Axtarış

The search found 105772 results in 0.106 seconds.

Search results

  1. Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: Gənc oğlanı öldürüb, meyitini lüt... - VİDEO

    Lənkəran rayonunda baş vermiş qətl hadisəsinin dəhşətli təfərrüatı üzə çıxıb. 
    Rayonun  Digah  kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər  İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü  Şamil  Əmirəstan  oğlu  Bağırovu  şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti  kəndin  kənarındakı  sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

    Muxalifet - 1-05-2019

  2. Direktor müavini olmaq istəyənlər üçün müsabiqə keçirilir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II mərhələsinin, test imtahanının keçirilmə vaxtı və yeri açıqlanıb.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanlar mayın 6-dan 11-dək Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında keçiriləcək.

    Muxalifet - 1-05-2019

  3. Ermənistan ordusu ilə atışmadan sonra Elçin Quliyev Qazaxa yollandı - FOTO

    Xəbər verildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki sutka ərzində Azərbaycan sərhəd qoşunlarının mövqelərini intensiv şəkildə atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub.

    Muxalifet - 1-05-2019

  4. 2018-ci ildə Ermənistanın hərbi xərcləri 33% artıb - Başqa artıranlar da var

    Stokholm sülh araşdırmaları institutu (SİPRİ) silahlanma ilə bağlı yeni hesabat yayıb.
    Ermənistan mediasının verdiyi xəbərə görə, qurum Ermənistanın 2018-ci ildəki hərbi büdcəsinin 33% artaraq 609 milyon dollara çatdığını bildirib. Bu isə Ermənistanın ümumdaxili məhsulunun (ÜDM) 4,8%-ni təşkil edir.
    Hərbi xərclərin artırılmasına görə Ermənistan dünyanın ilk 10 ölkəsi arasında göstərilir.
    Hesabatda Ukrayna ilə bərabər, Mərkəzi və Şərqi Avropa dövlətlərinin də müdafiəyə daha çox vəsait ayırdıqları qeyd olunub.

    Muxalifet - 1-05-2019

  5. ​Üzeyir Qırğızıstanda bu cür QARŞILANDI: “Hummer” markalı "Limuzin", rəqqaslar onun qarşısında... - Video

    Tanınmış müğənni Üzeyir Mehdizadə Qırğızıstanın paytaxtı Bişkekdə konsert verəcək.
    Muxalifet.az xəbər verir ki, o, bu münasibətlə həmin şəhərə yollanıb. İfaçı yerli kanala müsahibə verib.
    Onun yad ölkədə təmtəraqla qarşılanması diqqətdən yayınmayıb. Belə ki, hava limanından Üzeyiri qaldığı otelə “Hummer” markalı "Limuzin"lə aparıblar. Həmçinin, rəqqaslar onun qarşısında rəqs də edib. Ona çiçəklər təqdim olunub.
    Qeyd edək ki, sənətçi iki gün fərqli məkanda çıxış edəcək.

    Muxalifet - 1-05-2019

  6. ABŞ-ın “Maduro qaçırdı, Ruslar qoymadı” iddiasına Rusiyadan cavab

    ABŞ-ın Xarici İşlər nazir Mayk Pompeo Amerikan kanalı “Fox News”-a açıqlama verərək Venesueladakı son prosesləri qiymətləndirib.
     
     Maduronun qısa bir zaman öncə ölkəni tərk edərək Kubaya getməyi planlaşdırdığını bildirən Pompeo, "Ruslar dövrəyə girərək Maduroyu bu qərarından daşındırdı" ifadə edib.
    Qeyd edək ki, Venesuelada özünü prezident elan edən müxalif lider Xuan Guaidonun orduya və xalqa çağırışından sonra ölkə qarışıb və ölkədə hərbi çevrilişə cəhd edilib.

    Muxalifet3 - 1-05-2019

  7. Nazir fəaliyyətində ciddi nöqsanlar olan lisey direktorunu işdən çıxardı

    K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyə yeni direktor təyin edilib.
    Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bəzi saytlarda məktəb-liseylə bağlı yayılan videogörüntü 25 aprel tarixinə aiddir.

    Muxalifet - 1-05-2019

  8. Nazirlikdən şagirdlərin aksiyası ilə bağlı xəbərlərə MÜNASİBƏT - VİDEO

    Təhsil Nazirliyi Biləsuvarda şagirdlərin etiraz aksiyası keçirməsi xəbərinə münasibət bildirib.
    Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bəzi saytlarda yayılan videogörüntünün aprelin 25-nə aid olduğunu qeyd edib.

    Muxalifet - 1-05-2019

  9. ​"Wikileaks"in qurucusuna 50 həftə həbs verildi

    London məhkəməsi "Wikileaks”in qurucusu Culian Assanja 50 həftə həbs cəzası verib. 
    Muxalifet.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, buna səbəb Assanjın zaminlə azadlığa buraxılma şərtlərini pozmasıdır.
    Assanj məhkəmədə törətdiyi hərəkətə görə peşman olduğunu deyib.

    Muxalifet - 1-05-2019

  10. ​Bu gündən avtomobillərdə ştorka və jalüzlərdən istifadəyə icazə verilib

    Mayın 1-dən respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə icazə verilib.

    Muxalifet - 1-05-2019

  11. ​Trampın Türkiyəyə səfər tarixi açıqlandı

    ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək. Bunu “Sabah” qəzeti yazıb. Səfərlə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır.

    Muxalifet - 1-05-2019

  12. ABŞ hərbi təhdid: “Lazım gələrsə, Venesuelaya hərbi müdaxilə edəcəyik”

     ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo,"Lazım gələrsə, Venesuelaya hərbi müdaxilə edəcəyik" açıqlaması edib.
     
    Amerikanın “Fox News” kanalına açıqlama verən ABŞ Xarici İşlər naziri Mayk Pompeo, Venesuela haqqında qalmaqal fikirlər səsləndirib.
    Pompeo, "Lazım gələrsə Venesuelaya hərbi müdaxilə mümkündür. Ancaq biz sülh yolu ilə keçidə üstünlük veririk" deyib.
     
    VENESUELADA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD
     

    Muxalifet3 - 1-05-2019

  13. ​Narkotik asılılığı olan meyxanaçının SON FOTOSU

    Səhhətində ciddi problemlər olan məşhur meyxanaçı Mahir Cürət sosial şəbəkədə yeni fotosunu paylaşıb.
    Uzun müddətdir foto paylaşmayan söz ustadının artıq çəki aldığı diqqətdən yayınmayıb. 
    Qeyd edək ki, M.Cürət bir müddət öncə narkotik asılılığından əziyyət çəkirdi./ölke.az

    Muxalifet - 1-05-2019

  14. “Yalvarıram, bizə kömək edin, evimizə getmək istəyirəm...” - İRAQ HƏBSXANASINDA İŞİD-İN AZƏRBAYCANLI UŞAQLARI

    “Reuters” agentliyinin əməkdaşı İraqın paytaxtı Bağdadda Rusafa qadın həbsxanasında olub. İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir.

    “Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizim üçün yaxşı yer deyil”,– azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist qızın 100-dək uşağın əhatəsində danışdığını yazır.

    Muxalifet - 1-05-2019

  15. ​Azərbaycanda qəbiristanlıqda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR

    Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
    Rayonun Timirzayev qəsəbəsinin qəbiristanlığında 1980-ci il təvəllüdlü Xeyrullayev Fikrət Sevindik oğlu qəbir yeri düzəldərkən yıxılıb. Onun başı digər qəbirin üstündəki sinə daşına çırpılıb. Ağır xəsarət alan 39 yaşlı kişi xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
    Faktla bağlı araşdırma aparılır./Publika

    Muxalifet - 1-05-2019

  16. ​Qazın limiti ilə bağlı "Azəriqaz"dan VACİB AÇIQLAMA: Bu gündən...

    Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı.
    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında bildirib ki, ötən gün qəbul olunan qərardan sonra artıq 500 kubmetr sayğacların balansına əlavə edilib:

    Muxalifet - 1-05-2019

  17. 19 min nəfərə ŞAD XƏBƏR - Prezident 3,9 milyon manat ayırdı

    Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 1-05-2019

  18. Müdafiə naziri: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir"

    "Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə, Azərbaycan Ordusunda həyata keçirdiyi islahatlar nəticəsində bu gün Ordumuzun xidməti fəaliyyəti və döyüş qabiliyyəti ən yüksək səviyyədədir".
    Muxalifet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    Muxalifet - 1-05-2019

  19. Fransa bir anda qarışdı! Tədbirlər üst səviyyəyə çıxarıldı

     Polis zorakılığının normal hala gəldiyi ölkədə 1 may münasibəti ilə keçirilən nümayişdə yenə toqquşmalar olub. Paytaxt Parisdə polis nümayişçilərə müdaxilə edib. Fransa daxilində nümayişlər səbəbi ilə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çıxarılıb.
     
    Fransa prezidenti Emmanuel Makronun vergi endirimi, pensiya kimi məsələlərdə geri addım atması da çarə olmayıb.
    “Sarı Jiletlilərin” hər həftə aksiya keçirdiyi Fransa bu gün bir daha qarışıb.
     
    BU DƏFƏ 1 MAY ÜÇÜN KÜÇƏLƏRƏ ÇIXDILAR
     

    Muxalifet3 - 1-05-2019

  20. ABŞ-Türkiyə zirvəsində nələr müzakirə olundu?

    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Prezident Kompleksində gerçəkləşən heyətlər arası görüşdə, Suriya məsələsində son proseslər müzakirə olunub.
     

    Muxalifet3 - 1-05-2019

Pages