Axtarış

The search found 105771 results in 0.025 seconds.

Search results

  1. Bu adların uşaqlara qoyulmasının qarşısı alınıb

    “Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.
    Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
    Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

    Muxalifet - 30-04-2019

  2. Кому выгодна новая кампания травли критиков власти?

    В последние месяцы меры, предпринимаемые в стране по усилению социальной защиты населения, укреплению общественного согласия благотворно влияли, и на взаимоотношения власти с ее оппонентами.

    Важным шагом в данном направлении стало мартовское распоряжение президента Азербайджана Ильхама Алиева, по которому на свободу вышли более полусотни лиц, признанных правозащитниками как политзаключенные.

    Это вызвало большой позитивный отклик не только в Азербайджане, но и за рубежом, послужило укреплению международного авторитета страны.

    Muxalifet4 - 30-04-2019

  3. ​Orta məktəb müəllimi oğurlandı – AZƏRBAYCANDA ŞOK OLAY

    Azərbaycanda adam oğurluğunda təqsirli bilinən 1991-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ruslan Məcidzadə və 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Vasif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet - 30-04-2019

  4. Dostlarının yanında ağ "NİVA" vurub şikəst etdi, QAÇAN SÜRÜCÜ 1 İLDİR TAPILMIR – Şikayət

    Qobustan rayonu, Təklə kəndində yaşayan Hacıyev Rahil Rafiq oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi avtoqəza nəticəsində onu ağır vəziyyətdə qoyub qaçan sürücünün tapılmamasından şikayətçidir: “Mən hazırda Qobustan rayonunun Təklə kəndində yaşayıram. Subayam. 20 yanvar 1994-cü ildə anadan olmuşam. Valideynlərim erkən ayrıldığına görə tənha yaşamağa məcbur olmuşam. Əsas məşğuliyyətim xalama məxsus və özümün olan xırdabuynuzlu heyvanlara baxmaqdır. Çobanam.

    Muxalifet4 - 16-06-2019

  5. ​Bakıda arvad ərinə ŞOK YAŞATDI: Evdən oğurladığı pulu "Odnaklasnik"də... - VİDEO

    Bakıda 1 aya yaxındır evdən qaçan arvadını axtaran Eldar "Səni axtarıram"a üz tutub. 
    İki körpəsini birgə yaşadığı kişinin üstünə atıb qaçan Məhərrəmova Məhluqədən 6 apreldən xəbər yoxdur.
    Ərinin sözlərinə görə, Məhluqə gedərkən evdə olan 10 min manatı da özü ilə aparıb.
    "Səni axtarıram"ın əməkdaşlarının araşdırması zamanı Məhluqənin yoxa çıxdıqdan 20 gün sonra "Odnoklassnik" sosial şəbəkəsində evdən oğurladığı pullarla şəkil çəkdirib paylaşdığı məlum olub.

    Muxalifet - 30-04-2019

  6. ​Azərbaycanda efirdə ŞOK OLAY: "Ərim öləndən sonra qayınatam mənə sataşırdı" - VİDEO

    Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" sosial-kriminal layihəsində növbəti həyəcanlı anlar yaşanıb.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, ərinin ölümü ilə bağlı verilişə üz tutan gəlin birbaşa efirdə "ərim öləndən sonra qayınatam mənə sataşırdı" kimi ifadələr səsləndirib.
    Gəlinin qəfl bu çıxışı teleaparıcını da pis vəziyyətdə qoyub. Amil Xəlil "Bu söhbətlər efir üçün deyil. Biz ölüm işindən danışırıq" deyərək Gülnar xanıma irad bildirib.

    Muxalifet - 30-04-2019

  7. ​RAZİN ELƏ BAKIXANOVDUR? - “Qrandmart”dan qəribə açıqlama - FOTOLAR

    Neçə illərdir xalqımıza sırınan quldur rus-erməni-bolşevik “qəhramanları”nın gerçək üzləri açıqlansa da, hələ də bu onların adı leksikonumuzdan, toponimlərimizdən uzaqlaşdırılmayıb. əsəvvür edin, marşrut avtobuslarının üzərində “RAZİN”, “VOROVSKİ” kimi qondarma yer adları, satansiyalar yazılıb yapışdırılır. Halbuki, 30 ildir quldurun adını daşıyan qəsəbənin və Bakını topa tutduğu dağın adı “Bakıxanov” adına dəyişdirilib. Fikrimizcə, bu anormallığı ciddi sanksiya ilə aradan qaldırmaq olar.

    Muxalifet4 - 30-04-2019

  8. ​Vasif Talıbov nazirə fəxri ad verdi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədova fəxri ad verib.
    “Report” xəbər verir ki, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
    Sərəncamla Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
    Qeyd edək ki, S.Məmmədov Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - maliyyə naziridir.

    Muxalifet - 30-04-2019

  9. S-400-dən sonra Türkiyədən yeni həmlə

     Rusiyanın dövlət silah ixracat şirkəti Rosoboroneksportun Baş direktor müavini Sergey Ladıgin Türkiyənin öz uzun mənzilli havadan müdafiə sisteminin yaradılması haqqında Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparıldığını açıqlayıb.
     
    Türk rəsmiləri ilə yüksək texnologiyaya dair sahələrdə əməkdaşlığı müzakirə etdiklərini bildirən Ladıgin, "Bu görüşlər iki istiqamətdə gedir. S-400 hava müdafiə sistemlərində bəzi parçaların Türkiyədə istehsal edilməsinə dair imkanları qiymətləndiririk" deyib.

    Muxalifet3 - 30-04-2019

  10. Dünya ölkələri Venesueladakı çevrilişlə bağlı AÇIQLAMALAR VERDİLƏR

    Hurriyyet.org xəbər verir ki, Venesuelada baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı Ağ Ev açıqlama verib. Çevrilişçi Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyan Amerika Birləşmiş Ştatlarından verilən açıqlamada deyilir: “ABŞ prezidenti D.Trampa Venesuelada baş verən hadisələr barəsində məlumat verilib və vəziyyəti izləyirik”. İspaniya: “Çevrilişi dəstəkləmirik” İspaniya hökumətinin mətbuat nümayəndəsi Venesueladakı çevriliş cəhdi ilə bağlı açıqlama verib.

    Muxalifet - 30-04-2019

  11. Gürcüstan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı məsələ qaldırılıb

    Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev son günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib. “Report”un yerli bürosu xəbər verir ki, deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib. Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.

    Muxalifet - 30-04-2019

  12. Venesuelada dövlət çevrilişinə cəhdi! Və Madurodan ilk açıqlama

     Venezulada müxalif lider Xuan Guaidonun açıqlaması ilə başlayan çevriliş cəhdinə dair dünyadan ilk təpkilər gəlməyə başladı. ABŞ dövlət çevrilişi cəhdinə tam dəstək verərkən, Venesuela prezidenti Nikolas Maduro çevriliş cəhdindən sonra ilk açıqlamasını verib.
     
     Venesuela prezidenti Nikolas Maduro, "Ona tam sədaqət göstərmiş olan" hərbi liderlərlə danışdığını söyləyib. Madur, "Ordu komandirləri ilə danışdım, mənə və konstitusiyaya bağlıklıklarını bildirdilər. Xalqı vətəni və konstitusion nizamı qorumaq üçün küçəyə dəvət edirəm" deyib.

    Muxalifet3 - 30-04-2019

  13. ​Kartofun ixracına tətbiq edilən gömrük rüsumu LƏĞV EDİLDİ

    Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.
    Nazirlər Kabinetinin 6 aprel 2019-cu il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.

    Muxalifet - 30-04-2019

  14. ​Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

    Baş prokuror Zakir Qaralov Mingəçevir şəhərində özəl xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb.
    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir Şəhər Prokurorluğunda araşdırılır.

    Muxalifet3 - 30-04-2019

  15. ​Erməni silahlı qüvvələri Qazax rayonu istiqamətində AKTİVLƏŞDİ

    Aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.
     

    Muxalifet3 - 30-04-2019

  16. Əhaliyə ŞAD XƏBƏR: Qazın limiti artırıldı - Yeni GÖSTƏRİCİLƏR

    Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb.
    Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, bu gün sözügedən məsələ ilə bağlı keçirilən iclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.

    Muxalifet3 - 30-04-2019

  17. İTV-də qanvermə aksiyası

    İctimai Televiziya və Radio Yayımları Şirkəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankı tərəfindən reallaşdırılan aksiyada İTV rəhbərliyi və qurum əməkdaşları donorluq ediblər.
    İTV-dən bildiriblər ki, aksiyanın məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək olub.
    Tədarük edilən qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.
     

    Muxalifet3 - 30-04-2019

  18. ​Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.
    “Report ”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
    T.Hümbətovun cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Muxalifet3 - 30-04-2019

  19. ​Gürcü vitse-spikerdən Keşikçi Dağı ilə bağlı açıqlama

    Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.
    O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını əsassız hesab edir: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

    Muxalifet3 - 30-04-2019

  20. İran televiziyası Formula 1-dən süjet hazırladı

    İranın ingilisdilli “PRESS TV” televiziyası Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi haqqında süjet təqdim edib.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, sujetdə yarışların müvəffəqiyyətlə keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, pilotlar 6 kilometrlik Bakı şəhər halqasında gərgin idman mübarizəsi aparıblar.
    Süjetdə yarışın qalibləri, Qran-Prinin statistik göstəriciləri haqqında da məlumat verilib.
     

    Muxalifet3 - 30-04-2019

Pages