Axtarış
The search found 105771 results in 0.033 seconds.
Search results
"Öz milli müharibə təyyarəmizi istehsal edəcəyik" - Ərdoğandan kritik F-35 açıqlaması
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən IDEF-19 14-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisində çıxış edərək, ABŞ-ın Türkiyəyə təzyiq vasitəsi olan F-35 təyyarəsi məsələsinə toxunub.
Ərdoğan çıxışında, “Rusiya ilə gəldiyimiz S-400 sazişinin arxasında belə bir proses vardır. Öz hava müdafiə sistemlərimizi istehsal etmə mövzusunda çox sürətli yol alırıq.
F-35-lər məsələsində də bənzər bir haqsızlığa, təzyiqə məruz qalırıq.Muxalifet3 - 30-04-2019
“ABŞ-ı diz çökdürəcəyik” - Ruhani
İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixrac etməyə davam edəcəklərini söyləyib.
Paytaxt Tehranda “İşçilər Həftəsi” münasibətilə keçirilən mərasimdəki çıxışı dövlət televiziyasından canlı yayımlanan İran prezidenti Həsən Ruhani, ABŞ-ın İran iqtisadiyyatını hədəf alan sanksiyalarına toxunub.
Sanksiyaların birbaşa xalqa təsir göstərdiyini vurğulayan Ruhani, "Xüsusilə işçilər, orta və aaşağı gəlir qrupu olmaqla, birbaşa xalqa təsir edən ABŞ-ın zalım və qeyri-qanuni sanksiyalarına məruz qaldıq" deyib.Muxalifet3 - 30-04-2019
Şantajla 225 min manat almaqda ittiham olunan baş redaktora 12 il iş kəsildi
Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə təqsirləndirilən "Qafqaz" Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevə hökm oxunub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbör verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet4 - 30-04-2019
Hamilə həyat yoldaşına xəyanət etdikdən sonra ağladı
Aparıcı Helen Vud bu yaxınlarda kitabını satışa çıxardacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Helen kitabda "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi barədə də yazıb. O, Runi ilə intim münasibətdə olduqdan sonra futbolçunun ağladığını qələmə alıb. Kitabla tanış olan mənbə belə yazır: "Helen Runi ilə ayrı-ayrı yerlərdə bir neçə dəfə görüşdüyün etiraf edir. O deyir ki, Runi vanna otağında hamilə olan həyat yoldaşının şəklini göstərib hönkür-hönkür ağlayırdı. Onu etdiyi günah təsirləndirmişdi. Runi nə etdiyini anladıqdan sonra təsirlənmişdi.
Muxalifet4 - 30-04-2019
82 yaşlı Berluskoni xəstəxanaya düşdü - Keçmiş baş nazirin sağlamlığı barədə vəziyyəti açıqlanmır
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəxanaya düşüb.
Bu barədə məlumatı İtaliyanın "Corriere della Serr" nəşri yayıb.
Məlumata görə, o, qarın nahiyəsindəki ağrılara görə Milandakı "San Raffaele" hospitalına yatırılıb.
82 yaşlı Silvionun sağlamlığı barədə vəziyyəti açıqlanmır.
Muxalifet4 - 30-04-2019
"Şübhə yoxdur ki, əsas düşmən Ermənsitandır" - Türkiyə-Azərbaycan hərbi təlimləri İrəvanda təşviş doğurub
Aram Sərksyan
ru.1-in.am (Ermənistan), 29.04.2019
Muxalifet4 - 30-04-2019
GÜRCÜSTANLA MÜNASİBƏTLƏR GƏRGİNLƏŞİR... - Azərbaycan “Keşikçi dağ” ətrafında sərhədçilərin sayını artırdı
Azərbaycan Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında sərhədçilərinin sayını kəskin artırıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Rustavi-2” telekanalı məlumat yayıb.
Muxalifet4 - 30-04-2019
Məktəbdə 14 yaşlı şagird başından güllələndi - VİDEO
Məktəbin akt zalında təşkil olunan tamaşanın məşqləri zamanı faciə baş verib.
Muxalifet4 - 30-04-2019
“Azərbaycanda heç bir aprel inqilabı baş verməyib...” – NƏSİMAN YAQUBLU
“Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi olmamışdı, Azərbaycan işğal edilmişdi” Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci qırmızı ordunun 1920-ci il aprelin 28-də Bakıya daxil olmasından və Azərbaycan Demokratik Respublikasını devirməsindən 99 il ötsə də, Azərbaycanın bu işğal tarixini heç vaxt unutmamalıyıq. Ona görə ki, unutduqca tarix təkrar oluna bilir. Çünki hər kəsə də bəllidir ki, SSRİ imperiya kimi dağılsa da, onun varisi olan Rusiya bu gün də Cənubi Qafqazdan, o cümlədən də Azərbaycandan gözünü çəkməyib, nə də çəkmək niyyəti yoxdur.
Muxalifet4 - 30-04-2019
Magistral yolda DƏHŞƏTLİ OLAY: ölənlər və dağıntılar altında qalanlar var
İranda tunel çöküb. Hadisə bu gün səhər saatlarında Tehran-Şimal avtomagistralının Qara Meşə adlanan bölgədən keçən hissəsində baş verib. Hadisə nəticəsində 8 nəfər dağıntılar altında qalıb. "Günaz"ın məlumatına görə, indiyə qədər 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Digər şəxslərin axtarışı isə davam etdirilir./Publika
Muxalifet - 30-04-2019
”Putin vaxtilə mənim Azərbaycana buraxılmamağımı tələb edirdi” - SAAKAŞVİLİ
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin onu yenidən Ukraynaya geri qaytarmaq və vətəndaşlıq vermək barədə yeni seçilmiş prezident Vladimir Zelenskiyə etdiyi təklifə münasibət bildirib.
Saakaşvili RBK agentliyinə verdiyi müsahibədə deyib: “Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında hər kəsin yanında Pyotr Poroşenkodan mənim Ukraynadan çıxarılmağımı tələb edib. (Yeri gəlmişkən, Poroşenko bunu 1 ay sonra yerinə yetirdi - red.).Muxalifet4 - 30-04-2019
Ucarda qadının qızıl dişlərini söküb, özünü isə... - Dəhşətli cinayətin təfərrüatı
Ucar rayonunda tamah məqsədi ilə qətl törətməkdə təqsirli bilinən Könül Məmmədova Ali Məhkəməyə müraciət edib.
Muxalifet.az "ölkə.az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, qətlin üstü təsadüfən açılıb.Muxalifet - 30-04-2019
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - FOTO
Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını yeni modellə zənginləşdirib.
ONA-nın məlumatına görə, hücumçu “Bugatti” şirkətinin ötən ilin martında Cenevrə avtosalonunda nümayiş olunan “La Voiture Noire” modelini alıb.
Muxalifet4 - 30-04-2019
Nazirdən azanla bağlı SENSASİON ADDIM: Yüksək səslə oxunan azan...
Məscidlərdə yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər, ona görə də səsi azaldılmalıdır.
Bu iddia ilə Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif Əl Şeyx çıxış edib.
Nazir azanın namazın vacib tələblərindən olduğunu, lakin imamların ətrafdakılara hörmət etməli olduğunu deyib.
Nazirlik tərəfindən yayılan açıqlamada Əbdüllətif Əl Şeyx məsciddə səsləndirilən yüksək səsli azanın evində oturan və xəstə insanları narahat edə biləcəyi bildirilib. Açıqlamada bildirilib ki, bir məscidin azan səsi digər məscidlərin səsini üstələyir.Muxalifet - 30-04-2019
"Azərbaycanla Gürcüstanın münasibətləri əladır" - ZƏRDÜŞT ƏLİZADƏ
“Liberal Partiyası Gürcüstanın siyasi həyatında rol oynamır” Aprelin 25-də Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvili Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “David Qareci” (Keşişdağ) monastır bölgəsində Azərbaycan sərhədçilərinə üz tutaraq deyib ki, “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur”.
Muxalifet4 - 30-04-2019
Çavuşoğludan çox sərt Avropa Birliyi açıqlaması
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Avropa Birliyinə üzvlüklə bağlı sərt açıqlama verib. Çavuşoğlu açıqlamasında, "Avropa Birliyinə üzvlük hələ də Türkiyə üçün strateji hədəfdir. Avropa Birliyi bizi üzvlüyə qəbul etmək istəmirsə, qərarını verməlidir" deyib. Müxalifət.az
Muxalifet3 - 30-04-2019
Şotlandiya müstəqillik haqqında ikinci referenduma hazırlaşır
Bu ilin may ayında Şotlandiyanın separatçı Şotlandiya Milli Partiyası Böyük Britaniyadan ayrılmaq barədə qanun layihəsi hazırlayacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen partiyanın Edinburq şəhərində keçirilən qurultayında bəyan edib.Muxalifet - 30-04-2019
Trampın maliyyə qeydiyyat qorxusu aşkara çıxdı
ABŞ prezidenti Donald Tramp ailə üzvləri və şirkətlər qrupunun “Deutsche Bank” və “Capital One” banklarının maliyyə sənədlərilə bağlı Konqresdə suallara cavab verməsini əngəlləmək üçün hərəkətə keçib.
Tramp bu maliyyə sənədlərilə bağlı Konqresdə suallara cavab verməyi əngəlləmək üçün məhkəməyə müraciət edib.Muxalifet3 - 30-04-2019
Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı tükürpədici FAKTLAR ÜZƏ ÇIXDI - Onlar hara tələsirdi?
Dünən Göygöl rayonu ərazisində, Daşkısın-Gəncə yolunun bu rayondan keçən hissəsində baş vermiş dəhşətli yol qəzasında ölən 8 nəfər bu gün dəfn edilib.
Qəzaya düşən “VAZ 2107”də ölən Daşkəsən rayon Mollahəsənli kənd sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, onun övladı 2018-ci il təvəllüdlü Rübabə Eldəniz qızı Həsənova, sürücünün nənəsi - 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və xalası, 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova bu gün kənd qəbiristanlığında dəfn edilib.Muxalifet - 30-04-2019
Ağdamda yeni doğulan körpə öldü
Azərbaycanda uşaq ölümü baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Ağdam rayonu, Baharlı kənd sakini, 1981-ci il təvəllüdlü Günel Cəfərova bir müddət əvvəl doğuşla bağlı Bərdə rayon doğum evinə daxil olub. Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpənin səhhətində problemlər olduğu üçün dərhal Bakıya aparılıb. Müayinə zamanı körpənin ürəyinin klapanlarının üçünün işləmədiyi müəyyən edilib. Lakin həkimlər uşağı əməliyyat etməyib. Körpə bir neçə gün sonra dünyasını dəyişib.Muxalifet - 30-04-2019