Axtarış
The search found 105772 results in 0.122 seconds.
Search results
Damladan qeyri-etik davranış - VİDEO
Müğənni Damla (Məsumə Əliyeva) və prodüseri Şamil İbrahimov Moskvada çinlilərə qarşı qeyri-etik davranış sərgiləyiblər.
Muxalifet3 - 1-05-2019
Tiflis yeni TŞ formalaşdırdı: İvanişvili güclənir
Gürcüstan hökuməti yeni Milli Təhlükəsizlik Şurası formalaşdırıb.
Muxalifet3 - 1-05-2019
"Qəbələ" finalda: "Qarabağ"ı kubokdan kənarlaşdırdı
Azərbaycan kubokunda ilk finalçının adı bəlli olub.
Muxalifet.az xəbər verir ki, "Qarabağ" "Qəbələ" ilə qarşılaşıb. Ağdam təmsilçisi görüşdə 2-1 qalib gəlsə də, mübarizəni dayandırıb. Belə ki, ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Digər finalçının adına "Zirə" - "Sumqayıt" matçında aydınlıq gələcək.
Muxalifet3 - 1-05-2019
ABŞ istəsə, Venesuelaya hücum etmək üçün... - Braziliya
Venesuelada çevriliş cəhdinə dəstək veririk. Silahlı müdaxilədə iştirak edə bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Braziliya Prezidenti Jair Bolsonaro bildirib.
"ABŞ Venesuelaya hücum üçün Braziliya torpaqlarından istifadə etmək istəsə, Milli Müdafiə Şurasını toplayacağam, bütün orqanları dinləyəcəm və bir qərar verəcəyəm. Silahlı müdaxilədə iştirakımız sıfıra yaxındır", - Bolsonaro deyib.
Muxalifet3 - 1-05-2019
Gürcüstan ABŞ-a QARŞI ÇIXDI: Təhdid edildi – SENSASİON AÇIQLAMA
Günü-gündən Zurabişvilinin öz fəaliyyətini impiçmentlə bitirəcəyinə əmin oluram.
Muxalifet.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasından olan deputat Tinatin Bokuçava deyib.
“Bu qadın mütləq öz fəaliyyətini impiçmentlə bitirəcək. İndi vacib olan impiçmentə qədərki dönəmdə onun verdiyi bəyanatlarla ölkəyə düzəlməsi mümkün olmayan zərərlər vurmasına imkan verməməkdir”, – deyə o bildirib.Muxalifet3 - 1-05-2019
Rusiya bilir ki, Paşinyan ilk fürsətdə onları satacaq... - Deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az -a müsahibə verib.
Muxalifet.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, NATO PA-nın bu günlərdə Brüsseldə keçirilən100-cü Rouz-Rous seminarında iştirak etmisiniz, nələr müzkirə mövzusu idi?Muxalifet3 - 1-05-2019
Qurbanovdan "Qarabağ"ın məğlubiyyətinə - Reaksiya
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə, finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Muxalifet.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matç haqqında danışıb.
- Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.Muxalifet3 - 1-05-2019
Ramil Usubov Bərdəyə gedir
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 25-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Muxalifet3 - 1-05-2019
Britaniyanın müdafiə naziri vəzifədən kənarlaşdırıldı
Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson vəzifədən kənarlaşdırılıb. Muxalifet.az xəbər verir ki, onun Milli Təhlükəsizlik Şurasının iclasında məlumat sızmasının araşdırılmasından sonra istefaya göndərildiyi bildirilib.
Muxalifet3 - 1-05-2019
Qafqazlı deputat qız qaçırdı
İnquşetiya parlamentinin deputatı qız qaçırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, insident Malqobek rayonu ərazisində baş verib. Onun qadını evlənmək məqsədiylə qaçırdığı vurğulanıb.
Agentlik qadın qaçıran deputatın Vahid Rusiya Partiyasının üzvü olduğunu, qaçırılan qadının isə Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çalışdığını bildirib. Bununla belə şəxslərdən heç birinin adı agentlik tərəfindən yayımlanmayıb.Muxalifet3 - 1-05-2019
“ABŞ dünyanı meşə qanunları ilə idarə edəcək...” – Zərifdən ŞOK AÇIQLAMA
ABŞ hökumətinin birtərəfli addımlarına qarşı çıxmaq lazımdır. Bu siyasət digər millətləri də təhdid etməyə başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
"Bir gücün iradəsinin başqa bir millət üzərində tətbiq edilməsi, gec-tez digər millətləri də təhdid etməyə başlayacaq. Bu düşməncə siyasət dalğası bütün dünyanı təsiri altına ala bilər. Bu şəkildə qanuni hökumətlərin yerini meşə qanunları ilə idarə olunan hökumətlər alır", - Zərif vurğulayıb.Muxalifet3 - 1-05-2019
Tiflisdə genişmiqyaslı etiraz aksiyası keçirildi - Foto
Gürcüstan Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə mayın 1-də paytaxt Tiflisdə hökumət binasının qarşısında genişmiqyaslı aksiya keçirilib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, 1 may - Beynəlxalq Zəhmətkeşlər Gününə həsr olunmuş aksiyada təhlükəsiz iş şəraiti və əməyin layiqli qiymətləndirilməsi tələb olunub.
Birliyin sədri İrakli Petriaşvili deyib ki, aksiyanın məqsədi hökumətin diqqətini ölkədəki işsizliyə və fəhlələrin əmək problemlərinə cəlb etməkdir.
Muxalifet3 - 1-05-2019
FES-dən dolların taleyi ilə bağlı kritik qərar
ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələri ilə bağlı qərarını elan edib.
Muxalifet.az xəbər verir ki, FES faiz dərəcəsini 2.50 səviyyəsində saxlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gələndən FES faiz dərəcəsini 6 dəfə artırıb. Bundan öncə də FES faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlamışdı.
Muxalifet3 - 1-05-2019
İnanırıq ki, Bakı ilə razılığa gələcəyik - Tiflis
Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çox qısa müddətdə həllini tapmalıdır. Heç kim bu cür məsələlərdən sui-istifadə edib ölkədə etnik zəmində qarşıdurma yarada və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Georgi Qaxaria söyləyib.Muxalifet3 - 1-05-2019
Tiflisin ərazi iddiası: Keşikçidağ kimindir? - Tarixi faktlar
Son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə bağlı aydınlaşma tələb edir.
Məsələ ilə bağlı danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, “Keşikçi dağ” monastırı yalnız 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib.Muxalifet3 - 1-05-2019
Dəhşətli qəza: İki piyada vuruldu, biri öldü
Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan VAZ-2106 markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.
E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.Muxalifet3 - 1-05-2019
ABŞ F-35-ləri döyüşə göndərdi - İlk dəfə
Birləşmiş Ştatların hərbi hava gücləri F-35 beşinci nəsil qırıcının F-35A variantını ilk dəfə döyüşdə tətbiq edib.
Muxalifet.az xəbər verir ki, iki F-35A qırıcısından aprelin 30-da İraqın şimal-şərqində silah-sursatın gizlədildiyi və İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər şəbəkəsinə aviazərbələr endirib.
Hücumun müvəffəqiyyətli olub-olmadığı dəqiqləşdirilməyib.Muxalifet3 - 1-05-2019
"ABŞ Venesuelaya hərbi müdaxilə etməyə hazırdır" - POMPEO
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü verdiyi müsahibədə Birləşmiş Ştatların Venesuelada davam edən iğtişaşların dayandırılması üçün hərbi müdaxilə etməyə hazır olduğunu bidirib.
“Hərbi müdaxilə mümkündür. Əgər buna ehtiyac olarsa, Birləşmiş Ştatların edəcəyi bu olacaq” – deyə, Pompeo Fox tele kanalına müsahibəsində bildirib.
Bununla belə, o, ABŞ-ın Karakasda hakimiyyətin sosialist prezident Nikolas Madurodan özünü müvəqqəti hökumətin prezidenti elan etmiş Xuan Quaydoya dinc yolla keçidinə üstünlük verdiyini bildirib.Muxalifet4 - 2-05-2019
"Məmurların əmlakı ilə bağlı bəyannamələr dərc edilməlidir" - EKSPERTLƏR İSLAHATLAR HAQQINDA
Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin iclasında Yeni iqtisadi inkişaf strategiyasının elan olunacağını deyib.
Prezident bildirib ki, prosesə beynəlxalq mütəxəsisslər də cəlb olunacaqlar:
Muxalifet4 - 2-05-2019
Prezidentin ictimai nəzarət çağırışları... - "İslahatlar yeni mərhələyə qədəm qoyur" deyən İlham Əliyevin hədəfləri
Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında ictimai nəzarətin vacibliyindən danışıb.
İlk dəfə deyil ki, prezident ictimai nəzarətin mühümlüyünü vurğulyıb. O hesab edir ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir", əvvəlki çıxışlarından birində o deyib.Muxalifet4 - 2-05-2019