Axtarış

The search found 105772 results in 0.049 seconds.

Search results

  1. ​25 ildir məcburi köçkün olduqlarını sübut edə bilmirlər – VİDEO

    Məcburi köçkünlərin məskunlaşdığı Buzovna qəsəbəsindəki "Xəzər" sanatoriyasında bir neçə həftə öncə köç baş verib.
    Buradakı köçkünlər Kürdəxanı ərazisində tikilən yeni mənzillərinə gediblər.
    İndi ilk baxışdan tərk edilmiş kimi görünən binalarda cəmi 3-4 ailə qalıb.
    Qurbanlı və Vəliyevlər ailələlərinin əşyaları toplanıb yükləri hazırlansa da, arzusunda olduqları yenə evə köçə bilməyiblər.
    Səbəb isə sənədlərində problemin yaranmasıdır.

    Muxalifet4 - 2-05-2019

  2. Benzinin qiyməti 2,5 dəfə qaldırılır - REJİMİN QƏRARI CİDDİ ETİRAZA SƏBƏB OLUB

    İranda benzinin qiyməti 2,5 dəfə artırılır.
     
    ONA-nın Tehran bürosunun verdiyi məlumata görə, İranda benzinin qiyməti sabahdan hər litr üçün 1000 tüməndən (təqribən 0,08 dollar) 2500 tümənə (təqribən 0,20 dollar) qaldırılacaq.
     
    Bildirilir ki, qiymət artımından sonra İranda hər avtomobilə ayda 60 litr subsidiyalı (1 litr – 1000 tümən) benzin veriləcək.
     

    Muxalifet4 - 2-05-2019

  3. Cəmi bir gün nazir ola bildi, arvadına görə işdən çıxardılar – FOTO

    Estoniyada informasiya texnologiyaları və xarici ticarət naziri təyin olunan Marti Kuuziki ertəsi gün işdən kənarlaşdırıblar. Belə ki, prezident Kersti Kalyulayd bir sutka sonra onu vəzifədən uzaqlaşdırıb.

    Muxalifet4 - 2-05-2019

  4. Eks-prezidentin xanımı aparıcılığa başladı

    Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua “Mesame” kanalında aparıcılığa başlayıb.
     
    Gürcüstan KİV-ləri xəbər verir ki, dördüncü prezident Georgi Marqvelaşvilinin xanımı hələ ötən ilin dekabrında ailəsində maliyyə problemlərinin olduğunu bildirmişdi.
     
    Çiçua qeyd edib ki, həyat yoldaşının prezidentliyi dövründə aldığı maaş ailəsinin ehtiyaclarını ödəməyib və hazırda onların heç bir vəsaiti yoxdur.
     

    Muxalifet4 - 2-05-2019

  5. ​Vasif Talıbovun oğlu vitse-prezident təyin olundu – ƏMR

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti təyin edilib.
     
    Bununla bağlı AŞF sədri Elman Rüstəmov müvafiq əmr imzalayıb.
     
    Qeyd edək ki, S.Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədridir.  

    Muxalifet4 - 2-05-2019

  6. PKK/YPG Astana prosesi üçün ABŞ-a yalvardı

    Terror təşkilatı YPG-nin siyasi davamı Suriya Demokratik Şurası Astana danışıqlarında iştirak etmək üçün ABŞ-dan kömək istəyib.
     
    Terror təşkilatı YPG-nin siyasi davamı Suriya Demokratik Şurası (SDK) Suriya Konstitusiya komitəsinnə daxil olmaları üçün ABŞ-ın daha çox dəstəyinə ehtiyac duyduqlarını bildirib.

    Muxalifet3 - 2-05-2019

  7. Venesuela üçün qorxunc iddia! Maduroya ultimatum verildi

     Venesuelada dövlət çevrilişi cəhdi ilk mərhələdə uğursuz oldu. Müxalif lider Xuan Guaidonun xalqı küçələrə çağırması ilə ölkədə sular durulmadı. Ard-arda gələn açıqlamalar isə böyük əks-səda doğurdu.
     
    Gün ərzində ABŞ Xarici İşlər naziri Mayk Pompeo Venesuelada hərbi əməliyyatın mümkün olduğu mesajını verdi. ABŞ Müdafiə Nazirliyi Venesuelaya birbaşa müdaxiləyə qarşı fəal hazırlıq olduğu mesajını verməkdən çəkindi, ancaq siyasi təlatüm qalxdıqca ətraflı planların olduğunu da təsdiqlədi.
     
    ŞANAHAN AVROPA SƏFƏRİNİ LƏĞV EDİB

    Muxalifet3 - 2-05-2019

  8. İsraildən Qəzzaya hava hücumu

    İsrail təyyarələri Qəzzənin şimalında bəzi nöqtələrə hava hücumu təşkil edib. Hücumda can itkisinin olub olmadığı haqda məlumat verilməyib.
     
    İsrail ordusunun Twitter hesabından edilən açıqlamada, döyüş təyyarələrinin Həmasa aid bir hərbi qərargahda bəzi məqamları vurduğu ifadə edilib.
    Hücumun dünən Qəzzadan İsrailə helium qazı doldurulmuş şar atılmasına cavab olaraq həyata keçirildiyi qeyd edilib. Xəbərə görə, İsrail mətbuatında dünən Qəzzadan atılan şarların sərhəddəki İsrail zəmilərində yanğın çıxmasına səbəb olduğu xəbəri yer almışdı.

    Muxalifet3 - 2-05-2019

  9. ABŞ ordusunun Venesuelaya hərbi müdaxilə planı hazırdır

    ABŞ Müdafiə nazirinin vəkili Şanahan Venesueladakı çevriliş cəhdi haqqında, "Gözlənilməz bir vəziyyətin ortaya çıxa biləcəyi bir ssenari və vəziyyət olmaması üçün təfsilatlı plan hazırladıq", - deyib.

    Muxalifet3 - 2-05-2019

  10. Maduro dövlət çevrilişi təşəbbüsünün arxasındakı adları açıqladı

    Venesuela prezidenti Nikolas Maduro "Bir Avropa qəzeti dünən Donald Tramp və Con Boltonun gün doğmadan əvvəl hərbi çevrilişin bütün əməliyyatlarını koordinasiya etdiyini yazdı. Dünən edilən dövlər çevriliş təşəbbüsü şəxsən Ağ Evdən, Con Bolton tərəfindən idarə edilib", - deyib.

    Müxalifət.az

    Muxalifet3 - 2-05-2019

  11. ​12 yaşlı qıza təcavüz edəni BU HALA SALDILAR - Video

    Türkiyənin Adıyaman məhəlləsində qonşusunun 12 yaşlı qızına təcavüz edən 33 yaşlı kişini ölümcül hala salıblar.
    Qızın yaxınları tərəfindən döyülən Əmrah E. adlı şəxs huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
    O, xəstəxanada ayılandan sonra polis bölməsinə aparılıb. Fakt üzrə cinayət işi açılıb./teleqraf

    Muxalifet - 2-05-2019

  12. “Asanlıqla manipulyasiya edilən Tramp” – ABŞ mediası yazdı

    ABŞ-da Tramp rəhbərliyinin Misirdəki “Müsəlman Qardaşları” təşkilatını xarici terror təşkilatları siyahısına salmaq üçün hazırlıq etdiyinin ortaya çıxması ölkənin ən nüfuzlu qəzetləri tərəfindən tənqid edilib. “Nyu-York Tayms” qəzetində dərc olunan məqalədə, “Müsəlman Qardaşları” təşkilatını tənqid edən ekspertlər belə təşkilatın bir terrorçu qrup olmadığını və terrorçuların tələblərini yerinə yetirmədiyi məsələsində həmfikirdir.

    Muxalifet3 - 2-05-2019

  13. “Avropa İttifaqı dəyərlərinin qorunmaması mümkün deyil...” – Aİ SƏFİRİ AZƏRBAYCANLA DANIŞIQLAR HAQQINDA

    “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq".
    Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.
    O, BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənən sazişlə bağlı eksklüziv müsahibə verib.

    Muxalifet4 - 2-05-2019

  14. “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir DOSYE verilib ki...

    Dövlət başçısının Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumla bağlı müşavirədə sərt danışmasının ilginc səbəbləri; İB rəhbərinin əndazəni aşan qanunsuzluqları onunla bağlı yaxın vaxtlarda qəti tədbirlərin görüləcəyini istisna etmir

    Muxalifet - 2-05-2019

  15. AVROPA LİQASININ FİNAL MATÇI: Azərbaycan polisi çılğın azarkeşlərə qarşı necə davranacaq?

    Bir ay sonra Bakıda Olimpiya Stadionunda futbol üzrə 2018/2019-cu il mövsümü Avropanın Liqasının finalı olacaq. Bukmekerlər qabaqcadan bildirirlər ki, həlledici matçda meydana çıxacaq komandaların hər ikisi İngiltərə təmsilçisi olacaq- "Arsenal" və "Çelsi".

    Muxalifet.az xəbər verir ki, virtualaz.org saytı bu barədə yazı hazırlayıb.

    Muxalifet4 - 2-05-2019

  16. Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?

    Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.
    Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.
    2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məluamat görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 880 nəfərə çatıb.

    Muxalifet - 2-05-2019

  17. ​Nurməhəmmədov UFC turnirində iştirak edə bilməyəcək - Zədəsinə görə

    Rusiyalı Həbib Nurməhəmmədovun UFC turnirində braziliyalı Raoni Barselosaya qarşı döyüş təxirə salınıb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, H.Nurməhəmmədov aldığı zədəsinə görə həmin döyüşdə iştirak edə bilməyəcək.
    Məlumata əsasən, döyüş mayın 11-də Rio-de-Janeyroda baş tutmalı idi, lakın rusiyalı idmançının aldığı zədəsinə görə döyüş təxirə salınıb.
    Qeyd edək ki, H.Nurməhəmmədov ən yüngül çəki kateqoriyasında (61,2 kq-a qədər) çıxış edir.

    Muxalifet - 2-05-2019

  18. Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA - Qocalmanın qarşısını alan 3 ÜSUL...

    Alimlərin apardığı araşdırmalar bir daha sübut edir ki, beynin qocalması bütün orqanizmin qocalma prosesinin başlamasına birbaşa təsir edir: neyronların fəallığının azalması zaman keçdikcə hormonal prosesləri ləngidir, onlar isə öz növbəsində maddələr mübadiləsinə və hüceyrələrin yenilənməsi sürətinə təsir edir. Odur ki, beyin hüceyrələrinin “parçalanması"nı yavaşladan və ya tamamilə dayandıran mexanizm insanlığa əbədi gənclik bəxş edən “müqəddəs kasa” olacaq.

    Muxalifet4 - 2-05-2019

  19. Rusiyadan ABŞ-a “Venesuela” təpkisi

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Venesueladakı siyasətinə dair, "Bu qətiyyən yumşaq bir güc deyil. Bu aqressiv bir ritorika, birbaşa qorxutma, şantaj və təhdiddir" deyib. Zaxarova bu fikirləri Rusiya rəsmi xəbər telekanalı “Rossiya-24”-ə Venesueladakı çevriliş cəhdinə dair açıqlama verərkən bildirib. ABŞ-ın Venesuela üzərindəki siyasətini dəyərləndirən Mariya Zaxarova, ABŞ-ın bu siyasətinin şantaj və hədə olduğunu deyib.

    Muxalifet3 - 2-05-2019

  20. “Azərbaycan Rusiya ilə anlaşıb, torpaqlarımızı işğaldan azad etməlidir” – RUSPƏRƏST DEPUTAT

    Muxalifet.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, deputat Qüdrət Həsənquliyevin moderator.az-a müsahibəsini təqdim edir:
    - Qüdrət bəy, NATO PA-nın bu günlərdə Brüsseldə keçirilən100-cü Rouz-Rous seminarında iştirak etmisiniz, nələr müzakirə mövzusu idi?

    Muxalifet4 - 2-05-2019

Pages