dollar) azalıb.
     

    Muxalifet3 - 1-05-2019

  14. ​DÜNYA ŞOKDA: ABŞ qitələrarası ballistik raketi işə saldı

    Bu gün ABŞ “Minuteman III” qitələrarası ballistik raketin yeni sınağını keçirib.
    Muxalifet.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbə komandanlığının mətbuat xidmətinin məlumatına görə, sınaq Kaliforniya ştatındakı Vandenberq bazasında baş tutub. Raketin təlim başlığı 4,2 min mil (təxminən 6,75 min kilometr) məsafə qət edərək Sakit okeanda yerləşən Marşal adalarının Kvacaleyn atolu rayonundakı hədəfi vurub.

    Muxalifet3 - 1-05-2019

  15. Azərbaycanın bu islahatlarını dəstəkləyirik - ABŞ

    Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
    O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək: “Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik".

    Muxalifet3 - 1-05-2019

  16. Göyçayda da yeni doğulmuş körpə öldü

    Göyçay rayonunda yeni doğulmuş körpə ölüb.
    Report-un məlumatına görə, hadisə bu gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
    Belə ki, rayonun Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva doğuş sancıları ilə Qaraməryəm kənd tibb məntəqəsinə aparılıb. Ana burada təbii yolla oğlan uşağı dünyaya gətirib. Lakın bir gün sonra körpənin vəziyyəti ağılaşıb və Göyçay Rayon Mərkəzi Xəstənasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
    Qeyd edək ki, bu ananın üçüncü hamiləliyi olub.
     

    Muxalifet3 - 1-05-2019

  17. ​Müxalifətdə siyasi blokla bağlı məsləhətləşmələr davam edir – PARTİYA SƏDRLƏRİ GÖRÜŞDÜ

    Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Doğru Yol Partiyasının Təşkilat Komitəsinin sədri Kəramət Salah arasında arasında görüş keçirilib.

    Muxalifet4 - 1-05-2019

  18. Əhməd Davudoğlu onu ölümdən xilas etdi - Foto

    Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bir nəfəri ölümdən xilas edib.
    Muxalifet.az xəbər verir ki, Davudoğlu "15 İyul Şəhidlər" körpüsündən özünü atmaq istəyən şəxsi fikrindən daşındırıb.
     

    Muxalifet3 - 1-05-2019

  19. Deputatın biznes imperiyası haqda ŞOK AÇIQLAMA - Siyahı

    Azərbaycanda məmur-deputat oliqarxların biznes imperiyaları ilə bağlı zaman-zaman məlumatlar yayılır. Amma bu vaxta qədər məmur və deputatların bizneslə məşğul olması qadağan edildiyi halda yayılan xəbərlərlə bağlı heç bir rəsmi açıqlama olmayıb və ya araşdırılma aparılmayıb.

    Ən yaxşı halda isə həmin şəxslərin özləri də deyil, yaxın ətrafı bu xəbərləri təkzib etməklə işlərini bitmiş hesab ediblər. Mövzu isə bir neçə gün mediada müzakirə edildikdən sonra unudulub.

    Muxalifet4 - 1-05-2019

  20. Artur Rasizadədən sensasion müsahibə - “QARABAĞIN AÇARI ÖZÜMÜZDƏDİR, MÜHARİBƏ ETMƏLİYİK…”

    Azərbaycanın sabiq baş naziri Artur Rasizadə “Demokrat.az” saytına müsahibə verib.

    Muxalifet.az həmin müsahibəni təqdim edir:

    - Artur müəllim, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?

    – Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm.

    Muxalifet4 - 1-05-2019

Pages