Axtarış
The search found 105771 results in 0.021 seconds.
Search results
ŞOK: ABŞ Azərbaycanın ətrafında onlarla nüvə bombası saxlayır
ABŞ təxminən 3800 nüvə döyüş başlığına malikdir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Journal Bulletin of the Atomic Scientists" nəşri bildirib.
Tədqiqatçıların qiymətləndirmələrinə görə, 1300 döyüş başlığı qitələrarası ballistik raketlərdə yerləşdirilib, 300 təyyarə bombası isə ABŞ-ın hərbi bazalarından strateji bombardmançılarla çatdırılma üçün nəzərdə tutulub. Daha 150 nüvə başlığı Avropadakı bazalarda saxlanılır.
Muxalifet4 - 1-05-2019
Tramp təhdid etdi: Venesuelaya yardımınız davam edərsə...
ABŞ prezidenti Donald Tramp sosial media hesabından bölüşdüyü mesajda, Kubaya Venesuela ordusuna dəstəyinin davam etdiyi təqdirdə ən yüksək səviyyədə sanksiyalarla birlikdə tam və əhatəli bir embarqo tətbiq edəcəyini bildirib.
Muxalifet3 - 1-05-2019
Muzdlu qatillərin yeni hədəfləri: Maduronu devirəcəklər!
ABŞ-ın xüsusi təhlükəsizlik şirkəti “Blackwater”-in sahibi və prezident Donald Trampın havadarlarından olan Erik Prince, Venesuelanın dövlət başçısı Nikola Maduronu devirmək üçün bu ölkəyə xüsusi təhlükəsizlik birliklərinin yerləşdirilməsini təklif etdiyi bildirilib.
İraqda mülki ölümlərdən məsul tutulan təhlükəsizlik şirkətinin şefinin son bir neçə aydır Trampa yaxın şəxslər və sürgündəki Venesuelalı varlı müxalifətçilərdən belə bir əməliyyat üçün maliyyə və siyasi dəstək axtarışında olduğu qeyd edilib.Muxalifet3 - 1-05-2019
Venesuela höküməti dövlət çevrilişinin arxasındakı gücü açıqladı
Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaidonun başçılığı ilə başlayan hərbi çevrilişin arxasındakı güc olaraq ABŞ hökumətini göstərib.
Arreaza etdiyi açıqlamada, "ABŞ 2001-dən bu yana dövlət çevrilişi cəhdlərinin hamısının arxasındadır. Bu dəfə isə artıq artıq arxasında deyil, ən öndə gedir. Bu çevrilişin hesabı Amerikalılarındır. Çevrilişi maliyyələşdirən və dəstəkləyənlərin Amerikalılar olduğu görünür", - deyib.
BUNU EDƏ BİLMƏYƏCƏKLƏRMuxalifet3 - 1-05-2019
ABŞ açıqladı: Maduronu devirəndən sonra...
ABP prezidentinin Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Venesueladakı proseslərə dair Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Venesueladakı hadisələri "olduqca ciddi" şəklində səciyyələndirən Bolton, "Prezident (Donald Tramp) və müşavirləri bu hadisələri dəqiqə dəqiqə təqib edirlər",- deyib.
Muxalifet3 - 1-05-2019
Rusiyadan Türkiyəyə 5-ci nəsil təyyarə mesajı: Biz hazırıq!
Rusiyanın dövlət silah ixrac şirkəti Rosoboroneksport-un direktor müavini Sergey Ladıgin Rusiya və Türkiyənin beşinci nəsil döyüş təyyarələri ilə bağlı danışıqlar apardığını söyləyib.
Ladıgin Rusiya və Türkiyə arasında bu cür görüşlərin başladıldığını ifadə edərək "Bu cür danışıqları aparırıq, bunlar müxtəlif səviyyələrdə reallaşır. Həm də beşinci nəsil döyüş təyyarələri haqqında danışıqlar aparırıq
Ladıgin Rus silahlarının Türkiyədəki varlığının heç bir şəkildə Amerikan silahlarının işləməsinə mane olmayacağını da əlavə edib.Muxalifet3 - 1-05-2019
Azərbaycanda digər dinlər təqib olunur? – HESABAT
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanla bağlı 2018-ci ilə dair hesabat yayıb.
Muxalifet4 - 1-05-2019
Azərbaycan və Türkiyə orduları hərəkətə keçir... - ERMƏNİSTAN TƏŞVİŞDƏ
Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri keçiriləcək.
Muxalifet - 1-05-2019
SABİQ NAZİR HAQQINDA SENSASİON İDDİA - Biznesini xaricə köçürür və...
Sabiq vergilər naziri Fazil Məmmədovun böyük biznes imperiyasının Azərbaycan daxilindəki aktivlərinin “milliləşdirilməsi” prosesi yeni mərhələyə qədəm qoyub. Onun 2010-cu ildə təsis etdiyi “Synergy Group” MMC-yə daxil olan “Blossom Property” və “Blossom House” şirkətlərinin könüllü ləğvi elan edilib.
Muxalifet4 - 1-05-2019
Ərdoğanla Putin arasında kritik telefon danışığı
Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə telefon danışığı aparıb.
İki lider Liviyadakı mövcud hadisələri və ikitərəfli məsələləri qiymətləndirib. Ərdoğan Liviyanın sülh və sabitliyinə verdiyi dəstəyini təsdiqləyib.
Ərdoğan və Putin Suriya böhranının həlli üçün Astana prosesində sıx əməkdaşlığı davam etdirməyə razılaşıblar.
Müxalifət.azMuxalifet3 - 1-05-2019
Qaşıqçı cinayətində daha bir sirr - MİT-in həbs etdiyi ərəb intihar edib, yoxsa...
Fələstinli BƏƏ vətəndaşı Zəki Mübarəkin ölüm işi beynəlxalq qalmaqala çevrilə bilər
İstanbulda Silivri həbsxanasında intihar edən BƏƏ vətəndaşı ilə bağlı qalmaqal böyüyür. Fələstin əsilli BƏƏ vətəndaşı Zəki Mübarəkin qardaşı Zeynal Mübarək qardaşının Türkiyədə qətlə yetirildiyini iddia edib. “Sputnik”in xəbərinə görə, Səudiyyə Ərəbistanı mediasına müsahibəsində Zeynal Mübarək qardaşının ölməmişdən əvvəl onunla danışdığını və günahsız olduğunu, bütün ittihamları rədd etdiyini bildirib.
Muxalifet - 1-05-2019
ABŞ F-35-lərə hücum əmri verdi
ABŞ-ın F-35A təyyarələrini İraqın şimalındakı Dole Şayİ Vadi bölgəsindəki İŞİD hədəflərinə qarşı ilk dəfə istifadə etdiyi öyrənilib.
Amerikan Hava qüvvələrinə bağlı Utah əyalətindəki Hill hava bazasından edilən yazılı açıqlamada, İŞİD əleyhdarı koalisiya qüvvələrinin İraqın şimalında İŞİD hədəflərinə yönəlik hücumlarında iki F-35A tipli döyüş təyyarəsinin istifadə edildiyini açıqlayıb.Muxalifet3 - 1-05-2019
Prezidentdən “Azəriqaz”-a SƏRT XƏBƏRDARLIQ: "Əsası olmayan işlərə..."
Prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə təbii qazın verilməsində yaranan problemlərlə bağlı xəbərdarlıq edib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev “Azəriqaz” bu ifadələri ilə xəbərdarlıq edib:Muxalifet - 1-05-2019
Azərbaycan yeni dağıdıcı silah alır - QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATINA HAZIRLIQ...
30 ildir erməni işğalı ilə üzləşən Azərbaycan danışıqlar prosesi nəticə vermədiyindən, özünün hərbi qüdrətini artırmaqda davam edir. Bundan ötrü həm Ermənistandan üstün olan maliyyə imkanları hesabına yeni müasir silahlar və döyüş sistemləri alır, həm yerli sənaye kompleksini inkişaf etdirir, həm də dost-müttəfiq ölkələrlə vaxtaşırı keçirilən birgə hərbi təlimlərlə silahlı qüvvələrin döyüş bacarığını artırır və təkmilləşdirir.
Muxalifet4 - 1-05-2019
Nazarbayevdən mühüm çağırışlar
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Pekində keçirilən «Bir kəmər, bir yol» forumunda «Üç D» təşəbbüsünü səsləndirib. Təşəbbüs «Üç dialoq»un qurulmasının vacibliyini nəzərdə tutur.
Birincisi, qlobal səviyyəyə toxunur – bu, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı (Aİ) arasındakı dialoqdur.
Nazarbayevin qeyd etdiyi ikinci dialoq Avrasiya səviyyəsindədir. Məqsəd – Asiyada inam və Avropada simtemli iqtisadi əməkdaşlığın qurulması istqamətində iclasların potensiallarının birləşdirilməsindən ibarətdir.Muxalifet - 1-05-2019
ABŞ-ın Venesueladakı çevriliş cəhdu uğursuz oldu
Venesuelada Tramp administrasiyasının dəstəyi ilə çevriliş təşəbbüsü əsasən Maduro hökumətinin müdaxiləsi ilə yatırılırkən, ABŞ mətbuatı da bununla bağlı böyük xəyal qırıqlığına uğradı.
Venesuelada ABŞ tərəfindən dəstəklənən Guaidonun çevriliş cəhdi hökumət qüvvələri tərəfindən böyük ölçüdə bastırıldı. Xüsusən paytaxt Karakas şəhərində xalqın küçəyə axışması ilə çevrilişin qarşısı böyük ölçüdə alınırkən, müxalifət də sığınmağa liman axtarmağa başladı.Muxalifet3 - 1-05-2019
İbtidai siniflərin tətili başladı
Bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayıb.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, tətilə mayın 1-də start veriləcək.
Tətil mayın 5-dək davam edəcək. Mayın 6-da dərs olacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.Muxalifet - 1-05-2019
Vətəndaşların sosial sığortası üzrə qaydalar dəyişdi - QƏRAR
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Muxalifet - 1-05-2019
Tərkibində mənşəyi bilinməyən qatqıların olduğu yağlar satılır - XƏBƏRDARLIQ - VİDEO
İsmayıllı sakini təxminən ay yarım bundan avvəl kərə yağı adı ilə aldığı yağı əridəndə yağın rəngi dəyişərək qaralmışdı. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinə müraciət etmişdi. Artıq nümunələrin cavabı məlumdur.
Muxalifet - 1-05-2019
UEFA Çempionlar Liqası: “Tottenhem” öz meydanında “Ayaks”a uduzdu
Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.
Muxalifet.az bildirir ki, mərhələnin açılış görüşündə İngiltərənin “Tottenhem” klubu Hollandiyanın “Ayaks” komandasını qəbul edib.
Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Oyunda yeganə qolu 15-ci dəqiqədə Doni van De Bik vurub.
Bu komandaların arasında cavab görüşü mayın 8-də keçiriləcək.Muxalifet - 1-05-2019