Axtarış
The search found 105771 results in 0.025 seconds.
Search results
Quaydo Maduronu devirmək üçün ordunu ayağa qaldırdı
Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səsləyib. O, çağırışını “Twitter” hesabında yayımlayıb. Quaydo Venesuelada çevrilişin başlandığını açıqlayıb. X.Quaydo Karakasın sabiq bələdiyyə sədri Leopoldo Lopezi ev dustaqlığından azad edib. Lopez Maduroya müxalif şəxslərdən biridir. Məsələ ilə bağlı açıqlama verən Venesuela hökuməti çevriliş cəhdinin başlandığını təsdiqləyib və hazırda bunun qarşısının alınması üçün işlərin getdiyini bildirib. Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib.
Muxalifet - 30-04-2019
Müxalifət daxilində yeni siyasi blok yaranır – PARTİYA SƏDRLƏRİ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIR
Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında görüş keçirilib.
ADP mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, Ümid Partiyasının qərargahında baş tutan görüşdə ölkə gündəmini əhatə edən bir sıra məsələlərə dair ictimai-siyasi müzakirələr aparılıb, yaranmış hazırkı şəraitdə yeni siyasi texnologiyaların həyata keçirilməsinin və bunun üçün də yeni bir siyasi blokun yaradılmasının vacibliyi qeyd edilib.Muxalifet4 - 30-04-2019
Xalq artisti “Quska”ya görə məhkəmədə dindirildi - “DEPUTAT FEYZİYEV BELƏ İSTƏDİ, MƏN DƏ ETİRAZ ETMƏDİM...”
Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin-“Quska” ləqəbli keçmiş oliqarxın məhkəməsində dindirilib.
Muxalifet - 30-04-2019
Yoxluğuna neçə qadın sığışar?
Eyyub XƏYAL
Muxalifet4 - 30-04-2019
Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək
Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Pak Myonq Quk yaxın günlərdə Azərbaycana səfər edəcək.
P.M.Quk Qoşulmama Hərəkatına üzv olan ölkələrə, o cümlədən Suriya, İran, Azərbaycan və Monqolustana səfər edəcək.
Trend-in sorğusuna cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumatı təsdiqləyib:Muxalifet - 30-04-2019
Falçı qapısından BİABIRÇI FOTO
Sosial şəbəkədə yayılan bir foto böyük marağa səbəb olub.
İnstaqram səhifələrinin birində “Falçı qapısında” adı altında paylaşılan foto müzakirələrə səbəb olub.
“Bu görüntü Bakıda saat 07.10 də çəkilib. Camaat falçı yanına gəlib. Sübh tezdən növbədir.“- deyə bildirilən foto izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.
Kimi orada səhər saat 4-dən növbə tutan insanlara acıyıb, kimi isə onları savadsızlıqda, avamlıqda günahlandırıb.Muxalifet - 30-04-2019
Təhlükə bu dəfə Şərqdən gəlir... - TƏHLİL
Gürcüstanla bağlı yaranmış sərhəd məsələsi nə Gürcüstana, nə də Azərbaycana sərf edir. Problem 1991-ci ildən var. Məsələ o deyil, "Udabno məsələsi" kənardan idarə edilir. Daha doğrusu, oyun Rusiyada qurulub. Bu indi dəqiq nüansa oxşayır. Mən belə düşünürəm.
Amma məsələ "Bir kəmər, bir yol" layihəsi də deyil. Məsələ gələn ildən tam gücü ilə işləməyə çalışacaq başqa adı bəlli projelərdir. Amma bu da hələ ki, tam deyil.Muxalifet4 - 30-04-2019
Qadınlar bunu edən kişiləri öldürə biləcək - Parlament ŞOK QANUN QƏBUL ETDİ
Rusiyada cinsi təcavüzə məruz qalan qadınlar onlara hücum edənləri öldürsə, cinayət hesab olunmayacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya parlamenti qanun qəbul edib.
Qanuna əsasən, zorakılığa məruz qalan qadınların həmin şəxsləri öldürməsi özünümüdafiə hesab olunacaq.Muxalifet - 30-04-2019
Kənan M.M. BİABIRÇI VİDEODAN DANIŞDI: "Onu çəkib yayan..."
Xəbər verdiyimiz kimi, Bakıda qadın ərinin məşuqəsinin evinə basqın edərək onu çəkib. Yayılan video sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılıb.
Muxalifet - 30-04-2019
Müxalifət lideri Kılıcdaroğlunu vuran kəndliyə “inək oğrusu” dedi
Türkiyədə İYİ partiyanın lideri Meral Akşener bu günlərdə CHP lideri Kamal Kılıcdaroğluna şəhid əsgərin dəfn mərasimi zamanı hücum edib yumruq zərbələri endirən kəndlini “inək oğrusu” adlandırıb.
Xatırladaq ki, həmin kəndli AKP üzvüdür və hakim partiya onu öz sıralarından çıxarmaq üçün prosedur başladıb. Amma Kılıcdaroğluna hücumu pisləməyib. Ankara ətrafındakı Çubukçu rayonunda baş vermiş həmin hadisələr zamanı kütlə CHP liderinə hücum edərək onu linç etməyə çalışıb.
Muxalifet - 30-04-2019
Ağ Evdən qalmaqal qərar: Terror təşkilatı elan edəcək
Ağ Ev tərəfindən edilən açıqlamaya görə, Tramp rəhbərliyi Misirin ən qədim İslamçı hərəkatı olan “Müsəlman Qardaşları”nı xarici bir terror təşkilatı kimi tanımağa hazırlaşır. Ağ Evin mətbuat katibi Sarah Sanders, "Prezident narahatlığını bölüşən regiondakı milli təhlükəsizlik heyəti və regiondakı liderlərlərlə məsləhətləşdi və bu iç prosesdə çalışır" deyib.
Muxalifet3 - 30-04-2019
Astarada torpaq sürüşdü, evlər qəzalı vəziyyət düşdü
Son günlər yağıntılar Astara rayonunun bir sıra kəndlərində sürüşməyə səbəb olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, ənənəvi sürüşmə sahələri ilə yanaşı, yeni sahələr də yaranıb: “28 yaşayış məntəqəsində baş verən sürüşmələrlə bağlı müraciət daxil olub. Həmin müraciətlər əsasında əməkdaşlarımız ərazidə olub, sürüşmə sahələrinə baxış keçiriblər. Astara rayonunun kəndlərində sürüşmə sahələrinin vəziyyəti heç də yaxşı deyil, gündən-günə vəziyyət bir az da pisləşir.
Muxalifet - 30-04-2019
Azərbaycanda rayon adlarını soyad kimi götürmək dəbə minib: İlk yerdə Qazaxdır
"Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 45 müraciət daxil olub”.
Muxalifet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.Muxalifet - 30-04-2019
İlham Əliyev nazirləri topladı - YENİLƏNİB
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirdi. “İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.
Muxalifet - 30-04-2019
Venesuelada dövlət çevrilişi cəhdi! - Çevrilişçi general həbs olundu
Venesuelada özünü dövlət başçısı elan edən Məclis sədri Xuan Guaido Karakasdakı La Carlota Hava Bazası yaxınlığında ətrafında bir qrup hərbçi ilə çəkdiyi videonu Twitter hesabından yayıb. Guaido yayımladığı 3 dəqiqəlik video materialla xalqa və əsgərlərə küçəyə çıxmaq çağırışı edib. Venesuela hökuməti müxalifətlə əlaqəli bir qrup hərbçinin çevriliş cəhdi başlatdığını və təşəbbüsün yatırılmağa çalışıldığını açıqlayıb.
Muxalifet3 - 30-04-2019
Elza Seyidcahandan ŞOK SÖZLƏR: "Doğuram, doğuluram və doğdururam"
Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidacahan bir neçə gün əvvəl Heydər Əliyev Sarayında “Sənə bənzər” adlı möhtəşəm solo konsert proqramı ilə çıxış edib.
Bənzərsiz ifalar, möhtəşəm rəqslər və səhnəciklərlə yadda qalan konserti Elza Seyidcahan tanınmış Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə ithaf edib.
İfaçı konsert təəssüratlarını Publika.az-a bölüşüb.
- Elza xanım, konsert təəssüratlarınız necədir?Muxalifet - 30-04-2019
Erməni hərbçisi başından güllə yarası aldı
Ermənistan ordusunun Tavuş vilayətində xidmət edən hərbçisi güllə yarası alıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan iddia edib ki, hərbçi bu gün, 30 apreldə Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralanıb.
Yaralının durumunun sabit ağır olduğu bildirilir. Baş nahiyyəsindən güllə yarası alan hərbçinin tezliklə vertolyotla İrəvana çatdırılacağı bildirilir.Muxalifet - 30-04-2019
Səudiyyə nazirindən qalmaqal açıqlama: “Əzanın səsini azaldaq, insanlar narahat olur”
Səudiyyənin İslami İşlər naziri Al Şeyx yüksək səslə oxunan əzanın ətrafdakıları narahat etdiyini söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman daha əvvəl mülayim İslama dönəcəklərini ifadə etmişdi.
Ekstremizmi yaxında yox edəcəklərini deyən şahzadə bin Salman, dəyişikliyin siqnallarını vermişdi.
Bin Salmanın bu təlimatları İsrail və Amerikadan alqış almışdı.
MÜƏZZİNƏ XƏBƏRDARLIQ EDİLİB
Muxalifet3 - 30-04-2019
Övladı anadangəlmə şikəstdir, əlillik dərəcəsi verilmir – Ucar sakini: “...nazirlikdə əlillik dərəcəsini ancaq pulla təyin edirlər”
Ucar rayonu, Qulabənd kənd sakini Bayramova Nigar Tofiq qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən N.Bayramova anadangəlmə şikəst olan övladına əlillik dərəcəsi verilməməsindən şikayətçidir: “Mənim övladım, 21 dekabr 2016-cı il tarixdə dünyaya gəlmiş Bayramov Məhəmməd Xalid oğlu anadan şikəst doğulub. Balaca Məhəmmədin sol qolu iflic olmaqla iki barmağı yoxdur, sağ əlinin isə iki barmağı şikəstdir.
Muxalifet4 - 30-04-2019
Sürücülərə ŞAD XƏBƏR: Maşınlara pərdə vurulmasına icazə verildi
Mayın 1-dən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-ədək qüvvədə qalacaq. Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər. ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Elməddin Muradlı - Ekspert: “Arxa yan şüşələrə vurulur sadəcə olaraq. Burada plyonkadan söhbət gedə bilməz, teatral pərdədən söhbət gedə bilməz. Bəzən sürücülər icazəni özlərinə sərf edən variantda başa düşürlər. Teatral pərdələrdən istifadə edirlər. Hansı ki, içəridə tam məhdudiyyət yaradır.
Muxalifet - 30-04-2019