Axtarış

The search found 105771 results in 0.088 seconds.

Search results

  1. Türk polisi mavi siyahıda olan terrorçunu ələ keçirdi

    Türkiyə Daxili İşlər Nazirliyinin mavi axtarış siyahısında olan terrorçu Azimet Ceyhan polis tərəfindən yaxalanıb.
    Muxalifet.az xəbər verir ki, A.Ceyhan Ədirnə Jandarm Komandanlığının təşkil etdiyi əməliyyat çərivəsində ələ keçib.
    Qeyd edək ki, MLKP qruplaşmasının üzvü olan Ceyhanın yerini xəbər edən şəxsə 1 milyon 500 min lirə mükafat təyin edilmişdi.
     

    Muxalifet3 - 30-04-2019

  2. Türkiyədən Maduroya dəstək: Buna qarşıyıq!

    Venesuelada qeyri-demokratik üsullarla qanuni hökumətlərin dəyişdirilməsi cəhdlərinə qarşıyıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
    “Ölkədəki problemlərin dialoq yolu ilə həllinin tərəfdarıyıq. Venesuela xalqının daim yanındayıq”, - deyə XİN rəhbəri bildirib.
    Qeyd edək ki, bu gün Venesuela müxalifəti Maduro hakimiyyətinə qarşı “Azadlıq” əməliyyatı finalının başlandığını elan edib.
     

    Muxalifet3 - 30-04-2019

  3. Tünzalə Ağayeva səfir oldu

    Belarusiyada keçiriləcək “II Avropa Oyunları” idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.
    Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib. 
    Səfir Belarusiyanın “II Avropa Oyunları”na çox fəal şəkildə hazırlaşdığını bildirib.

    Muxalifet3 - 30-04-2019

  4. ​Ərdoğanla Putin Liviya və Suriyanı müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı baş tutub. Muxalifet.az xəbər verir ki, söhbət zamanı Liviya və Suriyadakı son proseslərin müzakirə olunduğu deyilib. Liderlər Liviyada dinc şəraitin və sabitliyin bərpa olunmasının vacibliyini bir daha diqqətə çatdırıblar. Eyni zamanda Putin və Ərdoğan Suriyadakı böhranın həlli üçün yaradılan Astana Formatı çərçivəsində yaxından əməkdaşlığın önəmini vurğulayıblar.

    Muxalifet3 - 30-04-2019

  5. Külli miqdarda avro və dolları gömrükdən gizlin keçirmək istədi

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    Muxalifet3 - 30-04-2019

  6. Maliyyə nazirinə fəxri ad verildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səbuhi Məmmədova fəxri ad verib.
    Muxalifet.az xəbər verir ki, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
    Sərəncamla Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
    Qeyd edək ki, S.Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziridir.
     

    Muxalifet3 - 30-04-2019

  7. Tiflisin görəcəyi hələ çox işlər var - Avropa Şurası

    Gürcüstan Avropa Şurasına üzv olduqdan sonra çox mühüm addımlar atıb. Amma bu azdır və Gürcüstan hələ çox işlər görməli, qanunvericlik bazasını Avropa İttifaqının qanunlarına uyğunlaşdırmalıdır.
    Muxalifet.az azərtac-a istnadən xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 30-da Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçirilən mərasimdəki çıxışında söyləyib.

    Muxalifet3 - 30-04-2019

  8. Hindistan ordusu Qar adamın ayaq izlərini paylaşdı

    Hindistan ordusunun  rəsmi Twitter səhifəsində Qar adamın ayaq izlərinə rast gəlindiyi barədə məlumat verilib və fotolar yayımlanıb.
    Əsgərlər ayaq izlərinin əfsanəvi Yetiyə aid olduğuna inanırlar. Ayaq izləri aprelin 9-da Himalay dağlarındakı Makalu hərbi bazası yaxınlığında tapılıb.
    Qeyd edək ki, alimlər Yetinin varlığına dair bir iz olmadığını bildirirlər. Amma Himalay bölgəsində yaşayan xalqların böyük bir qismi bu barədə fərqli düşünür.

    Muxalifet3 - 30-04-2019

  9. İbrahim Türkmən Azərbaycana gəldi

    İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən Azərbaycana səfər edib.
    Muxalifet.az xəbər verir ki, Ə.İ.Türkmən mayın 2-3-də Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Təşkilatdan verilən məlumata görə, qurumun rəhbəri forum çərçivəsində bir sıra görüşlər keçirəcək.
     

    Muxalifet3 - 30-04-2019

  10. Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib

    Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski  sosial şəbəkələrdə Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib. O yayımladığı videoçarxda müsabiqənin şərtləri barədə məlumat verib.
    “Əgər minimum 3 dil bilirsənsə ( Ukrayna, ingilis dilləri mütləqdir), ictimai işlərdə və ya jurnalistika sahəsində təcrübən varsa, 24/7 saat işləməyə hazırsansa, o zaman lütfən  CV göndər”,- deyə məlumatda bildirilib.
     

    Muxalifet3 - 30-04-2019

  11. Ərdoğandan Trampa SƏRT XƏBƏRDARLIQ

    Venesuelaya postmodern müstəmləkə qubernatoru təyin etmək istəyənlər (ABŞ nəzərdə tutulur) bilməlidir ki, bu ölkənin idarəetməsi yalnız demokratik seçkilərlə müəyyən edilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.
    “Venesueladakı çevriliş cəhdini qınayırıq. Bütün dünya Venesuelada xalqın demokratik seçiminə hörmət etməlidir”, - deyə Ərdoğan qeyd edib.
     

    Muxalifet3 - 30-04-2019

  12. ​Moskva hərbi əsirlərin dəyişdirilməsi məsələsində Bakı ilə həmrəydir

    Rusiya münaqişə zonasında etimadın bərqərar olması üçün əsirlərin “hamının hamıya dəyişdirilməsi”  prinsipinə tərəfdardır. Bu fikirləri Rusiyanın xarici  işlər naziri Sergey Lavrov mətbuat konfransında səsləndirib. Bu barədə TASS məlumat yayıb.
    “Biz belə hallarda hər zaman humanitar qərarların tərəfdarıyıq: hərbi əsirlərin, ölənlərin meyitlərinin dəyişdirilməsi lazımdır. Biz hesab edirik ki, bu istər Qarabag, istər Yaxın Şərqdə, istərsə Ukraynanın cənub-şərqindəki  münaqişə zonalarında etimad mühitinin yaranmasına kömək edər”

    Muxalifet3 - 30-04-2019

  13. Rusiyadan Venesuela bəyanatı: Bundan imtina edin!

    Tərəfləri zorakılıqdan imtina etməyə çağırırıq. Qan tökülməsini dayandırmaq və sabitliyi bərpa etmək önəmlidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Venesueladakı son proseslərlə bağlı bəyanatında deyilib.
    “İstənilən siyasi proses yalnız konstitusiyaya uyğun olaraq, xarici müdaxilə olmadan qanuni əsaslarla həyata keçirilməlidir”, - deyə XİN-nin bəyanatında deyilib.
     

    Muxalifet3 - 30-04-2019

  14. Məşhur model traktorun altında qalaraq öldü

    2017-ci ildə keçirilən Fransa gözəllik müsabiqəsinin ("Miss France") iştirakçısı Morqan Rollan traktorun altında qalaraq ölüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Luar departamentinin Voşe şəhəri yaxınlığında velosiped sürən 22 yaşlı qız qəflətən yola çıxan avtomobildən yayınmaq istərkən oradan keçən traktorun altında qalıb.
    Morqan xəstəxanada dünyasını dəyişib.
    Hadisə zamanı başqa zərərçəkən olmayıb.
     

    Muxalifet3 - 30-04-2019

  15. ​Gürcüstan prezidenti yenidən Bakıya müraciət etdi

    Gürcüstan prezidenti Salome Zurabişvili ümumi sərhəddə razılaşmanın Gürcüstan və Azərbaycan arasındakı dostluğun möhkəmləndiriləcəyinə və mövcud olan bütün məsələləri aradan qaldıracağına əminliyini ifadə edib.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bunu Gürcüstan prezidentinin media-spikeri Xatiya Moissrapişvili deyib.
    O qeyd edib ki, sərhədin və onun delimitasiyasının razılaşdırılması mövzusu bu yaxınlardakı hadisədən- Azərbaycan sərhədçilərinin Udabno gürcü monastırına gedən yolu bir neçə günlüyə kəsmələrindən sonra yenidən gündəmə gəlib.

    Muxalifet3 - 30-04-2019

  16. ​Ötən il 1 milyon tondan çox meyvə istehsal olunub - Nazir

    2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.

    Muxalifet3 - 30-04-2019

  17. Paşinyanla Medvedev gecə klubunda rəqs etdilər - İRƏVANDA

    Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Baş naziri Dmitri Medvedev aprelin 29-da saat 22: 00-da Yerevan klublarından birində - "Klub 12"də olublar.
     
    Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya”ya klubun sahibi Narek Manukyan məlumat verib.
     
    Onun sözlərinə görə, yüksək səviyyəli qonaqlar desert sifariş verib, paxlava yeyib və hətta məşhur pop mahnılardan birinin versiyası altında rəqs ediblər.
     

    Muxalifet4 - 1-05-2019

  18. "Mənə məlumat verilir ki, “Azəriqaz” bəzi hallarda insanlara problemlər yaradır..." - PREZİDENTDƏN XƏBƏRDARLIQ

    “Qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır”.

    Muxalifet.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

    Muxalifet4 - 1-05-2019

  19. “Zərdüşt Əlizadə yalan danışır, özünü təmizə çıxartmağa çalışır” – İSA QƏMBƏRDƏN ETİRAZ

    “Siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var, amma siyasətçinin yalan danışmağa ixtiyarı yoxdu. Mən səhv edə bilərəm, amma heç vaxt şüurlu şəkildə yalan danışmıram. Təbii, həyat müəyyən bəyaz yalanlara məcbur eləyə bilər, ancaq mənim yalana nifrətim var. Və nəsə yazacağamsa, həqiqətləri yazmalıyam. Ən azı, bildiyim həqiqətləri və ya həqiqət hesab elədiklərimi. Bu isə o deməkdi ki, bu gün də həyatda olan yüzlərlə insan haqqında – onların səhvləri, zəiflikləri, xəyanət demək istəmirəm, ancaq Azərbaycana dəhşətli ziyan vurmuş addımları vəs.

    Muxalifet4 - 1-05-2019

  20. "Bu ildən fermerlər texnikanı 40 faiz güzəştlə ala biləcəklər" - NAZİR

    "Cari təsərrüfat ilində 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir".
     
    Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
     

    Muxalifet4 - 1-05-2019

Pages